Puqaçov üsyanı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
kazaklar

Puqaçyov Kəndli Üsyanı - 1773-1775 ci illərdə Yemelyan Puqaçovun başçılığı ilə baş vermiş kəndli üsyanı.[1]

Y.İ. Puqaçyovun başçılığı ilə kəndli müharibəsi - Rusiyada feodal, təhkimçilik zülmü əleyhinə baş vermiş kəndli üsyanıdır. Orenburqu, Ural və onun ətrafını, Qərbi Sibiri, Orta və Aşağı Volqaboyunu əhatə etmişdir. Hərəkata yüz minədək üşyançı - rus kəndliləri, yoxsul kazaklar, həmçinin qeyri-rus xalqlar (başqırdlar, tatarlar, kalmıklar, qazaxlar və s.) qoşulmuşdur.

başqırd atçısı
Puqaçov Kazanda

1773 cü ilin sentyabrında Yaik kazaklarının çıxışı ilə başlanan üsyanın rəhbəri Y.İ. Puqaçyov olmuşdur. O, Sentyabrda elan etdiyi manifestdə Yaik qoşununda xidmət edən kazaklara, tatarlara və kalmıklara azadlıq və imtiyazlar verildiyini bildirmişdi. Oktyabrın 5-də Puqaçyov 2500 qoşun və 20 topla Orenburqu mühasirəyə aldı. Dekabrda Puqaçyovun dəstəsində 25 minədək adam var idi.

Yayılma arealı

[redaktə | mənbəni redaktə et]

Üsyan Cənubi Urala, Həştərxan və Kazan quberniyalarının bir hissəsinə, Qərbi Sibir və Qərbi Qazaxıstana yayıldı. Üsyana rəhbərlik üçün hərbi kollegiya yaradılmışdır. Üsyançılar onlara qarşı göndərilən bir neçə cəza dəstəsini darmadağın etdilər. Salavat YolayevKinzya Arslanov başda olmaqla Başqırd xalqı üsyan qaldırdı. Lakin üsyan rayonları arasında əlaqə, vahid hərəkət planı olmadığından hərbi kollegiya hərəkata rəhbərlik edə bilmirdi. 1773-cü ilin Dekabrında üsyançılara qarşı böyük cəza dəstəsi (6500 nəfər, 30 top) göndərildi. Orenburqu mühasirədə saxlayan Puqaçyovdan kömək ala bilməyən üsyançılar Samara, Kunqur, Buzuluq yaxınlığında məğlubiyyətə uğradılar. 1774-cü ilin Martında və Aprelində üsyançılar yenidən məğlub oldular və Ural dağlarına çıkildilər. Uralda üsyan dalğası gücləndi. Puqaçyov Kazanı tutub oradan Moskvaya hərəkət etməyi qərara aldı, lakin üsyançılar Kazanı tutdularsa da şəhəri əldə saxlaya bilmədilər və ağır itki verərək Volqanın sağ sahilinə keçdilər. Volqaboyunda yaşayan qeyri-rus xalqlar üsyana qalxdılar. Puqaçyov təhkimçiliyin ləğvi, torpağın pulsuz olaraq kəndlilərə verilməsi və dvoryanlara divan tutulması haqqında manifest verdi. Manifestdən sonra genişlənən üsyan Moskva quberniyasının sərhəddinə qədər yayıldı və Moskvanı təhlükə altına aldı.

Uğursuzluq səbəbləri

[redaktə | mənbəni redaktə et]

Bu zaman Puqaçyov səhvə yol verdi, Moskvaya yürüş etmək əvəzinə o, üsyanın genişləndiyi rayonlardan çəkilib qüvvə toplamaq üçün Dona getdi. Üsyançıların əsas qüvvələri cənuba doğru irəlilədikcə cəza dəstələri kəndli hərəkatını hissə-hissə darmadağın etməyə başladılar. 1774-cü ilin Avqustunda üsyançılara qarşı 20-yə dək piyada süvari polku, kazak hissələr və Dvoryan korpusları göndərildi. Avqustun 25-dəki sonuncu böyük vuruşmada Puqaçyov ciddi məğlubiyyətə uğradı. Varlı kazaklar onu tutub 15 Sentyabrda Yaik şəhərciyinə göndərdilər. 1175-ci il 10 Yanvarda məhkəmənin hökmü ilə Puqaçyov və 4 nəfər silahdaşı Moskvada edam edildi. Çoxlu üsyançı katorqa işlərinə, sürgünə göndərildi. Bəzi yerlərdə üsyan 1775-ci ilin yayınadək davam etdi.

Üsyanın nəticəsi

[redaktə | mənbəni redaktə et]

Üsyanın məğlubiyyətinin əsas səbəbləri hərəkatın kortəbiiliyi, lokal xarakter daşıması, aydın mübarizə planının olmaması idi. Puqaçyov və tərəfdarları kütlələrin çarpərəstlik idealogiyasının ifadəçisi idilər. Onlar mülkədarlara qarşı, lakin yaxşı çar uğrunda çıxış edirdilər. Üsyan Rusiyada tıhkimçilik quruluşunu sarsıtdı, onun süqutunu yaxınlaşdırdı.


Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

https://en.wikipedia.org/wiki/Pugachev%27s_Rebellion http://blogs.bu.edu/guidedhistory/files/2012/09/Pugachevs-Rebellion.pdf https://www.encyclopedia.com/history/encyclopedias-almanacs-transcripts-and-maps/pugachev-revolt-1773-1775

  1. Лимонов Ю., Мавродин В.В., Панеях В.М., Пугачев и пугачевцы, Л., 1974; Муратов Х.И., Емельян Иванович Пугачев, Ростов-на-Дону, 1979.

Лимонов Ю., Мавродин В.В., Панеях В.М., Пугачев и пугачевцы, Л., 1974; Муратов Х.И., Емельян Иванович Пугачев, Ростов-на-Дону, 1979