Primatalogiya

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Primatologiya primatları tədqiq edən elm sahəsidir. Bu elm biologiya ilə yanaşı insana (Homo sapiens) Homo cinsinin bir üzvü kimi yanaşan bioloji antropologiya ilə də yaxından əlaqəlidir.

Primatologiya məməlilər elmi ilə antropologiya elmi arasında sərhəddə yerləşən çoxsahəli elm növüdür və bu sahənin tədqiqatçıları anatomiya, antropologiya, biologiya, tibb, psixologiya, baytarlıqzoologiya kimi akademik elm şöbələrini yaxşı bilməlidirlər. Onlar həmçinin öz tədqiqatlarını heyvan sığınacaqlarında, biotibbi tədqiqat obyektlərində, muzeylərdə və zooparklarda da həyata keçirə bilərlər. Primatoloqlar təkamülünü və davranışını başa düşüb dərk etmək üçün sahə tədqiqatları və təcrübələr apararaq həm canlı, həm də nəsli kəsilmiş primatları özlərinin təbii yaşayış yerlərində və ya elmi laboratoriyalarda tədqiq edərək öyrənirlər.