Portal:Texnologiya

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç


Texnologiya portalına xoş gəlmişsiniz!

Seçilmiş məqalə

Bulud texnologiyası (ing. Cloud computing) — istifadəçiyə xidmət şəklində internet və ya lokal şəbəkə vasitəsilə əlyetərli olan proqram-aparat təminatı. Bulud texnologiyaları müəyyən resurslara (hesablama resurslarına, proqram və məlumatlara) uzaq məsafədən müraciət etmək üçün rahat interfeysdən istifadə etməyə imkan verir. İstifadəçi kompüteri, bu halda, şəbəkəyə qoşulmuş adi terminal rolunu oynayır.

Bulud texnologiyaları konsepsiyası kompüter texnologiyalarının infrastrukturunun və proqram təminatının bilavasitə şəbəkə mühitində yaradılmasını və istifadə edilməsini təmin edir. Bu texnologiyanın köməyi ilə istifadəçinin məlumatları bulud sistemlərində saxlanılır, emal edilir və eyni zamanda brauzerlərin köməyilə emal proqramlarının işə salınması və nəticələrə baxılması təmin edilir. Bulud texnologiyaları sisteminin infrastrukturu, kompüterlərin hesablama və yaddaş resurslarının klasterləşməsi və virtuallaşdırılmasından geniş istifadə etməklə verilənlərin emal və yadda saxlanması mərkəzlərinin yaradılmasını təmin edir.

Bulud sözü faylların olduğu mövqeyi işarə edir. Bu texnologiyanın qabaqcıl təcrübələri internet pravayderləri tərəfindən ehtiyat nüsxə məqsədilə təqdim olunan buludlardır. Məsələn Google kimi böyük şirkətlər Google Docs kimi onlayn verilənlərlə işləməyə imkan verən tədbiqlər yaratmış və inkişaf etdirmişlər. Həmçinin MicrosoftIntel kimi böyük texnologiya şirkətləri də bu texnologiyanı informasiya istifadəçilərinə təqdim etmişdir. Məqaləni oxu...

Görkəmli şəxsiyyət

Nikola Tesla (serb. Никола Тесла; 10 iyul 18567 yanvar 1943 — müasir dəyişən cərəyan elektrik enerji şəbəkəsinin layihələndirilməsi üçün öz töhfələri ilə daha çox məşhurlaşan serb əsilli ABŞ futuroloqu, elektrikimaşın mühəndisi ixtiraçısı.

Tesla 1884-cü ildə ABŞ-ın Nyu York şəhərinə Tomas Edisona işləmək üçün immiqrasiya etməzdən əvvəl elektrik mühəndisliyi və telefoniya sahəsində təcrübə qazanmışdı. O tezliklə elektrik cihazlarının spektrini inkişaf etdirmək üçün laboratoriyalar və şirkətlərin təsis edilməsi üçün, maliyyə tərəfdarları ilə müstəqil şəkildə müqavilə bağlamağa nail oldu. Özünün patentləşdirdiyi dəyişən cərəyan asinxron maşın və transformator, müşavir kimi qısa müddət ərzində Tesla üçün kirayələnən Corc Vestinqauz tərəfindən lisenziyalaşdırılıb.

Onun işi elektrik enerjisinin inkişafının sonrakı illərində "Cərəyanlar müharibəsi" kimi adlanan dəyişən və sabit cərəyan enerji ötürmə standartlarının yaradılması arasında ümumi mübarizə ilə nəticələndi. Tesla yüksək gərginlikli və yüksək tezlikli naqilsiz işıqlandırma və elektrik enerjisinin paylanması ideyalarını davam etdirmək üçün Nyu Yorka və Kolorado Sprinqsə gedərək, öz qurğuları ilə simsiz rabitənin mümkünlüyü barədə ilk (1893) bəyanatları ilə çıxış etmişdir. O bu ideyaları təyin etmək üçün özünün tamamlanmamış Vordenkliff qülləsi proyektini qitələrarası simsiz ötürmədə praktiki istifadəsinə cəhd etdi. Laboratoriyada o, həmçinin rentgen şüaları, elektrik yüklənmə borusu və mexaniki ossilyator/generatorlar ilə bir sıra eksperimentlər aparırdı. O hətta bir zaman birinci dəfə nümayiş olunan simsiz idarə olunan qayıq hazırlamışdı. Məqaləni oxu...

Bilirsinizmi...

  • Google şirkəti reklamlardan hər il 20 milyard ABŞ dolları gəlir əldə edir. Bu gəlir ABŞ-ın məşhur telekanalları ABC, CBS, NBC, FOX kanallarının gəlirlərindən dəfələrlə çoxdur.
  • Məşhur texnologiya şirkəti Samsung televiziya, smartfon, kompüter istehsalından başqa silahtank istehsalı ilə də məşğuldur.
  • Wi-Fi texnologiyasından 100 qat daha sürətli məlumat transferi yerinə yetirən yeni bir texnologiya olan Li-Fi işıq vasitəsilə VLC istifadə edərək (Görülə bilən İşıq Kommunikasiyası / Visible Light Connection) məlumat transferi etməyə yarayır.
  • Avtomobillərdəki spidometrlər ilk dəfə 1922-ci ildə istfadə edilməyə başlanıb.
  • 1916-cı il dünyada olan avtomobillərin 55 faizi Henri Fordun təsis etdiyi Ford şirkətinin modelləri idi.
  • Stiv CobsRonald Ueinin hazırladığı Apple şirkətinin ilk loqosunda alma ağacının altında oturan İsaak Nyutonun təsviri var idi.
  • İlk mexaniki zəngli saat 1787-ci ildə Liv Hatşins tərəfindən icad olunmuşdur. Bu saat gündə sadəcə bir dəfə saat 04:00-da zəng çalırdı.
  • Facebook şirkətinin təsisçisi Mark Zukerberq daltonist olduğuna görə əsas rəng olaraq mavini seçmişdir.

Seçilmiş şəkil

Dünyanın ilk süni intellektli humanoid robotu Sofiya. Bu robot 2015-ci ildə Hanson Robotics şirkəti tərəfindən hazırlanmışdır. Sofiya süni intellekt əsasında insanla ünsiyyət saxlaya, fikir mübadiləsi apara bilir. Robotun əsas fərqləndirici xüsusiyyətlərindən biri də insana məxsus 60-dan çox emosiyanı əks etdirməsidir.
 

Şəkillər

Filmoqrafiya və Ədəbiyyat

Zoi (ing. Zoe) — 2018-ci ildə çıxarılmış və Dreyk Doremusun rejissorluğu ilə çəkilmiş ABŞ romantikelmi fantastika filmi. Filmdə Yuen MakQreqor, Lea Seydu, Teo Zeyms, Kristina Agilera, Rəşidə Cons və başqaları rol almışdır. Filmin premyerası 21 aprel 2018-ci ildə Tribeka Film Festivalında baş tutmuşdur. Film 20 iyul 2018-ci ildə Amazon Studios tərəfindən izləyicilərə təqdim edilmişdir.

Gələcəkdə alim olan Zoi (Lea Seydu) və Koul (Yuen MakQreqor) inqlabi tədqiqatlar laboratoriyasında bir yerdə çalışan alimlərdilər. Zoi cütlüklərin münasibətinin nə qədər uğurlu və davamlı olacağını əvvəlcədən müəyyənləşdirən sistem üzərində işləyir. Koul isə sintetiklər (adama bənzər robotlar) yaradan departamentin aparıcı dizayneridir. Onun işləri sayəsində xarici görünüş baxımından insandan tamamilə fərqlənməyən robotlar yaradılır. Kolun son kəşfləri isə yaratdığı robotlardan biri olan Eşə (Teo Ceyms) həm də insan kimi hiss etmək və sevmək bacarığı verir. Məqaləni oxu...

Mətbuat

CNET (Kompüter şəbəkəsi, ing. Computer Network) — ABŞ mediatexnologiya saytı. Sayt 5 mart 1994-cü ildə Helsi MinorŞelbi Bonni tərəfində qurulmuşdur. Həmçinin CNET internet televiziyasına və radiosuna sahib ilk texnologiya veb saytıdır. Sayt ingilis dilindən başqa çin, yapon, almanispan dillərində də fəaliyyət göstərir.

Saytda elektron qurğular haqda rəylər, xəbərlər, məqalələr, bloqlar, podkastlar və videolar nəşr olunur. Rəylər hissəsi saytın ən böyük hissəsidir. Burada hər il 4300-dən çox elektron məhsul və təminat haqda rəylər yazılır. Bundan başqa 2011-ci ilin avqust ayından etibarən rəsmi olaraq saytın Necə edilir? (How To?) bölməsi açıldı. Bu bölmədə təlimçilər müvafiq işlərin həll yollarını paylaşırlar. Saytın forum bölməsində isə istifadəçilər texnologiya haqda bir-birləri ilə bir növ söhbət edirlər. Məqaləni oxu...

Kateqoriyalar

Əlaqəli portallar


Elektronika Texnika Elm Fizika İnternet Proqramlaşdırma
Texnologiya Vikixəbərdə  Texnologiya Vikisitatda  Texnologiya Vikikitabda  Texnologiya Vikimənbədə  Texnologiya Vikilüğətdə  Texnologiya Vikiversitetdə  Texnologiya Vikianbarda
Xəbərlər Sitatlar Dərsliklər və təlimat kitabçaları Mətnlər Sözlər Dərs resursları Mediafayllar