Portal:İslandiya/Şəhər
Reykyavik - İslandiyanın paytaxtı və ən böyük şəhəri. Müstəqil dövlətlərin paytaxtları arasında ən ucqar şimal ərazidə yerləşən paytaxt şəhəridir. Əhalisi 120.000 (ətraf qəsəbələrlə birlikdə 200.000) nəfər olan Reykyavik İslandiyanın iqtisadi və mədəni mərkəzidir. Reykyavikin əsasının təxminən 9-cu əsrdə İngolfr Arnarson tərəfindən qoyulduğu ehtimal edilir. Lakin Reykyavik şəhər kimi 18-ci əsrdə formalaşmışdır. Reykyavik rəsmi olaraq 1786-cı ildə şəhər statusunu almış, həmin dövrdən sonra şəhərin sürətli inkişafı başlamışdır. Reykyavik İslandiyanın cənub-qərbində yerləşir. Şəhərdə temperatur qış aylarında çox nadir hallarda -15° Selsidən aşağı olur. Bunun səbəbi şəhərin yerləşdiyi ərazinin yaxınlığından isti Qolfstrim cərəyanının keçməsidir. Reykyavikin okean sahilində yerləşsə də orada güclü küləklər çox olmur. Yay aylarında hava sərin keçir, temperatur 10-15° Selsi arasında dəyişir.
Məqaləni oxu...