42°57′ şm. e. 131°43′ ş. u.HGYO

Popov adası

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Popov adası
rus. Остров Попова
Ümumi məlumatlar
Sahəsi 12.4 km²
Hündür nöqtəsi 158 m
Əhalisi 1.370 nəfər (2010-cu il)
Yerləşməsi
42°57′ şm. e. 131°43′ ş. u.HGYO
Ölkə  Rusiya
Vilayət
Akvatoriya
Popov adası xəritədə
Popov adası
Popov adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Popov adası (rus. Остров Попова) — Yapon dənizində ada. Böyük Pyotr körfəzi ərazisindəki İmeratrisa Yevgeniya arxipelaqına daxil olan ada Vladivostokdan 20 km cənubda, Ruskiy adasından 0,5 km cənub-qərbdə yerləşir. Ruskiy adasından Starka boğazı ilə ayrılır. Ada admiral Andrey Aleksandroviç Popovun şərəfinə adlandırılmışdır. İnzibati baxımdan Rusiya Ferederasiyası Primorsk diyarı ərazisinə daxildir. Adada Papov qəsəbəsi yerləşir. 2010-ci il məlumatına görə qəsəbədə 1 370 nəfər yaşayır. Adadan dörd km qərbdə İki Qardaş adaları yerləşir.

Ada Vlkadivostok şəhər dairəsi ərazisinə daxildir. 2002-ci il siyahıya alınmasına görə adada 1316 nəfər yaşayır. Əhali iki yaşayış məntəqəsində cəmləşmişdir — Stark və Popov. Adanın sahəsi 1240 ha və ya 12,4 km²-dir[1]. Primorsk diyarının cənubuna xas olan relyefə sahibdir. Adanın maksimal hündürlüyü 158 metrdir. Sahil xətti əsasən qumlu və gilli suxurlardan təşkil edilmiçdir. Bununla yanaşı qayalı sahələrə belə sahibdir.

Adanın iqlimi Vladivostokun iqlimi ilə eynidir. Yanvar ayının orta temperaturu −12,5 °C, avqust ayının isə +20,5 °C-dir

Popov adası Ruskiy adasına bərabər olaraq Vladivostok şəhər sakinlərinin əsas istirahət məkanlarından biridir. Adada bir neçə turisrik baza yerləşir. Ən yaxşı istirahət dövrü iyuldan sentyabr sonuna qədərdir. Avqustda orta temperatur 22 °C-dir[2].

Adada Alekseeyevka buxtasının sahilində Sakitokean okeanoloji instutunun Dəniz eksperimintal stansiyası yerləşir. Burada Uzaqşərq dəniz qoruğu muzeyi açılmışdır.

Ada ilə şəhər arasında bərə fəaliyyət göstərir[3]. Bu məsafə 1 saat 40 dəqiqəyə qət edilir. Yay ayları xəttə əlavə gəmilər buraxılır.

Alekseev buxtası - Popov adasının şimal-qərbində yerləşir. 1885-ci ildə təsvir edilərək xəritəyə daxil edilmişdir. Buxta 1858-ci ildə «Kamçadal» gəmisində bütün ekipajla birgə həlak olmuş kapitanın şərəfinə adlandırılmışdır.

Markovski burnu - burun hidroqraf А. P. Markovsinin şərəfinə adlandırılmışdır.

Andreev burnu - burun K. P. Andreevin şərəfinə adlandırılmışdır.

Likander burnu - burun V. V. Likanderin şərəfinə adlandırılmışdır. Likander 1883-87-ci illərdə Uzaq Şərqdə xidmət etmişdir. Böyük Pyotr körfəzində hidroqrafik işlərdə işlərdə iştirak etmişdir.

Vladivostok şəhər baş planına əsasən Ruskiy adasını Popov adası ilə birləşdirən körpü inıa edilməlidir. Köröünün inşasına 2018-ci ildə başlanmalıdır[4]

  1. "Генеральный план Владивостока". 2007-02-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2007-02-21.
  2. "Popov adası". 2013-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-18.
  3. "Ежедневное расписание катеров и паромов, следующих из Владивостока". 2009-04-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-18.
  4. "Мосту на остров Попова быть – глава Владивостока". 2015-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-18.