Poliamid
Naviqasiyaya keç
Axtarışa keç
Poliamid amid bağları ilə bağlanmış təkrar vahidləri olan bir polimerdir .[1]
Poliamidlər həm təbii, həm də süni şəkildə olur. Təbii olaraq yaranan poliamidlərə misal olaraq yun və ipək kimi zülalları göstərə bilərik Süni şəkildə hazırlanmış poliamidlər pilləli polimerləşmə və ya neylonlar, aramidlər və natrium poliaspartat kimi material verən bərk fazalı sintez yolu ilə hazırlana bilər. Sintetik poliamidlər yüksək davamlılığa və möhkəmliyə görə toxuculuq, avtomobil sənayesi, xalçalar, mətbəx qabları və idman geyimlərində geniş istifadə olunur. Nəqliyyat sənayesi əsas istehlakçıdır və poliamid (PA) istehlakının 35%-ni təşkil edir.[2]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Palmer, R. J. 2001. Polyamides, Plastics. Encyclopedia Of Polymer Science and Technology. DOI:10.1002/0471440264.pst251doi:10.1002/0471440264.pst251
- ↑ "Market Study Engineering Plastics, Ceresana, Sep 2013". 2022-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-17.