Pol Xlebnikov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Pol Xlebnikov
(ing. Paul Khlebnikov)
Doğum tarixi
Doğum yeri Nyu-York, ABŞ
Vəfat tarixi (41 yaşında)
Vəfat yeri Moskva, Rusiya
Vəfat səbəbi Qətlə yetirilib
Həyat yoldaşı Helen Treyn
İxtisası Jurnalist
Təhsili
Fəaliyyəti jurnalist, reportyor, yazıçı, publisist, baş redaktor
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Pol Xlebnikov (ing. Paul Khlebnikov 3 iyun 1963[1], Nyu-York, Nyu-York ştatı9 iyul 2004[1], Moskva) — ABŞ jurnalisti. "Forbes" jurnalının Rusiya versiyasının baş redaktoru olan Xlebnikov rus əsilli amerikalı idi.

Pol Xlebnikov 2004-cü il iyulun 9-da "Forbes" jurnalının redaksiyasından çıxan zamanı muzdlu qatil tərəfindən qətlə yetirilmişdi.[2]

Jurnalistika fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

2000-ci ildə işıq üzü görən "Kremlin xaç atası Boris Berezovski, yaxud Rusiyanın qarət olunma tarixi" və 2003-cü ildə yazdığı "Barbarla söhbət" kitablarında biznesmen Boris Berezovskini və çeçen səhra komandiri Xocəhməd Nuxayevi çoxsaylı cinayətlərdə ittiham etmişdi.[3] Bundan başqa, 2004-cü ildə ölümündən bir neçə ay əvvəl "Forbes" jurnalında Rusiyanın ən zəngin insanlarından ibarət reytinq siyahısı da tərtib etmişdi. Siyahıya bir sıra nüfuzlu biznesmenlər və siyasətçilər daxil edildiyi üçün jurnalistə qarşı təzyiqlər artmışdı.[4]

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 Bibliothèque nationale de France Paul Klebnikov // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. "Obituary:Paul Klebnikov". 2018-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-28.
  3. "American journalist probing Russian business". 2022-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-28.
  4. "Who Killed Paul Klebnikov?". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-28.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]