Pol Elüar

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Pol Elüar
fr. Paul Éluard
Doğum adı Eugène Émile Paul Grindel
Təxəllüsü Didier Desroches[4], Jean Du Haut[4], Maurice Hervent[4], Paul Éluard
Doğum tarixi 14 dekabr 1895(1895-12-14)[1][2][…]
Vəfat tarixi 18 noyabr 1952(1952-11-18)[3][2][…] (56 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ürək tutması
Dəfn yeri
Fəaliyyəti yazıçı, siyasətçi, şair, Fransa Müqavimət Hərəkatı üzvü, incəsənət xadimi
Əsərlərinin dili fransız dili
İstiqamət sürrealizm, dadaizm
İmza
eluard.org
Vikimənbənin loqosu Pol Elüar Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Pol Elüar(fr. Paul Éluard, əsl adı Ejen Emil Pol Qrendel (fr. Eugène Émile Paul Grindel); 14 dekabr 1895, Sen-Deni — 18 noyabr 1952, Paris) — Fransız şair.

Pol Elüar (Pol-Öjen Qrindel) 1895-ci ildə Paris yaxınlığındakı Sən-Denis şəhərində anadan olub. İlk şerlərini 1913-cü ildə, hələ müharibə öz dəhşətli üzünü göstərmədiyi aylarda çap etdirib. Birinci Dünya müharibəsinin dəhşətləri onu sarsıdıb və o bir müddət anarxizmə, sonra isə sürrealizmə meyl göstərib. 1920-ci ildən “Ədəbiyyat” jurnalı ilə əməkdaşlıq edib, sonra isə özü “Məsəl” adlı jurnal nəşr edib.

Pol Elüar şerinin daimi, əsas mövzusu məhəbbət olub. 1926-cı ildə çap olunmuş “Kədər mərkəzi”, 1929-da “Məhəbbət, şeir”, 1932-də “İndiki həyat” kitabları ona şair şöhrəti gətirib. Otuzuncu illərdə baş qaldıran faşizm hədəsi onu siyasi həyata bağlayıb. 1942-ci ildə o kommunist partiyasına üzv olub və müqavimət hərəkatına qoşulub. Elə həmin il “Azadlıq” poemasının da daxil olduğu “Poeziya və həqiqət” adlı kitabı nəşr olunub. 1944-cü ildə isə “Alman görüşü” adlı kitabını çap etdirib. Pol Elüarın müharibədən sonrakı dövrdəki yaradıcılığından da (1946—1953-cü illərdə yazılmış “Sonsuz poeziya”, 1947-də “Vaxt daşır”, 1951-ci ildə “Feniks” adlı kitabları) məhəbbət mövzusuna sadiqliyi duyulur.

Rol Elüar 1952-ci ildə vəfat edib.