44°59′24″ şm. e. 92°18′05″ q. u.HGYO

Pepin gölü

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Pepin gölü
ing. Pepin Lake
Gölün Minnesota ştatında olan sahili
Gölün Minnesota ştatında olan sahili
Ümumi məlumatlar
Sahəsi 118 km²
Dərin yeri 18 m
Orta dərinliyi 6,4 m
Yerləşməsi
44°59′24″ şm. e. 92°18′05″ q. u.HGYO
Ölkə  ABŞ
Əyalət
Pepin gölü xəritədə
Pepin gölü
Pepin gölü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Pepin gölü (ing. Lake Pepin) — ABŞ-nin MinnesotaViskonsin ştatlarında və Missisipi çayının ən geniş yerində yerləşən təbii göl. Gölün yaranması dənizlə əlaqəli olmayıb, Missisipi çayına qovuşan Çippeva çayının gətirdiyi məhsulların Rids Lendinq yaxınlığında yığılması səbəb olmuşdur. Gölün Viskonsinə aid hissəsinin şimalında Baysiti şəhəri, cənubunda Pepin şəhəri yerləşir. Gölün Minnesota tərəfində isə Frontenak Ştat Parkı yerləşmişdir. Gölün sahilində ən böyük şəhər Leyk Sitidir (Minnesota).

Gölün üzərində Leyk Sitidə olan Leyk Siti və Hansen Harbor və Pepində olan Dans Pepin adlı 3 yaxt limanı mövcuddur. Yayda bura gələn turistlər yaxt sürürlər. Qışda isə göl tamamilə donmuş vəziyyətdə olur.

Göllə bağlı ilk məlumatlar Byuharnoys qəsri ilə bağlıdır. Byuharnoys qəsri 1727-ci ildə ərazinin alçaq nöqtəsində qurulmuşdu. Amma 1730-cu ildə daha yüksək yerə inşa edilmişdir. 1754-1763-ci illərdəki Böyük Britaniya-Fransa müharibəsi zamanı qəsr tərk edilərək əhəmiyyətini itirmişdir.

1890-cu ildə Missisipi tarixində ən böyük faciə bu göldə baş vermişdir. 200-dən çox sərnişin aparan bir gəmi fırtınaya düşmüş və 98 nəfər suda boğulmuşdur.

Ralf Samuelson daha 19 yaşında ikən su xizəyini bu göldə icad etmişdir.[1]

Mədəniyyətdə

[redaktə | mənbəni redaktə et]

Uşaq yazıçısı Laura İnqals Uilder "Kiçik Ev" adlı kitab seriyasının ilk kitabı olan "Biq Vudsda Kiçik Ev"də Laura və ailəsinin ziyarət etdiyi göl Pepin gölüdür.

Əfsanələr görə adı Pepi olan və ilk dəfə 1871-ci ildə görünən göl bədheybəti yaşamaqdadır.

  1. "Arxivlənmiş surət". 2021-03-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-04-01.