Peluzi döyüşü

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Peluzi döyüşü
Tarix may e.ə. 525
Yeri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Peluzi döyüşüqədim Misir fironu III Psamettix ilə Əhəməni imperatoru II Kambiz arasında baş vermiş mühüm hərbi qarşıdurma. Döyüş Nil çayının Pelusiak qolu yaxınlığında yerləşən Pelusi şəhəri ətrafında cərəyan etmişdir və Misirin Əhəməni hakimiyyəti altına keçməsi ilə nəticələnmişdir.

Antik dövr tarixçisi Herodotun əsərlərinə əsasən, Peluzi döyüşü Misir və Əhəmənilər arasında uzun müddət davam edən siyasi və hərbi gərginliklərin kulminasiya nöqtəsi idi. Əhəmənilər Misiri işğal etmək niyyəti əvvəlcədən məlum idi. Firon Amasisin ölümündən sonra taxta çıxan oğlu III Psamettix gənc və təcrübəsiz bir hökmdar idi. Onun hakimiyyətə yeni başlaması Misir ordusunun təşkilatlanmasına mane olmuş və Əhəmənilərin üçün zəiflik yaratmışdı.[1]

II Kambiz Misirə hücum zamanı standart hərbi strategiyalardan kənara çıxaraq psixoloji üstünlük əldə etməyə çalışmışdı. Döyüş zamanı Əhəməni ordusu misirlilərin müqəddəs hesab etdiyi pişiklərdən istifadə etmişdi. Qədim Misirdə pişiklər ilahə Bastetə görə müqəddəs sayılırdı və onlara zərər vermək ən böyük tabu hesab olunurdu. Əhəməno əsgərləri döyüşdə pişikləri ön cəbhəyə gətirərək Misir ordusunun müqavimətini zəiflətmişdilər. Bu taktikadan qorxuya düşən misirli əsgərlər döyüşdən çəkilməyə başlamış və nəticədə Əhəməni ordusu üstünlük qazanmışdı. Peluzi şəhəri Əhəmənilərin əlinə keçmiş və Misir məğlub olmuşdur.[2][3]

Peluzi döyüşü Misir tarixində dönüş nöqtəsi olmuşdu. Döyüşün sonunda Misir Əhəməni imperiyasının bir satraplığına çevrilmişdir. Firon III Psamettix əsir götürülmüş və bu hadisə Persiyanın Misir üzərindəki hakimiyyətini gücləndirmişdir. Peluzi döyüşü Misirin müstəqilliyinin itirilməsində mühüm rol oynamış və ölkənin uzun müddət xarici hakimiyyət altında qalmasına səbəb olmuşdur.[1]

  1. 1 2 Herodotus. The History of Herodotus Volume I, Book II. D. Midwinter. 1737. 246–250. Herodotus Amasis.
  2. Rogers K. M. The cat and the human imagination: Feline images from Bast to Garfield. University of Michigan Press. 2001. ISBN 9780472087501.
  3. Полиэн. Стратегемы (2000 nüs.). СПб.: Евразия. Пер. под общей ред. А. К. Нефёдкина. 2002. ISBN 5-8071-0097-2.