Peçori
Peçori | |
---|---|
57°49′ şm. e. 27°36′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1473 |
İlk məlumat | 1392 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 85 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +7 81148 |
Poçt indeksi | 181502 |
Digər | |
gppechory.ru | |
Vikianbarda əlaqəli mediafayllar |
Peçori (rus. Печо́ры; est. Petseri) ― Rusiyanın Pskov vilayətinin Peçorski rayonun inzibati mərkəzi. Şəhərin əhalisi 1989-cu il əhali siyahıya almasında 11 935,[2] 2002-ci il əhali siyahıya almasında 13 056 nəfər olmuş,[3] 2010-cu il əhali siyahıya almasında isə bu rəqəm 11 195 nəfərə düşmüşdür.[4] Peçorinin əhalisinə bir neçə yüz etnik eston daxildir.[mənbə göstərin]
Tarix
[redaktə | mənbəni redaktə et]Peçori şəhəri 16-cı əsrdə, 1473-cü ildə Dorpatdan (indiki Tartu) Pskov respublikasına qaçan pravoslav rahib İona tərəfindən əsası qoyulmuş Pskov monastırı yaxınlığında salınmışdır.[5] Şəhərin adı olan Peçori və ya daha əvvəlki versiyası ilə Peçeri toponimi rus dilində " mağara" mənasını verən "peşeri" (пещеры) sözündən törəmişdir.[6][7] Ərazi zamanla əhəmiyyətli ticarət məntəqəsi və sərhəd qalası halına gəlmişdir.[8]
Peçori, IV İvan Qroznının hakimiyyəti dövründə aparılan opriçnina siyasəti zamanı zemstvaya tabe olan bələdiyyə torpaqlarına daxil edildi.[9] Ərazi Rusiyanın rəqibləri tərəfindən dəfələrlə mühasirəyə alınmışdır: Transilvaniya knyazı Stefan Batoriy Pskov mühasirəsi zamanı Peçorini ələ keçirmiş,[8] şəhər 1592, 1611, 1615, 1630 və 1655-1657-ci illərdə isveçlər və ya polyakların hücumuna məruz qalmışdır. Peçori 1701 və 1703-cü illərdə Şimal müharibəsi zamanı isveçlər tərəfindən mühasirəyə alınmışdır.[8] Müharibədən sonra Rusiyanın sərhədi qərbə doğru dəyişdirilmiş, buna görə də Peçori hərbi əhəmiyyətini itirmişdir.[8]
Şəhər 1708-ci ildə Böyük Pyotr tərəfindən həyata keçirilən inzibati islahatlar zamanı ərazi İnqermanland valiliyinə (1710-cu ildən bəri Sankt-Peterburq Qubernatorluğu olaraq tanınır) daxil edildi.).[10] 1776-cı ildə Peçoriyə şəhər statusu verildi[8] və Peçori qəzası quruldu. Lakin 1797-ci ildə qəza ləğv edildi və ərazi Pskov Qubernatorluğunun Pskov qəzasının bir hissəsi oldu.[11] O vaxtdan etibarən Peçori əvvəlki özünüidarə hüquqlarını qoruyub saxlasa da, F rəsmi olaraq Pskovun alt inzibati vahidi olaraq qəbul edilir.
Şəhər 1820-ci ildə əsasən 228 taxta evdə yaşayan 1258 rus və 27 estonlu da daxil olmaqla 1312 nəfər əhaliyə sahib idi. 1914-cü ildə bu rəqəm 2 240 nəfərə qədər artmışdır.[12] Şəhərin küçələri 31 ağ nüft lampası ilə təchiz edilmişdi.
1889-cu ildə Peçorinin şimal sərhəddindən keçən Pskov-Riga dəmir yolu istismara verilmiş,[13] 1899-cu ildə Peçori dəmir yolu stansiyasının (indiki Peçori-Pskov) açılışı olmuşdur.[14]
Şəhərdə dəri fabrikləri, poçt və teleqraf stansiyası və monastır tərəfiindən mailiyyələşdirilən dörd məktəb və bir xəstəxana mövcud idi.[12][15] Peçori şəhər tarixinin sonrakı eston dövründə daha da genişlənmiş kətan ticarəti ilə tanınırdı.[12]
Peçori 1918-ci ilin fevralından dekabrına qədər almanlar tərəfindən işğal edildi. Qəsəbə Rusiya vətəndaş müharibəsi ilə eyni vaxtda baş verən Estoniya istiqlal müharibəsi zamanı, 29 mart 1919-cu ildə Estoniya ordusu tərəfindən işğal edildi. Qubernatorluğun mərkəzi olan Pskov şəhəri bolşevik əleyhinə olan Rusiya Şimal-Qərb Ordusu tərəfindən işğal edilmiş, daha sonra 1919-cu ilin avqustunda Qırmızı Ordu tərəfindən azad edilmişdi. Peçori 1920-ci il Tartu sülh müqaviləsinin şərtlərinə əsasən Estoniyaya verildi.[8][16][17][18]
Dünya müharibələri arasındakı illərdə Petseri adlanan şəhər Estoniya respublikasını təşkil edən on bir rayondan biri olan Petseri rayonunun mərkəzi idi. Estoniyanın hakimiyyəti dövründə şəhərin əhalisi etnik estonların gəlişi səbəbi ilə iki dəfə artdı. Bələdiyyə ibtidai məktəblərində tədris həm rus, həm də eston dilində aparılır, 1934-cü il məktəb islahatından sonra eston dilinə daha çox üstünlük verilirdi.[19][20] 1925-ci ilin mayında Pskov monastırına məxsus ərazilərin böyük bir hissəsi Estoniya hökuməti tərəfindən ələ keçirildi və yeni məskunlaşanlara verildi. 1926-cı ildə ərazidə Müqəddəs Peter lüteran kilsəsi inşa edilmişdir. 1939-cu ildə qəsəbədə 212 taxta tikiliyə ziyan verən və bir çox sakini öldürən böyük yanğın baş verdi.[21]
1940-cı ildə Estoniyanın Sovet İttifaqı tərəfindən işğalından sonra şəhər əvvəlcə Estoniya Sovet Sosialist Respublikasının tərkibində qaldı. Şəhər II Dünya Müharibəsi zamanı 10 iyul 1941-ci ildən 11 avqust 1944-cü ilə qədər Alman ordusu tərəfindən işğal edildi[8] və Reyxskomissariat Ostlandın bir hissəsi olaraq idarə edildi.
SSRİ Ali Sovetinin 23 avqust 1944-ci il tarixli fərmanı və 16 yanvar 1945-ci il tarixli fərmanına əsasən Peçori və Petseri qraflığının şərq hissəsi Rusiya SFSR-nin Pskov vilayətinə verildi və Peçori rayonu yaradıldı.[8][17][22] Sovet dövründə də ikidilli təhsil davam etdi və 1956-cı ildə Eston dilində danışan şagirdlər üçün 2 nömrəli Peçori Orta məktəbi açıldı.
1976-cı ildə şəhərin sərhədləri dəmir yolu stansiyası və hal-hazırda sərhəd keçid məntəqəsinə eh sahibliyi edən[23] Kuniçina-Qora da daxil olmaqla bir neçə bitişik kəndi əhatə etmək üçün daha da genişləndirildi.[24]
1991-ci ildə Estoniya müstəqilliyini bərpa etdikdən sonra Sovet İttifaqının Estoniya ərazisinə qarşı iddialarından imtina etdiyi Tartu sülh müqaviləsinə əsasən şəhər və ətrafındakı ərazi Estoniya tərəfindən iddia edildi.[25] Estoniyanın bu iddiadan 1995-ci ilin noyabrında imtina etdiyi bildirildi.[26] 18 may 2005-ci ildə Estoniya tərəfindən yeni bir Estoniya-Rusiya sərhəd çüqaviləsi imzalansa da,[27] bu müqavilə 27 iyun 2005-ci ildə Rusiya tərəfindən rədd edildi və ləğv edildi.[28][29]
Bundan sonrakı on ildə bir sıra hökumətlərarası məsləhətləşmələr baş tutmuş və 18 fevral 2014-cü il tarixində hər iki ölkə tərəfindən sərhəd müqaviləsinin yeni versiyası imzalanmışdır.[30] Sonuncu versiyaya görə sərhəd Peçori şəhərinə təsir etməyən bir neçə kiçik istisna daxil olmaqla toxunulmazdır. Hər iki tərəfin parlamentinin müqaviləni imzalaması gözlənilir.[31][32]
Din
[redaktə | mənbəni redaktə et]Peçori Rus Pravoslav Pskov monastırı ilə məşhurdur. Şəhərdə həmçinin Müqəddəs Peter lüteran kilsəsi yerləşir. Kilsə tarixi orqanı ilə məşhurdur.
Mədəniyyət
[redaktə | mənbəni redaktə et]1930-cu illərdən etibarən şəhərdə keçirilən oxşar eston tədbirlərindən ilhamlanılan rus mahnı festivalları təşkil olunur.[19][19]
Peçoridə bir muzey, iki kitabxana, mədəniyyət mərkəzi və uşaqlar üçün incəsənət məktəbi mövcuddur. Şəhərin yaxınlığında Seto əmlak muzeyi yerləşir.[33]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ https://60.rosstat.gov.ru/storage/mediabank/nas230425_1.htm.
- ↑ "Всесоюзная перепись населения 1989 г. Численность наличного населения союзных и автономных республик, автономных областей и округов, краёв, областей, районов, городских поселений и сёл-райцентров" (rus). Rosstat. 2020-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-03.
- ↑ "Численность населения России, субъектов Российской Федерации в составе федеральных округов, районов, городских поселений, сельских населённых пунктов – районных центров и сельских населённых пунктов с населением 3 тысячи и более человек" (rus). Rosstat. 21 may 2004. 3 February 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2 April 2021.
- ↑ "Всероссийская перепись населения 2010 года. Том 1" (rus). Rosstat. 2011. 2020-06-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-04-02.
- ↑ "The holy dormition Pskov-Caves Monastery". www.pskovo-pechersky-monastery.ru (ingilis). 2021-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-20.
- ↑ Pospelov, Yevgenij. Географические названия России: Топонимический словарь (Geographic names of Russia: a toponymic dictionary). Moscow: АСТ. 2008. ISBN 9785170549665.
- ↑ Trusman, Yuri. Этимология местных названий Псковского уезда (Etymology of the local names of the Pskov uyezd). Reval. 1897. 53.
- ↑ 1 2 3 4 5 6 7 8 Энциклопедия Города России. Moscow: Большая Российская Энциклопедия. 2003. səh. 354. ISBN 5-7107-7399-9.
- ↑ Turchin, Peter. Secular cycles. Nefedov, Sergey. Princeton, N.J.: Princeton University Press. 2009. 252. ISBN 978-0691136967. OCLC 747411209.
- ↑ "Указ об учреждении губерний". doc.histrf.ru. 2017-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-20.
- ↑ "ПСКО́ВСКАЯ ГУБЕ́РНИЯ | Энциклопедия Всемирная история". w.histrf.ru (rus). 2022-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-20.
- ↑ 1 2 3 "История района | Печорский район". Official WEB-site of the Pechory district. 2022-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-21.
- ↑ РГИА, ф. 446, оп. 28, д. 23. «Об окончании строительства Риго-Псковской железной дороги и об открытии движения по ней». Доклад № 116. 14 июля 1889 г.
- ↑ РГИА, ф. 446, оп. 31, д. 20. «О переименовании Петербургско-Варшавской, Балтийской и Псково-Рижской ж. д. в Северо-Западные ж. д.» Доклад № 145. 14 июля 1906 г.
- ↑ "История города Печоры (2) | Печоры Псковские | Официальный сайт города | Псково-Печерский монастырь". pechori.ru (rus). 2022-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-21.
- ↑ "Esthonia and Soviet Republic of Russia - Peace Treaty, signed at Tartu, February 2, 1920 [1922] LNTSer 92; 11 LNTS 30". www.worldlii.org. 2018-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-20.
- ↑ 1 2 Manakov, Andrey. Report on the study of Seto of the Pechory district, summer 2012 (ОТЧЁТ ПО ИТОГАМ ИССЛЕДОВАНИЯ СЕТУ ПЕЧОРСКОГО РАЙОНА ЛЕТОМ 2012 ГОДА) (PDF). Pskov: Pskov State University, Seto Study Centre. 2012. 5. 2020-05-06 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2021-04-03.
- ↑ Manakov, Andrey. "ИЗМЕНЕНИЕ ТЕРРИТОРИИ РАССЕЛЕНИЯ СЕТУ С СЕРЕДИНЫ XIX В. ПО НАСТОЯЩЕЕ ВРЕМЯ (CHANGES IN THE STRUCTURE OF SETU SETTLEMENT FROM MIDDLE OF 19TH TO PRESENT TIME)" (PDF). Псковский регионологический журнал. 2020-05-06 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2021-04-03.
- ↑ 1 2 3 R. Ruutsoo. Vene rahvusvahemuste ja tema identiteedi kujunemine Eesti Vabariigis 1920–1940. – Eesti Teaduste Akadeemia Toimetised. Humanitaar- ja Sotsiaalteadused, 45, 1996. Nr. 2. Lk. 203–204
- ↑ "Портал русской общины Эстонии - Русская школа в Эстонии - история вопроса". www.baltija.eu (ingilis). 2018-03-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-03-21.
- ↑ Небывалый пожар в Петсери — сгорело 212 домов // Вести дня. № 116 (4074). 1939 г., 25 мая.
- ↑ Administrative-Territorial Structure of Pskov Oblast, səh.14
- ↑ Граница Эстония - Россия: прохождение, привилегии. triptoestonia.com (rus). 2022-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-21.
- ↑ Административно-территориальное деление Псковской области (1917—2000 гг.): Справочник / Арх. упр. Псковской обл.; Гос. архив Псковской обл. Кн. 2. Указатели. — 2-е изд. — Псков, 2002.
- ↑ Georg von Rauch (1974). The Baltic States: The Years of Independence, 1917–1940. London: C. Hurst & Co.
- ↑ Day, Alan. Political and economic dictionary of Eastern Europe. London: Europa. 2002. səh. 437. ISBN 1-85743-063-8.
- ↑ "Estonian Parliament ratifies Estonian-Russian border treaties". 30 yanvar 2016 tarixində arxivləşdirilib.
- ↑ "Russia spurns Estonia border deal". BBC News. 27 iyun 2005. 2016-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 iyun 2014.
- ↑ Socor, Vladimir. "Russia cancels border treaty, assails Estonia". The Jamestown Foundation. 2016-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 iyun 2014.
- ↑ Эстония и Россия наконец подписали договор о границе. BBC Русская служба (rus). 2021-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-21.
- ↑ "Estonian Embassy in Russia". www.estemb.ru. 20 avqust 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-03-21.
- ↑ "Russia | Ministry of Foreign Affairs" (ingilis). 2021-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-21.
- ↑ "A Fairytale Kingdom Faces Real-Life Troubles". National Geographic. 2016-11-11. 2019-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-21.