Paparatsiya
Naviqasiyaya keç
Axtarışa keç
Paparatsiya (İtalyanca, Paparazzo)- Bir sıra ölkələrdə paparatsiyalar məşhur insanların həyatından qalmaqallı məlumatlar əldə etməklə məşğul olan fotojurnalistlərə deyilir.
Paparazzo sözünün mənası İtalyan dilindən tərcümədə insanı təngə gətirən ağcaqanad deməkdir. Bu mənada söz dillərə 1960-cı ildə ekrana məşhur İtalyan rejissoru Federiko Fellininin " Şirin həyat" kinofilmi çıxdıqdan sonra düşdü. Filmdə baş qəhrəmanın dostu fotoqraf Paparazzo olur. Bu işlə məşğul olmaqla onlar yaxşı gəlir əldə edir, mənəvi və etnik qaydalarla hesablaşmırlar. Bu söz İngilis şahzadəsi Diananın ölümündən sonra dillərdən düşmür. Versiyalardan birinə görə şahzadənin olduğu avtomobili motosikletdə təqib edən paparatsiyalar onun ölümünün səsəbkarı olmuşlar.
Mənbə
[redaktə | vikimətni redaktə et]Həmçinin bax
[redaktə | vikimətni redaktə et]Vikianbarda Paparatsiya ilə əlaqəli mediafayllar var.