Osman Taka rəqsi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Osman Taka Rəqsi (alb. Vallja Çame e Osman Takës; yun. Οσμαντάκας or Σαμαντάκας ) AlbaniyaYunanıstanda yayılmış rəqs. Albaniyada əsasən Çameriya albanları arasında yayılıb. Rəqs XIX əsrdə yaşamış və Osmanlı imperiyasına qarşı döyuşmuş Çameriya albanı Osman Takanın adını daşıyır.

Osman Taka rəqsi XIX əsrdə yaşamış və 1887-ci ildə edam edilmiş albaniyalı rəqqas Osman Osman Rəsul Takanın adı ilə bağldır[1]. Osmanlı imperiyasına qarşı qalxan üsyanda iştirak edən Osman Rəsul Taka 1887-ci ildə Yanina şəhərində həbs edilir və haqqında ölum cəzası qərarı qəbul edilir. Burada edam edilməmişdən öncə son arzusunu deməsi istənəndə, o rəqs etmək istəyir. Onun rəqsi o qədər gözəl olur ki, Osmanlı İmperiyasının jandarmları onun rəqsinə heyran olur və onu edam etmirlər. Amma o bir neçə gündən sonra o, Osmanlı imperiyasına qarşı döyuşdə öldurulur[2]. Digər bir versiyaya görə isə o döyuşdə yox, Konsipol şəhərində həbs olunur və edam edilir[1].

Yunanıstanda rəqsə "Osmantakas" ya da "Samantakas" deyilir və əsasən Epir ərazisində rəqs olunur[3].

Rəqs etmə qaydası

[redaktə | mənbəni redaktə et]
Osman Taka rəqsinin musiqi notları

Rəqs skripka, bubenklarnet instrumental alətlərinin müşayiəti ilə oynanılır. Rəqs cərgə ilə oynanılan rəqsdir. Əvvəlcə rəqqasənin incə bir templə və nazlı addımlarla irəliləməsi ilə başlayır, rəqqasə hər addımını yarım metr atır. Sonra rəqqas oğlan irəliləyir və rəqqasənin qarşısında diz çökərək onun belini tağlayır və sinəsini yuxarıya doğru uzadıb arxaya doğru əyilərək bir körpü meydana gətirir. Digər rəqqasələr daha sonra aparıcı rəqqasın mədəsinə doğru irəliləyib qarnının üstündə rəqs edirlər. Rəqqasələr bir-birlərini əllərdən tutur, dirsəklərini 90 dərəcə yuxarı əyirlər.

  1. 1 2 "Arxivlənmiş surət". 2016-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-30.
  2. Anamali, Skënder and Prifti, Kristaq. Historia e popullit shqiptar në katër vëllime. Botimet Toena, 2002, ISBN 99927-1-622-3.
  3. "Arxivlənmiş surət". 2021-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-31.