Orleanlı Mariya Luiza Elizabet
Orleanlı Mariya Luiza Elizabet | |
---|---|
fr. Marie-Louise-Élisabeth d'Orléans | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 20 avqust 1695[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 21 iyul 1719[1][2][…] (24 yaşında) |
Dəfn yeri | |
Fəaliyyəti | əsilzadə |
Atası | II Filipp (Orlean hersoqu) |
Anası | Burbonlu Fransiska Mariya |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Orleanlı Mariya Luiza Elizabet (fr. Marie-Louise-Élisabeth d'Orléans; 20 avqust 1695[1][2][…], Versal sarayı[3] – 21 iyul 1719[1][2][…]) — Orlean hersoqu II Filippin qızı, Berri hersoqinası.
20 avqust 1695-ci ildə Versal sarayında dünyaya gəldi. Atası Orlean hersoqu II Filipp, anası isə Fransa kralı XIV Lüdovikin nigahdan kənar qızı Fransiska Mariyadır. 29 iyul 1696-cı ildə Sen-Klu sarayında vəftiz edildi. Uşaqlıq illərində müxtəlif xəstəliklərdən əziyyət çəkdi.
XIV Lüdovikin yeganə varisi dofen Lüdovikin kiçik oğlu Berri hersoqu Karlla evlənməsi müzakirə edildi. Roma papasından gələn icazənin ardından cütlük 6 iyul 1710-cu ildə Versal sarayında evləndi. Cütlüyün 3 övladı doğulsa da, bunlar çox yaşamadı.
- Ölü doğulan bir qız uşağı (21 iyul 1711)
- Karl, Alanson hersoqu (26 mart 1713 - 16 aprel 1713)
- Mariya Luiza Elizabet (16 iyun 1714 - 17 iyun 1714)
5 may 1714-cü ildə ərinin ov əsnasında yaralanıb ölməsinin ardından, dul qalan Mariya Luiza Elizabet Parisdə yaşamağa davam etdi. Gənc yaşda dul qalmasına baxmayaraq yaşadığı sarayda əyləcəli ziyafətlər təşkil etməyə başladı. Babası XIV Lüdovikin vəfatından sonra, atası II Filipp uşaq kral XV Lüdovikin naibi olaraq təyin edildi. Məhz bu dövrdə Mariya Luiza Elizabetin atasıyla ensest bir münasibət saxladığı ilə bağlı şaiyələr yayılmağa başlandı. Üstəlik, Berri hersoqinasının bu münasibətlərdən bir neçə dəfə hamilə qaldığı da iddia olundu.
Bu şaiyələrin yayıldığı ərəfədə 21 iyul 1719-cu ildə vəfat etdi və cənazəsi Sen-Deni bazilikasına dəfn olundu.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Adams, Tracy (2010). The Life and Afterlife of Isabeau of Bavaria. Johns Hopkins University Press.
- Azzolini, Monica (2013). The Duke and the Stars: Astrology and Politics in Renaissance Milan. Harvard University Press.
- Booton, Diane E. (2016). Manuscripts, Market and the Transition to Print in Late Medieval Brittany. Taylor & Francis.
- DeSilva, Jennifer Mara (2015). The Sacralization of Space and Behavior in the Early Modern World: Studies and Sources. Routledge.
- Emerton, Ephraim (1917). The Beginnings of Modern Europe (1250–1450). Boston: Ginn & Co.
- Gallo, F. Alberto (1995). Music in the Castle: Troubadours, Books, and Orators in Italian Courts of the Thirteenth, Fourteenth, and Fifteenth Centuries. University of Chicago Press.
- Henneman, John Bell (2018). Olivier de Clisson and Political Society in France Under Charles V and Charles VI. University of Pennsylvania Press.
- Knecht, Robert (2004). The Valois: Kings of France 1328–1589. Hambledon Continuum.
- de Mesquita, Daniel Meredith Bueno (1941). Giangaleazzo Visconti, Duke of Milan (1351–1402): A Study in the Political Career of an Italian Despot. Cambridge at the University Press.
- Rohr, Zita Eva (2016). Yolande of Aragon (1381–1442) Family and Power: The Reverse of the Tapestry. Palgrave Macmillan.
- Sumption, Jonathan (2016). The Hundred Years War. Vol. 4: Cursed Kings. University of Pennsylvania Press.
- Veenstra, Jan R. (1998). Magic and Divination at the Courts of Burgundy and France: Text and Contest of Laurens Pignon's "Contre le devineurs (1411)". Brill.
- Welch, Evelyn S. (1995). Art and Authority in Renaissance Milan. Yale University Press.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 4 Lundy D. R. Marie Louise Elizabeth d'Orléans // The Peerage (ing.).
- ↑ 1 2 Deutsche Nationalbibliothek Record #1013287592 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.