On yeddincı sülalə (Misir)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Qədim Misir tarixi

Sülalə öncəsi dövr
Tasi mədəniyyəti
Badar mədəniyyəti
Nakadi mədəniyyəti
Amrat mədəniyyəti (I Nakad)
Gerzey mədəniyyəti (II Nakad)
Aşağı Misir
Yuxarı Misir
Sülalələr dövrü
Erkən padşahlıq
I sülaləII sülalə
Qədim padşahlıq
III sülaləIV sülalə
V sülaləVI sülalə
Birinci aralıq dövr
VII sülaləVIII sülalə
IX sülaləX sülalə
XI sülalə
Orta padşahlıq
XI sülaləXII sülalə
İkinci aralıq dövr
XIII sülaləXIV sülalə
XV sülaləXVI sülalə
XVII sülalə
Yeni padşahlıq
XVIII sülalə
XIX sülaləXX sülalə
Üçüncü aralıq dövr
XXI sülalə
XXII sülaləXXIII sülalə
XXIV sülaləXXV sülalə
XXVI sülalə
Sonrakı dövr
XXVIII sülalə
XXIX sülaləXXX sülalə
Fars dövrü
XXVII sülalə • XXXI sülalə
Yunan-Roma dövrü
Argeadlar • Ptolemeylər

XVII sülaləikinci aralıq dövrdə Qədim Misiri idarə edən sülalələrdən biri (e.ə. 1580–1550[1]).

Ümumi məlumat

[redaktə | vikimətni redaktə et]

İkinci aralıq dövr xaosla xarakterikdir. Sosial-iqtisadi tənəzzül vahid, mərkəzləşdirilmiş dövlətin qurulmasına imkan vermirdi. Aşağı Misirə hiksoslar hakimlik edirdi. Nil deltası və axarı boyu yarı-müstəqil nomlar onlardan aslı vəziyyətdə idi. XVII sülalənin fironları Tebesdə hökmdarlıq edirdilər.

2012-ci ilin mart ayında Karnakdakı Amun-Re məntəqəsində aşkar edilən bir əhəngdaşı qapısını araşdıran Fransız arxeoloqlar XVII sülalədən olan Ahmos Senaxtenre adına rast gəlirlər. Bu tapıntı Ahmosa aid ilk abidədir[2].

Bu xanədanlığın son hökmdarları II Sekenenra Taa və Kamos hiksoslara qarşı müharibəyə başladılar. Savaş Ahmosun dövründə başa çatdı. Yadelli hiksoslar Nil deltasından qovuldular. XVII sülalənin sələfi XVIII sülalənin hakimiyyətə gəlməsi ilə ikinci aralıq dövr başa çatdı. Misirdə yeni padşahlıq dövrünün əsası qoyuldu.

Y. fon Bekeratuya görə XVII sülalə e.ə. 1645–1550-ci illərdə hakimiyyətdə olmuşlar. Misirşünaslar bu nəslə aid 9 və ya 10 fironun olduğunu qeyd edirlər. Xanədan təxminən 30 il hökmdarlıq etmişdir.

Ad Şəkil Taxt adı Qeyd
Rahotep
Sexemre-vahxav
I Sobekemsaf
Sexemre-vadcxav
7 il hakimiyyətdə olmuşdur.
II Sobekemsaf
Statuette Sobekemsaf Petrie b
Sexemre-şedtavi
V İntef
Louvre 122006 050
Sexemre-vepmaat
VI İntef
WoodenCoffinOfIntef-BritishMuseum-August21–08
Nubxeperre
VII Intef
Sexemre-heruhermaat
Ahmos
Relief Senakhtenre by Khruner
Senaxtenre
Taa
Seqenenre
Hiksoslarla döyüşdə ölmüşdür.
Kamos
Sarcophage-Kamose
Vadcxeperre
  1. Shaw, Ian, redaktorThe Oxford History of Ancient Egypt. Oxford University Press. 2000. səh. 481. ISBN 0-19-815034-2.
  2. "A Pharaoh of the Seventeenth dynasty identified at Karnak". CFEETK – Centre Franco-Égyptien d'Étude des Temples de Karnak. 2012-03-11 tarixində orijinalından arxivləşdirilib.