Oma kələfi
Naviqasiyaya keç
Axtarışa keç
Oma kələfi | |
---|---|
| |
| |
Latınca | plexus sacralis |
Qrey | subyekt 213 957 |
Başlanır | L4-L5, S1-S4 |
Dorlands/Elsevier | 12648416 |
Vikianbarda əlaqəli mediafayllar |
Oma kələfi (lat. Plexus sacralis) — sinir kələfi olub, IV və V bel sinirlərinin ön şaxələri, eləcə də dörd oma sinirlərindən (SI — SIV) təşkil olunmuşdur. Oma kələfi kiçik çanaqda, armudu əzələninön səthində yerləşir. Oma kələfini təşkil edən sini kötükləri böyük oturaq dəliyinə istiqamətlənərək bir yerə toplaşır və üçbucaq şəkilli qalın bir sinir kötüyünü təşkil edir. Üçbucaq şəkilli bu kötüyün ardını bədəndə ən böyük sinir olan oturaq siniri — (lat. n. ischiadicus) təşkil edir. Oma kələfindən iki qrup: çanaq əzələlərinə məxsus qısa və aşağı ətraf əzələlərinə və dərisinə məxsus uzun şaxələr çıxır.
Qısa şaxələr
[redaktə | mənbəni redaktə et]- Əzələ şaxəsi lat. ramus musculares — armudu, daxili qapayıcı, ekiz əzələləri budun kvadrat əzələsini, anusu qaldıran əzələni və büzdüm əzələsini innervasiya edir.
- Oyanaq şaxəsi lat. ramus articulares — bud-çanaq oynağına gedir.
- Yuxarı sağrı siniri lat. n.gluteus superior (L4L5-S1)
- Aşağı sağrı siniri lat. n.gluteus inferior (L5-S1S2)
- Cinsiyyət siniri lat. n.pudendus (S1-S4)
Uzun şaxələr
[redaktə | mənbəni redaktə et]- Budun dal dəri siniri lat. n. cutaneus femoris posterior (S1-S3)
- Oturaq siniri lat. n. ischiadicus (L4L5 və S1-S3)