Neva
Neva | |
---|---|
Нева | |
Ölkə | |
Mənbəyi | Ladoqa gölü[1] |
Uzunluğu |
|
Su sərfi | 2.500 m³/s |
Hövzəsinin sahəsi | 281.000 km² |
DSR[rus.] | 01040300312102000008487 |
Vikianbarda əlaqəli mediafayllar |
Neva (rus. Нева) — Rusiya Federasiyasının Leninqrad vilayətində çay.
Çayın uzunluğu 74 km., hövzəsinin sahəsi 281 min km²-dir (Ladoqa, Oneqa gölləri və s. hövzələri ilə birlikdə). Ladoqa gölündən başlanır. Baltik dənizinin Fin körfəzinə tökülür. Aşağı axınında əmələ gətirdiyi deltadakı adalarda və Nevayanı ovalıqda Sankt-Peterburq şəhəri yerləşir. Fin körfəzi və Nevanın aşağı axınında cənub-qərb və qərb küləkləri vasitəsilə suyun qovulması nəticəsində çayın səviyyəsi qalxaraq bəzən Sankt-Peterburqda daşqınlara səbəb olur. Nevanın yuxarı axınında buz yığınlarına səbəb olan suiçi (dərinlik) buzların intensiv surətdə yaranması xarakterikdir. Çay dekabrdan mayadək donmuş olur. Qolları: Oxta, İjora, Tosna, Mqa. Neva Volqa-Baltik su yolunun bir hissəsini təşkil edir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Д. Р. Нева (rus.). // Энциклопедический словарь СПб: Брокгауз — Ефрон, 1897. Т. XXа. С. 787–795.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Нева // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: Мисир—Прадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 179.