Natiq Əliyev

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Natiq Əliyev
22 oktyabr 2013 – 9 iyun 2017
ƏvvəlkiVəzifə təsis edildi
SonrakıPərviz Şahbazov
9 dekabr 2005 – 22 oktyabr 2013
ƏvvəlkiMəcid Kərimov
SonrakıVəzifə ləğv edildi
9 avqust 1993 – 9 dekabr 2005
ƏvvəlkiSabit Bağırov
SonrakıRövnəq Abdullayev
Şəxsi məlumatlar
Doğum tarixi 23 noyabr 1947(1947-11-23)
Doğum yeri
Vəfat tarixi 9 iyun 2017(2017-06-09) (70 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ürək çatışmazlığı
Dəfn yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi

Təltifləri
"Şöhrət" ordeni — 2004 "Azərbaycan Dövlət Gömrük Komitəsinin 20 illiyi" yubiley medalı "Azərbaycan Dövlət Gömrük Komitəsinin 25 illiyi" yubiley medalı
"Fəxri Legion" ordeninin Zabit dərəcəsi "Polşaya xidmətlərə görə" ordeninin Komandor dərəcəsi "Şərəf" ordeni
"Kurmet" ordeni "Qazaxıstanın müstəqilliyinin 20 illiyi" medalı

"Azərbaycan Respublikasının Əməkdar mühəndisi" fəxri adı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Natiq Ağaəmi oğlu Əliyev (23 noyabr 1947, Bakı9 iyun 2017, İstanbul) — dövlət xadimi, geoloq. Natiq Əliyev 1993–2005-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti olub.[1] 2005–2013-cü illərdə isə Azərbaycan Respublikasının Sənaye və Energetika naziri olan Natiq Əliyev 2013-cü ildən Azərbaycan Respublikasının Energetika naziri vəzifəsində çalışıb.[1]

Natiq Əliyev 23 noyabr 1947-ci ildə Bakı şəhərində anadan olub. Natiq Əliyev ailəli olmuş, bir övladı və iki nəvəsi var idi.

  • 1965-ci ildə orta təhsilini bitirən Natiq Əliyev həmin ildən 1970-ci ilə qədər Məşədi Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunda "Dağ geoloqu" ixtisası üzrə təhsil alıb. Natiq Əliyev 1971-ci ildən 1974-cü ilə qədər Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutunun aspiranturasında təhsil alıb.[1]
  • Ali təhsilini başa vurandan sonra Natiq Əliyev "Xəzərdənizneftqazsənaye" Ümumittifaq İstehsalat Birliyinin "Azərdənizneftkəşfiyyat" trestində, kompleks dəniz geoloji-kəşfiyyat konturunda çalışıb. O, 1979-cu ilə qədər bu vəzifədə işləyib.[1] 1974-cü ildən geologiya-mineralogiya elmləri namizədi olmuşdur.[1]
  • Natiq Əliyev 1979-cu ildə "Xəzərdənizneftqazsənaye" Ümumittifaq İstehsalat Birliyinin kompleks dəniz geoloji-kəşfiyyat konturunda geologiya şöbəsinin rəisi vəzifəsinə təyin olunub.
  • 1984-cü ildən Azərbaycan Respublikası Kommunist Partiyası Mərkəzi Komitəsinin aparatında neft və kimya şöbəsində təlimatçı, daha sonra isə sosial-iqtisadi inkişaf şöbəsinin bölmə müdiri vəzifəsində çalışıb.[2]

9 avqust 1993-cü ildən Dövlət Neft Şirkətinin prezidenti və direktorlar şurasının sədri olmuşdur.

  • "Şöhrət" ordeni (Azərbaycan)- 18 sentyabr 2004-cü ildə beynəlxalq aləmdə Əsrin müqaviləsi adlandırılan Sazişin həyata keçirilməsindəki nailiyyətlərinə və Azərbaycan neft və qaz sənayesinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin fərmanına əsasən "Şöhrət" ordeni ilə təltif edilmişdir.[1]
  • "Azərbaycan Dövlət Gömrük Komitəsinin 20 illiyi" yubiley medalı (Azərbaycan)
  • "Azərbaycan Dövlət Gömrük Komitəsinin 25 illiyi" yubiley medalı (Azərbaycan)
  • "Fəxri Legion" ordeninin Zabit dərəcəsi (Fransa)
  • "Polşaya xidmətlərə görə" ordeninin Komandor dərəcəsi (Polşa)
  • "Şərəf" ordeni (Gürcüstan)
  • "Kurmet" ordeni (Qazaxıstan)
  • "Qazaxıstanın müstəqilliyinin 20 illiyi" medalı (Qazaxıstan)

Natiq Əliyev 2017-ci il iyunun 8-i Türkiyənin İstanbul şəhərində müalicə olunduğu xəstəxanada ömrünün 69-cu yaşında vəfat etmişdir.[3]

  1. 1 2 3 4 5 6 7 8 9 10 11 12 "Azərbaycan Respublikası Energetika Nazirliyinin rəsmi saytında Natiq Əliyevin profili". www.minenergy.gov.az (Azərbaycan Respublikası Energetika Nazirliyinin rəsmi saytı). 2017-06-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 iyun 2017.
  2. "Energetika naziri Natiq Əliyev". https://www.bbc.com. 2021-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7.11.2020.
  3. "Energetika naziri Natiq Əliyev vəfat edib". https://www.bbc.com. 2021-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7.11.2020.