Nataliya Vodyanova
Nataliya Vodyanova | |
---|---|
rus. Наталья Водянова | |
Doğum tarixi | |
Doğum yeri | Qorkiy, SSRİ |
Vətəndaşlığı | Rusiya |
Uşaqları | 5 |
Milliyyəti | rus |
Fəaliyyəti | filantrop |
web.archive.org/web/2012… | |
Vikianbarda əlaqəli mediafayllar |
Nataliya Vodyanova (rus. Наталья Водянова) (təxəllüsü Водя́нова 28 fevral 1982, Qorki) — rusiyalı model[1], aktrisa və filantrop.
Həyatı
[redaktə | vikimətni redaktə et]Nataliya Mixaylovna Vodyanova 28 fevral 1982-ci ildə indiki Nijni Novqorod şəhərində, Larisa Viktorovna Qromova və Mixail Vodyanovun ailəsində[2] anadan olmuşdu. Bundan başqa onun 2 balaca bacıları - Oksana Vodyanova (uşaqlıqdan invalid, Autizm xəstəliyinin kəskin formasından əziyyət çəkir)[3][4][5] və Kristina Vodyanova (1997-ci ildə anadan olmuşdu, Londonda yaşayır və təhsil alır)[3].
Milliyətcə rusdur; ata tərəfdən isə erzyandır.
16 yaşından[6] Yevgenia Çkalovanın «Евгения» model agentliyinə daxil olunur. Orada ona ingilis dilini öyrənməyə tövsiyə edirlər. Beksteyclərin birində onunla Viva Model Management model evi maraqlanır; onu Parisə dəvət edirlər. Bir neçə aydan sonra o Fransaya köçür.
Karyera
[redaktə | vikimətni redaktə et]- Nataliya Gucci, Chanel, Alexander McQueen, Christian Dior, Calvin Klein, Donna Karan, Louis Vuitton, Marc Jacobs, Ralph Lauren, Chloe, Valentino, Givenchy, Jean-Paul Gaultier, Miu Miu, Hermes, Kenzo, Viktor & Rolf, Dolce&Gabbana, Balenciaga, Yves Saint Laurent və digər moda evləri üçün podiuma çıxırdı.
- Vogue, Harper's Bazaar, Marie Claire, ELLE kimi brend jurnalların üz qabığını bəzəyirdi.
- L’Oreal Paris kosmetik markanın "üzü" seçilmişdi, həmçinin Louis Vuitton, David Yurman, Marc Jacobs, Miss Sixty, Pepe Jeans, Diane von Fürstenberg, Chanel, Gucci, Guerlain brendlərin reklam kampaniyalarında iştirak etmişdi.
- 2003-cü ildə Calvin Klein şirkətinin rəsmi "üzü və bədəni" seçilmişdi.
- Sunday Times-ın məlumatlarına əsasən Nataliya Böyük Britaniyanın 2003-cü ilə əsasən 3-cü ən varlı insanı seçilmişdi. O il ərzində 3,6 mln. £ qazanmışdı.
- 2007-ci ildə, oğlu Viktorun anadan olması ilə əlaqədar Nataliya qismən olaraq model biznesindən uzaqlaşmağa qərar verdi.
Maraqlı faktlar
[redaktə | vikimətni redaktə et]Nataliya Vodyanovanın anketi:
- Boyu : 176 sm[7]
- Çəkisi :
- Sinə ətrafı : 86,5 sm[7]
- Beli : 61 sm[7]
- Omba genişliyi : 86,5 sm[7]
- Saçlarının rəngi : Sarışın
- Gözlərinin rəngi : Mavi
Filmoqrafiya
[redaktə | vikimətni redaktə et]İl | Filmin adı | Rol |
---|---|---|
2001 | Agent Cırcırama | Bricitt |
2008 | Tıxac | kameo |
2010 | Titanların döyüşü | Meduza Qorqona |
2012 | Sevgililər | Ariana |
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "Наталья Водянова устроила скандал". 2012-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-13.
- ↑ "Брата супермодели Натальи Водяновой судят за разбой // KP.RU — Нижний Новгород". 2012-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-13.
- ↑ 1 2 "Москва 24 ― «Интервью»: Наталья Водянова -«Каждый ребёнок достоин семьи»". 2013-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-13.
- ↑ "Наталья Водянова: биография". 2013-03-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-08-13.
- ↑ "Наталья Водянова: фото, биография – рост, вес Натальи Водяновы". 2011-12-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-13.
- ↑ "Наталья Водянова — Вечерний Ургант — Первый канал (15-я мин.)". 2012-11-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-13.
- ↑ 1 2 3 4 "Наталья Водянова" (ingilis). FashionModelDirectory.com. 2012-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-01-18.
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- Natalia Vodianova — IMDb səhifəsi
- Profile Arxivləşdirilib 2006-03-22 at the Wayback Machine at AskMen.com
- Naked Heart Foundation