Nar qovurma

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Bu yeməyin vətəni Göyçaydır[1].

Sadə nar qovurma

[redaktə | mənbəni redaktə et]
  • nar — 3 ədəd
  • yumurta — 2 ədəd
  • baş soğan — 1 ədəd

Hazırlanma qaydası

[redaktə | mənbəni redaktə et]

Narı dənələyib soğanla qovurursan. duz — istiot vurulur. Üstünə yumurta çalınıb tökülür və bişirilir. Bunu həmçinin plovnan da yemək olar.

Ətli nar qovurma (I)

[redaktə | mənbəni redaktə et]
  • Qoyun əti – 330 q,
  • ərinmiş yağ – 30 q,
  • nar – 50 q,
  • şabalıd – 180 q,
  • baş soğan – 100 q,
  • zəfəran – 0,05 q,
  • keşniş və şüyüd – 15 q,
  • istiot – 0,1 q, duz.

Hazırlanma qaydası

[redaktə | mənbəni redaktə et]

Qoyun əti 60–70 qramlıq tikələrə doğranır, duz və istiot vurulub yağda qızardılmış soğan, təmizlənmiş şabalıd, bulyon və zəfəran şirəsi əlavə edib öz buğunda bişirilir. Hazır olmağa 5 dəq. qalmış nar dənələri və ya şirəsi əlavə olunur. Süfrəyə verildikdə üstünə göyərti səpilir.

Ətli nar qovurma (II)[2]

[redaktə | mənbəni redaktə et]

adambaşına

  • 300 qr qoyun əti
  • 30 qr ərinmiş yağ
  • 50 qr təzə nar
  • 10 qr şabalıd
  • 1 baş soğan
  • keşniş, zəfəran və tam üçün duz, istiot götürülür.

Hazırlanma qaydası

[redaktə | mənbəni redaktə et]

Qoyun əti tikələrə doğranıb qızardılmış tavada yağ içində qızardılır. Sonra yağda qızardılmış soğan və duzlu suda bişirilib, qabığı soyulmuş şabalıd qatılır, bulyon və zəfəran şirəsi tökülür və qapağı kip örtülüb hazır olana qədər öz buğunda bişirilir. Hazır olmasına 5 dəq qalmış buna yetkin nar, yaxud nar şirəsi vurulur. Süfrəyə veriləndə üstünə narın doğranmış göyərti səpilir.

  1. "Nar Qovurması". 2016-12-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-11-25.
  2. "Azərbaycan mətbəxi - Qovurma & Kabab". 2023-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-09-23.