Nəsimi (film, 1971)
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Nəsimi | |
---|---|
Janr |
dram tarixi bioqrafik |
Rejissor | Həsən Seyidbəyli |
Əsərin müəllifi | İsa Hüseynov |
Ssenari müəllifi | İsa Hüseynov |
Baş rolda |
Rasim Balayev — Nəsimi İsmayıl Osmanlı — Nəimi Xalidə Quliyeva — Fatma Kamal Xudaverdiyev — Yusif Tofiq Mirzəyev — Dövlət bəy Almaz Əsgərova — Şəms Səməndər Rzayev — Şirvanşah İbrahim Məmmədrza Şeyxzamanov — Şeyx Əzəm Yusif Vəliyev — Əmir Teymur Muxtar Maniyev — Miranşah |
Bəstəkar | Tofiq Quliyev |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
Ölkə | SSRİ |
İl | 1973 |
Rəng | rəngli |
Məzmun
[redaktə | mənbəni redaktə et]Tarixi-inqilabi film XIV əsr görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin həyat və yaradıcılığına həsr olunmuşdur.
Qədim Şirvan torpağı-gözəl Şamaxı, şair Nəsiminin vətəni. Onun həyatı haqqında məlumatımız çox azdır. Lakin şairin şeirləri qalmışdır. Bizdən bir çox əsrlər əvvəl yaşamış şairin ürəyindəkiləri necə dərk etməli? O uzaq epoxanı necə bərpa etməli, onu bizim müasirlərimizə necə yaxınlaşdırmalı?
Nəsimi hürufiliyin banisi Nəiminin görüşlərini qəbul edərək, hürufilik fikirlərini yaydığı üçün dəfələrlə zindana salınmışdır. O, ömrünün son illərini Hələbdə yaşamış, orada həbs olunmuş, "kafir", "dinsiz" elan edilərək, Misir sultanının əmri və ruhanilərin fitvası ilə edam edilmişdir.
Filmdə insanı həyəcana gətirən bir çox kadrlar Nəsiminin vətəni Şamaxı şəhərində lentə alınmışdır.
Şairin zəngin yaradıcılığı və fəlsəfi baxışları barədə danışmaq üçün sənədli material kifayət qədər olmadığından filmdə bədii kino fəndlərindən də yeri gəldikcə istifadə olunmuşdur.[1]
Filmin heyəti
[redaktə | mənbəni redaktə et]Film üzərində işləyənlər
[redaktə | mənbəni redaktə et]- Ssenari müəllifi: İsa Hüseynov
- Quruluşçu rejissor: Həsən Seyidbəyli
- Quruluşçu operator: Rasim İsmayılov
- Quruluşçu rəssam: Məmməd Hüseynov, Mais Ağabəyov
- Bəstəkar: Tofiq Quliyev
- Səs operatoru: Akif Nuriyev
- Rejissor: Əşrəf Mamayev, Akif Rüstəmov
- Qrim rəssamı: V.Bereznyakov
- Geyim rəssamı: Elçin
- Montaj edən: Tamara Nərimanbəyova
- Rejissor assistenti: Adil İsmayılov, Səməd Lazımov, X.Cəfərov, X.Şirinov, Gülbəniz Əzimzadə
- Montaj üzrə assistent : Esmira İsmayılova
- Operator assistenti: Yuri Varnovski, V.Tibirov, F.Sekandçed, V.Romanov
- Rəssam assistenti: Tamilla Dağıstanlı
- Quraşdırılmış səhnələrin operatoru: Həmzə Əhmədoğlu
- Quraşdırılmış səhnələrin rəssamı: Mirzə Rəfiyev
- Redaktor: İntiqam Qasımzadə, Nataliya Şneyer
- Məsləhətçi: Əli Fəhmi (leksika üzrə), M.Quluzadə (Nəsiminin yaradıcılığı üzrə), Z.Quluzadə (fəlsəfə üzrə), T.Musəvi (tarix üzrə), R.Əfəndiyev (etnoqrafiya üzrə)
- Musiqilərin ifası: SSRİ Kinematoqrafiya Komitəsinin Orkestri
- Dirijor: D.Ştilman
- Filmin direktoru: Daniil Yevdayev, Bəşir Quliyev
Mənbə
[redaktə | mənbəni redaktə et]- Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 235–258; 377.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Arxivlənmiş surət". 2020-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-04.