36°01′33″ şm. e. 14°17′43″ ş. u.HGYO

Mqarr

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Mqarr
36°01′33″ şm. e. 14°17′43″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 38 m
Xəritəni göstər/gizlə
Mqarr xəritədə
Mqarr
Mqarr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mqarr (malta Mġarr) — Maltanın Qozo adasının cənub-şərqində yerləşən bir liman şəhəri.

Mqarr şəhəri eyni adlı dayaz limanın ətrafında yerləşir. Malta arasında bərə xidmətləri 1241-ci ildə istismara verilir. Bu vaxta qədər adada balıqçılıq artıq inkişaf etmişdi. Sahil bölgəsi bir neçə əsr ərzində inkişaf etsə də, limanın özü 1841-ci ilə qədər inkişaf etməmişdir. 1841-ci ildə limanı qorumaq üçün ilk dalğaqıran qurulur, daha sonra 1906-cı ilə qədər bu gücləndirilir və genişləndirilir. 1929-1935-ci illərdə daha böyük, 1969-cu ildə daha iki dalğaqıran inşa edilir. Bu tikinti başa çatdıqdan sonra liman sahəsi 121,4 min kvadratmetrə qədər artır.

21-ci əsrin əvvəllərində adada 9,3 milyon avro dəyərində bir gəmi terminalı inşa edilir. İnşaat işləri 2001-ci ildə başlayır və tikinti yeddi il çəkir. Terminal 2008-ci ilin fevralında açılır. Terminalın tikintisi başa çatdıqdan sonra liman təxminən 600 sərnişin və 200 avtomobil tutumu olur. Ətraf lanşaft üzərində vizual təsirini azaltmaq üçün yeni limanın dizaynı inşaat zamanı yenidən hazırlanmışdır.

Mqarr Qozonun ən böyük balıqçı məntəqəsidir. Bərə terminalına əlavə olaraq şəhərdə bir liman da var. Şəhərdə 1749-cu ildə Müqəddəs Yəhya ordeni cəngavərləri tərəfindən tikilən Şaumbray qalası yüksəklikdə yerləşir[1].

2010-cu ilin may ayında yaxtalar üçün limanı modernləşdirmək niyyətində olan Harbor Management Company Limited şirkətinə veriləcəyi açıqlanır[2].

Limandakı ilk priçalın yanında olan Qleneaqles barı vardır. 1732-ci ildə bərə sərnişinləri üçün bir yaşayış yeri olaraq inşa edilmişdir. Bu bar özünün misilsiz bir meylli bir damı ilə seçilir.

Mqarr bərə xidməti ilə Çirkevva limanına və Komino adasına bağlanır[3][4]. Avtobuslar Viktoriya və Marsalforna şəhərlərinə hərəkət gedir[5].

  1. Christopher Simpson - Maltassist, Malta. "Welcome to Mgarr, Gozo" (ingilis). Maltassist.co.uk. 2007-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-30.
  2. "Gozo News.Com" (ingilis). Gozonews.com. 2010-05-26. 2016-03-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-30.
  3. "Services, terms and schemes" (ingilis). Gozochannel.com. 1924-08-25. 2014-11-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-30.
  4. "Malta - Getting Here" (ingilis). Cominohotel.com. 2015-09-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-30.
  5. "Transport" (ingilis). August 20, 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-04.