Mons Selmerlöv

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Mons Selmerlöv
Måns Zelmerlöw
Ümumi məlumatlar
Doğum adı Måns Petter Albert Zelmerlöw
Doğum tarixi (38 yaş)
Doğum yeri Lund, Skonye, İsveç
Uşağı 2
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, televiziya aparıcısı, aktyor
Fəaliyyət illəri 2005-bu günə kimi
Janr pop
Albom şirkəti Warner Music Sweden
manszelmerlow.se
mzw.se
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mons Petter Albert Semerlöv (isv. Måns Petter Albert Zelmerlöw; doğ. 13 iyun 1986[1]) - isveçli pop musiqiçisi, teleaparıcı, müğənni və aktyor.

O, Idol 2005 yarışmasına qatılaraq beşinci yeri tutmuş, “Let's Dance” yarışmasının birinci mövsümünü isə birinci yerdə bitirmişdir. “Stand by for” adlı ilk albomundan çıxardığı “Cara Mia” adlı ilk sinqlla “2007 Melodifestivalen” yarışmasına qatılan Mons bu yarışmanı üçüncü yerdə bitirmişdir. 2011-2013-cü illərdə Selmerlöv “Allsång på Skansen” adlı televiziya şousunun aparıcısı olmuşdur. 2007, 2009 və 2015-ci illərdə “Melodifestivalen” yarışmasına qatılmış Mons üçüncü dəfə yarışmanın qalibi olmuşdur.

2015-ci ildə “Heroes” mahnısı ilə İsveçi Avroviziya Mahnı Müsabiqəsində təmsil edən Selmerlöv 365 xalla müsabiqənin qalibi olmuşdur və onun topladığı xal göstəricisi Avroviziya Mahnı Müsabiqəsi tarixində üçüncü ən böyük göstərici olmuşdur.

Erkən həyatı və təhsili

[redaktə | mənbəni redaktə et]

Lund şəhərində doğulmuş Mons Selmerlöv Lund Universitetinin professoru Bircitta Sahlen və cərrah Sven-Olof Selmerlövün övladıdır.[2][3] Lund şəhərində oxuduğu gimnaziyada musiqi təhsili almış Mons məktəb xorunda iştirak etmişdir. 2002-ci ildən etibarən Selmerlöv Malmö şəhərindəki Slagthuset teatrında Endryu Lloyd Vebberin “İosif və möhtəşəm rəngli yuxu plaşı” adlı myuziklında qardaşlardan birini canlandırmışdır.[4]

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Selmerlöv ilk dəfə 2005-ci ildə İsveçin TV4 telekanalında yayımlanan Idol yarışmasının İsveç versiyasının ikinci mövsümünə qatılmaqla ictimayətin diqqətini cəlb edə bilmişdi[5]; səkkiz həftəlik yarışma müddətindən sonra 11 noyabr 2005-ci ildə Selmerlöv yarışmanı beşinci yerdə bitirmişdir.[5][6]

Həftə# Mövzu Mahnı Orijinal ifaçı
Dinləmə N/A "Hero" Enrike İqlesias
Final təsnifat N/A "Flying Without Wings" Westlife
Həftə 1 Mənim şəxsi idolum "Millennium" Robbi Vilyams
Həftə 2 80s "The Look" Roxette
Həftə 3 İsveç hitləri "Astrologen" Maqnus Uqla
Həftə 4 Pop hitlər "Escape" Enrike İqlesias
Həftə 5 Disko "Relight My Fire" Den Hartman
Həftə 6 Koktel "It's Not Unusual" Tom Cons
Həftə 7 (1) Rok "Beautiful Day" U2
Həftə 7 (2) Rok "The Reason" Hoobastank

2006: Let's Dance

[redaktə | mənbəni redaktə et]

2006-cı ildə baş tutan “Let's Dance” yarışmasının birinci mövsümünə rəqs partnyoru Mariya Karlssonla birlikdə qatılan Selmerlöv yarışmanın finalında müğənni Anna Buka qalib gələrək birinci olmuşdur.[7]

Həmin il Selmerlöv Cim Ceykobs və Uorren Keysinin “Briolin” myuziklının İsveç səhnələşdirməsində Denni Zuko adlı əsas rolu canlandırmışdır. Bu roldan sonra Mons “Warner Music Sweden”ə daxil olan “M&L Records”la solo albomun çıxarılması haqqında müqavilə bağlaya bilmişdir.[8]

2007–08: MelodifestivalenStand by For...

[redaktə | mənbəni redaktə et]

2006-cı ilin noyabrında, Selmerlövün İsveçin Avroviziya təmsilçisinin seçilməsi üçün keçirilən Melodifestivalen 2007 yarışmasına qatılacağı açıqlandı. Yarışmada İsveçi 2007-ci ildə Finlandiyanın Helsinki şəhərində baş tutacaq Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcək müğənni seçilməli idi.[9] 17 fevral 2007-ci ildə “Cara Mia” mahnısı ilə Örnsköldsvik şəhərində keçirilən üçüncü yarımfinaldan müsabiqəyə qatılan Selmerlöv finala yüksəlmişdir.[10] 10 mart 2007-ci ildə Stokholm Globen Arenasında keçirilən finalda Selmerlöv üçüncü yerdə yarışmanı başa vuraraq “The Ark” qrupu və “Andreas Conson”dan geri qalmışdır.[11] Qısa müddət sonra “Cara Mia” mahnısı Monsun “Stand by For...” albomunun ilk sinqlı kimi satışa çıxarılmışdır.[12] İsveç hit-paradlarında birinci yerə kimi yüksələn albom Beynəlxalq Fonoqram İstehsalçıları Federasiyası tərəfindən platinum sertifikatına layiq görülmüşdür. Albomdan dörd sinql çıxarılmışdır ki, onlar da İsveçdə top 50 siyahısına daxil ola bilmişlər. 2007-ci ilin sentyabrında albom həm də Polşada çıxarılmışdır.[13]

5 oktyabr 2007-ci ildə Mons SVT-də yayımlanan “Lilla Melodifestivalen” yarışmasının aparıcısı olmuşdur.[14] Həmin il, “Futluz” myuziklının İsveç versiyasında rol alan Mons Tommi obrazını canlandırmışdır.[15] Myuzikl həm Stokholmda, həm də Qotenburqda göstərilmişdir.[15] 2008-ci ildə Mons Lizi Holm, Linda Benqsinq, Lotta Engberq, Tomas Pettersson, Molli sanden və Nanni Qrünvalla birlikdə "Diggiloo" turuna qatılmışdır.[16]

2009: MelodifestivalenMZW

[redaktə | mənbəni redaktə et]
Selmerlöv 2009-cu ildə çıxış edərkən

18 noyabr 2008-ci ildə Monsun növbəti dəfə "Hope & Glory" mahnısı ilə Melodifestivalen yarışmasına qatılacaı elan edildi.[17] 2009-cu il festivalında Monsdan başqa, əvvəllər yarışmada iştirak etmiş Sara Doun Fayner, Sofia, BWO və Emi Daymons kimi ifaçılar da iştirak edirdilər. 14 fevral 2009-cu ildə baş tutmuş ikinci yarımfinalda çıxış edən Mons yenidən finala yüksələ bilmişdi.[18] 14 mart 2008-ci ildə baş tutmuş finalda isə münsiflər heyətindən ən çox xal alan müğənni olmasına baxmayaraq, Mons yalnız dördüncü yer tuta bilmişdir.[11]

2008-ci ildə Mons MZW adlı ikinci solo albomunun üzərində işləməyə başlamış və albom 2009-cu il mart ayının sonlarında çıxarılmışdır. İsveç hit-paradlarında birinci yerə yüksələn albom Beynəlxalq Fonoqram İstehsalçıları Federasiyası tərəfindən qızıl sertifikatına layiq görülmüşdür. Albom həm də Polşada çıxarılmışdır. 2009-cu ildə İsveç turnesinə çıxan müğənni, turne boyunca hər iki albomdan olan mahnıları ifa etmişdir.[19]

2010–11: Melodifestivalen aparıcılığıAllsång på Skansen

[redaktə | mənbəni redaktə et]

10 noyabr 2009-cu ildə Monsun Dolf Landqrin və Kristin Meltzer ilə birlikdə Mons Semerlövün 2010 Melodifestivalen yarışmasının aparıcısı olacağı açıqlandı.[20] O, birinci yarımfinalda və finalda Landqrin və Meltzerlə birlikdə səhnəyə çıxdı. Birinci yarımfinalda Mons Duran Duran qrupunun "A View to a Kill" mahnısını finalda isə digər aparıcılarla birlikdə Surviver qrupunun "Eye of the Tiger" mahnısını ifa etmişdir.[21] Həmin il “Romeo və Cülyetta” myuziklında Romeo rolunu canlandıran Mons, SVT-də yayımlanan “Jakten på Julia” adlı istedad şousunun çəkilişlərində iştirak etmiş və müsabiqənin qalibi olan Lizett Paqler sonradan Cülyetta rolunu canlandırmışdır.[22][23] Myuziklın premyerası dekabrda Göta Lejon teatrında baş tutmuşdur.[23]

2011-ci ildə Mons Selmerlövün Anders Lundinin yerinə SVT-də yayımlanan “Allsång på Skansen” şousunun aparıcısı olacağı elan edildi.[16] Sonradan Mons həmin şounun 2012-ci il efirində də aparıcı oldu.[24]

2013–14: Barcelona Sessions

[redaktə | mənbəni redaktə et]

2013-cü ilin martında Selmerlöv “Barcelona Sessions” adlı üçüncü solo albomu üzərində işə başladığını elan etdi və albomdan ilk sinql olan “Broken Parts” mahnısını təqdim etdi. Daha sonra o, İsveç telekanallarında “Run For Your Life” adlı yeni mahnısını təqdim etdi.[25] 2013-cü ilin sentyabrında Selmerlöv albomdan ikinci sinql olan “Beautiful Life” mahnısını təqdim etdi, bir müddət sonra isə “Parallels” adlı yeni mahnını çıxardı. Monsun üçüncü solo albomu 5 fevral 2014-cü ildə satışa çıxarıldı.[26]

2013-cü ilin yayında SVT-də “Allsång på Skansen ” şousunun aparıcısı olan Mons 13 avqustda final efirindən sonra şounu tərk edəcəyini açıqladı.[27][28] Selmerlövün aparıcı kürsüsünü isə müğənni Petra Marklund tutmuşdur.[28]

2013 Melodifestivalen yarışmasına musiqi yazarı kimi qatılan Monsun yazdığı “Hello Goodbye” mahnısı Erik Segerstedt və Ton Damli tərəfindən ifa edilmişdir.[29] 2013-cü ilin sonlarında Mons Selmerlöv Loa Falkman, Sussi Eriksson və Lena Filipssonla birlikdə “Spök” adlı myuziklda əsas rollardan birini canlandırmışdır.[30]

Selmerlöv Avroviziya Mahnı Müsabiqəsində çıxış edərkən

2015–bu günə kimi: Avroviziya Mahnı MüsabiqəsiPerfectly Damaged

[redaktə | mənbəni redaktə et]

2015-ci ildə növbəti dəfə Melodifestivalen yarışmasına qatılan Mons, "Heroes" mahnısı ilə 288 xal toplayıb finalda qalib gəldi.[31][32][33] Həin müsabiqədə ifa Behranq Miri tərəfindən ifa edilmiş "Det rår vi inte för" mahnısının da müəlliflərindən biri Mons olmuşdur.[34]

11 may 2015-ci ildə Selmerlöv dördüncü studio albomu olan "Perfectly Damaged" albomunun üz qabığının 5 iyun 2015-ci ildə təqdim ediləcəyini açıqladı.[35] 17 may 2015-ci ildə Mons "Heroes" mahnısını ilk dəfə Belqradda X Factor Adria yarışmasının ilk canlı efirində ifa etdi.[36][37]

2015 Avroviziya Mahnı Yarışmasından qabaq əksər qiymətləndirmə təşkilatları Monsun qalib gələcəyini iddia edirdilər.[38][39] 21 mayda ikinci yarımfinalda çıxış edən Mons 217 xalla (Avroviziya tarixində yarımfinalda toplanmış ən böyük xal göstəricisi) finala keçdi.[40][41] Finalda 365 xal toplayan[42][43] Mons 2015 Avroviziya Mahnı Müsabiqəsinin qalibi oldu və onun xal göstəricisi Avroviziya tarixində üçüncü ən böyük göstərici oldu.[42]

17 sentyabrda Avropa turnesinə başlamazdan əvvəl, müğənni, yay aylarında İsveç və Finlandiyada bir neçə müsabiqədə qonaq qismində çıxış edib.[44]

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Selmerlövün özündən balaca bir bacısı var. O, boş vaxtlarında futbol, tennisqolf oynamağı sevir.[45]

2004-cü ildə Selmerlöv ailəsi ilə birlikdə Tailandın Kao Lak kurort şəhərində istirahət edərkən Hind okeanında zəlzələ baş vermiş və sahilyanı ərazilərə ciddi ziyan dəymişdir. Lakin Mons və ailəsi bu faciədən xilas ola bilmişdi.[46][47]

Selmerlöv 2007 Stokholm Gey praydında.

2008-2011-ci illərdə Mons İsveç pop qrupu “A-Teens”in keçmiş üzvü, müğənni və model Mari Serneholtla əlaqədə olmuşdur.[48]

2014-cü ilin martında “Pluras kök” adlı İsveç yemək şousuna qatılan Selmerlöv şou zamanı homoseksuallığıavvikelse” (təxminən sapma və ya çaşma) hesab etdiyini demişdi. Şouda o, bildirmişdi ki, homoseksuallığın səhv bir şey olduğunu fikirləşmir, lakin bunun bioloji baxımdan təbii olduğunu da düşünmür. Sonradan işlətdiyi bu ifadəyə görə bir neçə dəfə üzr istəyən Selmerlöv bunun bir səhv anlaşılma olduğunu bildirmişdi.[49][50][51][52] Selmerlövün Melodifestivalen yarışmasında qalib gəlməsi və ölkəsini Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcəyi dəqiqləşdikdən sonra bu qalmaqal beynəlxalq mətbuat səhifələrinə çıxmış, lakin həm İsveç LGBT birlikləri, həm də Avroviziya media iştirakçıları Selmerlövü müdafiə etmişlər. Yarışma qabağı verdiyi müsahibədə Selmerlöv çoxlu gey dostlarının olduğunu, həmçinin ətrafındakı homoseksual insanlarla çox yaxşı münasibəti olduğunu bildirmişdi.[53][54][55] Müsabiqədən sonra Mons Selmerlövün adı naməlum olan başqa bir oğlanla görüşməsi haqqında məlumat və onların öpüşmələrini əks etdirən fotolar yayılmışdır.[56][57]

Diskoqrafiyası

[redaktə | mənbəni redaktə et]
  1. "Måns Zelmerlöw – Heroes". SVT. 9 May 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 24 May 2015.
  2. "Jag har fått så mycket gratis". Aftonbladet. 2015-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 iyul 2015.
  3. "Jag framstår som en alkis". Aftonbladet. 2015-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 iyul 2015.
  4. Sveriges Radio. "Cara Mia". 2015-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 iyul 2015.
  5. 1 2 "Måns utröstad ur "Idol"". Expressen. 2015-01-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 iyul 2015.
  6. "Idolartisterna framåt i melodifestivalen". Göteborgs-Posten. 2015-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 iyul 2015.
  7. "Måns och Maria vann "Let's dance"". Aftonbladet. 2015-01-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 iyul 2015.
  8. Stockholm TT Spektra. "Tajta jeans för Måns Zelmerlöw i "Grease"". Metro. 17 February 2011. 4 January 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 iyul 2015.
  9. Stockholm TT. "Måns Zelmerlöw öppnar för schlagern". SvD.se. 2014-12-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 iyul 2015.
  10. "Tredje gången gillt för Måns Zelmerlöw". 2015-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 iyul 2015.
  11. 1 2 Stockholm TT. "Måns Zelmerlöw gör schlagercomeback". Svenska Dagbladet. 2014-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 iyul 2015.
  12. "Stand By for..." musiXmatch. 2015-01-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 iyul 2015.
  13. "Plats 1: Måns Zelmerlöw". Expressen. 2015-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 iyul 2015.
  14. "Zelmerlöw leder Lilla Melodifestivalen". Aftonbladet. 2015-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 iyul 2015.
  15. 1 2 "Stjärnorna i ny musikal". Expressen. 2015-01-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 iyul 2015.
  16. 1 2 "Måns Zelmerlöw laddar om för 2008". Expressen. 2015-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 iyul 2015.
  17. "Måns Zelmerlöw om Melodifestivalen: 'Allvarligt – nu ska jag vinna skiten'". Aftonbladet. 2014-12-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 iyul 2015.
  18. Matilda Källén. "Måns Zelmerlöw har hittat hem". Kristianstadsbladet. 2015-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 iyul 2015.
  19. Paulina Stoltz. "Recension: MZW – Måns Zelmerlöw (Pop) – Musik". Svenska Dagbladet. 2015-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 iyul 2015.
  20. "De leder Melodifestivalen 2010". Sydsvenskan. 2015-04-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 iyul 2015.
  21. "Måns Zelmerlöw hjälper hjärtsjuka barn". Muzik Kitabi. 2015-01-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 iyul 2015.
  22. "Här kysstränar de – med Måns Zelmerlöw". Aftonbladet. 2015-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 iyul 2015.
  23. 1 2 "– Det är lätt att bli nykär med Lisette". Aftonbladet. 2015-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 iyul 2015.
  24. Stockholm TT Spektra. "Måns Zelmerlöw har hittat lugnet". Svenska Dagbladet. 2013-03-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 iyul 2015.
  25. "Måns Zelmerlöw - "Run for your life"". Expressen. 2014-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 iyul 2015.
  26. "Måns Zelmerlöws "Barcelona sessions"". Expressen. 2015-01-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 iyul 2015.
  27. "Zelmerlöws besked: Slutar med Allsången". Expressen. 2015-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 iyul 2015.
  28. 1 2 "Det här kommer att bli helt sjukt kul". svt.se. 2014-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 iyul 2015.
  29. "Måns Zelmerlöw: "Jag kommer aldrig lämna Melodifestivalen"". Poplight. 2015-12-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 iyul 2015.
  30. Stockholm TT Spektra. "80-tals musikalen "Spök" återuppstår – Kultur". Svenska Dagbladet. 13 October 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 March 2015.
  31. Sveriges Radio. "Saade and Zelmerlöw favourites for Melodifestivalen 2015". 2015-01-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 iyul 2015.
  32. TT. "Saade och Zelmerlöw siktar mot seger". Trelleborgs Allehanda. 25 November 2014. 3 January 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 iyul 2015.
  33. "Eurovision Sweden: Måns Zelmerlöw wins Melodifestivalen 2015!". esctoday.com. 2015-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 iyul 2015.
  34. ""Det rår vi inte för" skrevs för Måns Zelmerlöw". svt.se. 2015-02-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 iyul 2015.
  35. ""Måns Zelmerlöw at Twitter". twitter.com. 2016-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 iyul 2015.
  36. "Taggad Måns siktar på seger". 2015-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 iyul 2015.
  37. "Eurovision Sweden: Måns to perform on X Factor Adria". esctoday.com. 2015-05-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 iyul 2015.
  38. "Odds Eurovision Song Contest 2015". Eurovisionworld. 2015-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 iyul 2015.
  39. "Eurovision 2015 Betting Odds". Oddschecker.com. 2015-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 iyul 2015.
  40. "Måns succé – till final i ESC efter nervpärs". Expressen. 2015-05-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 iyul 2015.
  41. "Måns Zelmerlöw, a Eurovision hero for Sweden". Eurovision.tv. 2015-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 iyul 2015.
  42. 1 2 "Eurovision Song Contest: Sweden's Mans Zelmerlow wins". BBC News. 2015-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 iyul 2015.
  43. "Sweden Wins Eurovision Song Contest 2015". Sky News. 2015-05-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 iyul 2015.
  44. "Tour Dates". 2015-07-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 iyul 2015.
  45. "Måns Zelmerlöw – Biografi". 29 July 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 iyul 2015.
  46. "Måns Zelmerlöw var med om tsunamin 2004: Det var ofattbart hemskt – Nöjesbladet – Aftonbladet". Aftonbladet. 2018-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 iyul 2015.
  47. "Måns Zelmerlöw: "Jag glömmer aldrig likstanken" - Malou Efter tio – tv4.se". 2015-04-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 iyul 2015.
  48. "Måns Zelmerlöw och Marie Serneholt gjorde slut mitt under allsången: Vi är inte ett par längre – Klick!". Aftonbladet. 2017-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 iyul 2015.
  49. "SWEDEN: MÅNS ZELMERLÖW APOLOGISES AFTER GAY COMMENTS ON "PLURAS KÖK"". Wiwibloggs. 2018-02-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 iyul 2015.
  50. "Eurovision Song Contest 2015: Sweden selects singer who made anti-gay remarks". The Independent. 2015-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 iyul 2015.
  51. Larsson, Ronny. "Måns "Jag passerade gränsen på så många sätt"". QX. 3 November 2014. 24 September 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 March 2015.
  52. "Måns: Försökt att få den delen bortklippt". Expressen. 2018-10-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 iyul 2015.
  53. Fahl, Hanna. "Is Måns Zelmerlöw A Homophobe FAQ!". DN.se. 16 March 2015. 20 March 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 March 2015.
  54. Larsson, Ronny. "Comment: Swedish Eurovision star shouldn't get nul points for his comments about gays". Pink News. 18 March 2015. 3 January 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 iyul 2015.
  55. Adams, William Lee. "Måns Zelmerlöw: Melodifestivalen winner is not a homophobe MÅNS ZELMERLÖW: MELODIFESTIVALEN WINNER IS NOT A HOMOPHOBE". Wiwibloggs. Wiwibloggs. 2018-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 iyul 2015.
  56. Elmervik, Linn. "Zelmerlöw: Kan tänka mig att dejta en kille". Aftonbladet. 11 May 2015. 22 August 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 iyul 2015.
  57. Duffy, Nick. "Swedish Eurovision favourite: I would 'absolutely' date a man". Pink News. 18 May 2015. 3 January 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 iyul 2015.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
Sələfləri 
yox
Let's Dance qalibi
I mövsüm (2006, Mariya Karlssonla birlikdə)
Xələfləri 
Martin Lidberq & Sisilya Erlinq
Sələfləri 
Sloveniya Sloveniya Saša Lendero
OGAE Second Chance Müsabiqəsinin qalibi
2007
Xələfləri 
 İsveç Sanna Nilsen
Sələfləri 
 Avstriya Konçita Vurst
Avroviziya Mahnı Müsabiqəsinin qalibi
2015
Xələfləri 
hazırkı