Monakonun dövlət quruluşu
Naviqasiyaya keç
Axtarışa keç
Monakonun dövlət quruluşu — Monako knyazlığı konstitusiyalı irsi monarxiyadır. 1962-ci il Konstitusiyası qüvvədədir. Dövlət başçısı knyazdır. Qanuncerici hakimiyyət knyaza və Milli Şuraya, yəni parlamentə məxsusdur. İcra hakimiyyətini dövlət naziri və onun üç müşavirindən təşkil olunmuş Hökumət Şurası həyata keçirir. Dövlət nazirini knyaz Fransanın tövsiyə etdiyi üç namizəd arasından təyin edir.[1]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Монако. Дөвләт гурулушу // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: Мисир—Прадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 41.