Molekulyar mətbəx
Molekulyar mətbəx[1] (ing. Molecular gastronomy) və ya Molekulyar kulinariya — yemək və desertlərin hazırlanmasına elmi yanaşma; fiziki-kimyəvi mexanizmləri nəzərə alan mətbəx.[2] Molekulyar kulinariyaya alternativ kulinariya da demək olar.[3]
Tarixi
[redaktə | mənbəni redaktə et]Molekulyar kulinariya 1992-ci ildə meydana gəlsə də, son illərdə geniş yayılmağa başlayıb.[4]
Kimyaçı Erve Tisa və fizik Nikolas Kurti yemək hazırlanmasına ciddi laborator tədqiqat tələb edən bir məsələ kimi baxırlar.[4] Onlar əmin olublar ki, suflenin hazırlanması zamanı baş verən proseslər Veneranın atmosferinə nisbətən daha az öyrənilib.[4]
Hazırlanması
[redaktə | mənbəni redaktə et]Bu zaman yeməklər vakuum şəraitində aşağı temperaturda hazırlanır.[1]
Molekulyar mətbəx inqredientlərin bişmə zamanı fiziki və kimyəvi dəyişikliklərinə əsaslanır.[5] Belə ki, yemək hazırlanması zamanı maddənin molekulyar əlaqələrini qırdıqda, həmin maddənin yeni, qeyri-adi xüsusiyyətləri üzə çıxır.[4] Nəticədə maddənin forması, dadı dəyişə bilər; maddəyə təsir etməklə onu molekulyar mərhələdə dəyişib ondan yeni maddə alınır.[4] Yeni maddələrdən isə fərqli bir şey hazırlanır.[4]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Molekulyar qidalar — FOTOSESSİYA Arxivləşdirilib 2023-07-29 at the Wayback Machine. milli.az, 22.12.2012 (az.)
- ↑ Harvard universitetinin alimi qeyri-adi kafe açıb Arxivləşdirilib 2015-04-04 at the Wayback Machine. reset.az, 20.02.2015 (az.)
- ↑ Molekulyar kulinariya: bal kürüsü Arxivləşdirilib 2015-08-10 at the Wayback Machine. sputnik.az, 31.07.2015 (az.)
- ↑ 1 2 3 4 5 6 Fizika və kimya aşpazların köməyində: Molekulyar kulinariya Arxivləşdirilib 2015-08-26 at the Wayback Machine. sputnik.az, 04.07.2015 (az.)
- ↑ Haute Cuisine nədir? Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine (az.)
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Molekulyar kulinariya: yumurta Arxivləşdirilib 2015-07-10 at the Wayback Machine. sputnik.az, 07.07.2015 (az.)
- Molekulyar kulinariya: nar jelesi Arxivləşdirilib 2015-08-27 at the Wayback Machine. sputnik.az, 08.07.2015 (az.)
- Molekulyar kulinariya: meyvə şirəsi spagettisi Arxivləşdirilib 2015-07-14 at the Wayback Machine. sputnik.az, 11.07.2015 (az.)
- Molekulyar kulinariya: ağ şokolad spagettisi Arxivləşdirilib 2015-07-29 at the Wayback Machine. sputnik.az, 24.07.2015 (az.)
- Molekulyar kulinariya: bal kürüsü Arxivləşdirilib 2015-08-10 at the Wayback Machine. sputnik.az, 31.07.2015 (az.)