Mixail Gerasimov
Mixail Gerasimov | |
---|---|
Mixail Mixailoviç Gerasimov | |
Doğum tarixi | |
Doğum yeri | Sankt-Peterburq |
Vəfat tarixi | (62 yaşında) |
Vəfat yeri | Moskva |
Dəfn yeri | |
Elm sahələri | antropologiya, arxeologiya |
Elmi dərəcəsi |
|
İş yerləri |
|
Təhsili |
|
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Mixail Mixailoviç Gerasimov (rus. Михаи́л Миха́йлович Гера́симов; 2 (15) sentyabr 1907[1] və ya 15 sentyabr 1907[2], Sankt-Peterburq[3] – 21 iyul 1970[3][2][…], Moskva[3]) — Sovet antropoloqu, arxeoloqu.
Həyatı
[redaktə | mənbəni redaktə et]Mixail Mixailoviç Gerasimov 15 sentyabr 1907-ci ildə Sankt-Peterburq şəhərində həkim ailəsində anadan olmuşdu.Uşaqlıq və gənclik illərini İrkutsk şəhərində keçirmişdi.11 yaşından qazıntılarda iştirak etmişdi.
Mixail Gerasimov 21 iyul 1970-ci ildə Moskva şəhərində vəfat edib.
Mixail Gerasimov və Əmir Teymur
[redaktə | mənbəni redaktə et]Tarixdə bəzi rəvayətlər vardır, lənətlər, qadağalar barədə bütün kitablarda ətraflı məlumatlar verilib. Məsələn, Əmir Teymurla bağlı lənətin, qadağanın mövcudluğu hamıya bəllidir. Rəvayətə görə, böyük fatehin məzarına toxunulsa, bəşər tarixinin ən dəhşətli müharibəsi başlayacaq. Sovet alimləri əlbəttə ki, belə rəvayətlərə fikir verən deyildilər. Səmərqənddə əmir Teymurun məzarının açılması barədə xüsusi qərar verilmişdi. SSRİ-nin ən məşhur antropoloq alimi M.M.Gerasimov kəllə sümüklərinin əsasında rəhm, aman bilməmiş Teymurun sifətini, simasını bərpa etmək fikrinə düşmüşdü. Moskvanın fərmanı qabağında Özbəkistanın partiya təşkilatı nə deyə biləcəkdi? Hazırlıq işləri görüldü, məqbərədə bütün döşəməni söküb sarkofaqın üstünə çıxdılar. Deyilənə görə, sarkofaqın üzərində ərəb dilində bu sözlər yızılıbmış: "Açmayın! Teymurun dövründən də çox insan qanı töküləcək!" Başqa bir səhih məlumata görə, fəhlələr ilk günlərdə külünglə işləyib məzarı dağıdanda üç pirani qoca Gerasimovun yanına gəlir və xahiş edirlər ki, əmir Teymuru narahat etməsinlər, yoxsa fəlakət baş verəcək. Nə məşhur alim, nə də onunla işləyənlər qocaların sözlərini ciddi qəbul etmirlər. Qocaların biri alimin, məmurların inadını görüb dərin ah çəkib dillənir: - - Bizim borcumuz sizi xəbərdar etmək idi. Ona toxunsanız məhşər bərpa olacaq, biz bir şey bilməsək, demərik, insan qanından ümman yaranacaq, yer göy od tutub yanacaq... O, bu sözləri elə tərzdə, elə intonasiya ilə deyir ki, hamı sarsılır, hətta qocaların necə yox olmasını sezmirlər də. Rəhbər məmurlardan biri qocaların ardınca məqbərədən çölə çıxır və heç kimi görmür. O, təəccüblə ətrafa yığılmış adamlardan üç qocanın hara getdiyini soruşur.
Bir nəfər də olsun "Gördüm" sözünü demir, üç qoca elə bir ruh imiş... 1941-ci ilin iyun ayının 22-də sarkofaq açılır. İndi görün M.M.Gerasimovun özü nə danışıb: "Məzarın açılması üçün icazəni alan kimi sarkofaqın üzərinə qoyulmuş böyük daş təbəqə ilə üzləşdik. Onu nə yerindən qaldıra, nə də tərpədə bildik. Bazar günü idi, axtarıb qaldırıcı kran gətirdik və daş təbəqəni qaldırdıq. Mən həmin dəqiqə skeletin ayaqlarına diqqət yetirdim. Axı məlum idi ki, Teymur axsaq olub və mən də bunu dəqiqləşdirmək istədim. Doğrudan da ayağın biri digərindən gödək idi... Elə bu zaman yuxarıdan qışqırdılar - Mixail Mixailoviç! Tez olun çıxın! Molotov radio ilə çıxış edir, müharibə!" Arxeoloqlar hər yeri sahmana salıb qəbirin üstünü örtdülər. Gerasimov isə Teymurun kəlləsini Moskvaya apararaq, bərpa işinə başlayır. Tarixi şəxsiyyətin sifəti bərpa edilərkən kəllənin özü materialın içində qalır. Amma bir neçə ildən sonra Stalinin əmri ilə Teymurun kəlləsi Səmərqəndə gətirilib məzara qoyulur. Orta Asiyada İnsanlar hələ indiyə qədər müharibənin başlanmasını Teymurun məzarının açılması ilə bağlayırlar.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Исаев Ю. Н. Чувашская энциклопедия (rus.). Чувашское книжное издательство, 2006. 2567 с. ISBN 978-5-7670-1471-2
- ↑ 1 2 Историческая энциклопедия Сибири (rus.). / под ред. В. А. Ламин Новосибирск: 2009. ISBN 5-8402-0230-4
- ↑ 1 2 3 Герасимов Михаил Михайлович // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- 15 sentyabrda doğulanlar
- 1907-ci ildə doğulanlar
- 62 yaşında vəfat edənlər
- 21 iyulda vəfat edənlər
- 1970-ci ildə vəfat edənlər
- Novodeviçye qəbiristanlığında dəfn olunanlar
- Tarix elmləri doktorları
- REA Arxeologiya İnstitutunun alimləri
- "Şərəf nişanı" ordeni ilə təltif edilənlər
- 3-cü dərəcəli "Stalin" mükafatı laureatları
- "Stalin" mükafatı laureatları
- RSFSR-in əməkdar elm xadimləri
- Əlifba sırasına görə alimlər
- Sankt-Peterburqda doğulanlar
- Moskvada vəfat edənlər
- SSRİ tarixçiləri