35°36′ şm. e. 136°18′ ş. u.HGYO

Mino-Ovari zəlzələsi (1891)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Mino-Ovari zəlzələsi
Tarix
Episentrin yeri
  • 35°36′ şm. e. 136°18′ ş. u.HGYO
Ölənlər
  • 7.273
Xəsarət alanlar
  • 17.175
Xəritədə yeri
Mino-Ovari zəlzələsi xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mino-Ovari zəlzələsi1891-ci ildə Yaponiyada baş verən zəlzələ[1].

1891-ci il oktyabrın 28-də səhər saat 06.37 dəqiqədə Yaponiyanın dağlıq rayonu olan Xan-syu adasında zəlzələ baş vermişdir. Zəlzələ təxminən 100 km uzunluğunda tektonik xəttin fayı ilə müşayiət edilmişdir. Üfiqi yerdəyişmə 4 m-ə, şaquli yerdəyişmə bəzi yerlərdə 7 m-ə çatmışdır. Şərq tərəfdə fay boyu yerdəyişmə şimal-qərb istiqamətində olmuşdur. Böyük torpaq sahələri bəzi yerlərdə çökmüş və bəzi yerlərdə qalxmışdır.

1891-ci ildəki Mino-Ovari zəlzələsindən sonra

Zəlzələ 1 000 000 km2 sahədə hiss edilmiş, fay boyu 10 000 km2-ə yaxın sahədə böyük dağıntılar olmuş və 10 000 körpü müxtəlif dərəcədə zədələnmişdir. Bu zəlzələnin nəticəsində 7 000 nəfər tələf olmuş və 17 000 nəfər yaralanmışdır.

  1. Fuad Sultanov, Z.Sultanova. "Zəlzələlər", Bakı, "Azərnəşr", 1958. səh.14