Milli Respublika Qvardiyası (Portuqaliya)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Milli Respublika Qvardiyası
port. Guarda Nacional Republicana
Milli Respublika Qvardiyasının gerbi
Növü Jandarmeriya/Milli Qvardiya
Yaranma tarixi 1801-müasir dövr
Ölkə
Tabedir Portuqaliya Daxili İşlər Nazirliyi
Sayı 27.000[1]
Komandanlıq
Komandir General-leytenant Luís Francisco Botelho Miguel
gnr.pt
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Milli Respublika Qvardiyası (GNR) (port. Guarda Nacional Republicana) Portuqaliyanın mülki əhali üzərindəki ictimai təhlükəsizliyin təmin edilməsinə görə məsuliyyət daşıyan hərbi hüquq-mühafizə orqanıdır. 1801-ci ildə Regent şahzadə IV Juanın dövründə Lissabon Kral Mühafizəsi Polisi adı altında Fransa Jandarmı nümunə götürülərək yaradılmış olub, indiki adını isə 1910-cu ildə almışdır.

GNR əsasən kənd yerlərində olmaqla Portuqaliya ərazisinin 94%-də, profilaktik polis və yol patruluna cavabdehdir.[1] Milli səviyyədə isə gömrük mühafizəsi, sahil mühafizəsi, təbiətin mühafizəsi, axtarış-xilasetmə əməliyyatları və mərasim mühafizəsi kimi fəaliyyət göstərir.

GNR üzvləri, mülki İctimai Təhlükəsizlik Polisi (PSP) üzvlərindən fərqli olaraq, hərbi qanunlara və təşkilatlara tabe olan hərbi qulluqçulardırlar. 2000-ci illərdən etibarən isə GNR İraq, Şərqi Timor və dünyanın digər regionlarındakı beynəlxalq əməliyyatlarda iştirak etmək üçün dəstələr göndərir.

  1. 1 2 "Arxivlənmiş kopya". 1 may 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 iyun 2020.