Fales (Miletli)
Miletli Fales | |
---|---|
Θαλῆς ὁ Μιλήσιος | |
Doğum tarixi | təq. e.ə. 625[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | ən tezi e.ə. 548 və ən geci e.ə. 545[3][4][…] |
Vəfat yeri | |
Vəfat səbəbi | Günvurma[6] |
İstiqaməti | Sokrataqədərki fəlsəfə, Milet məktəbi |
Əsas maraqları | fəlsəfə, riyaziyyat |
Vikianbarda əlaqəli mediafayllar |
Miletli Fales (yun. Θαλής; təq. e.ə. 625[1][2][…], Milet[5] – ən tezi e.ə. 548 və ən geci e.ə. 545[3][4][…], Milet) — Qədim yunan filosofu, Miletli (Kiçik Asiya) riyaziyyatçı. Milet (İon) fəlsəfə məktəbinin yaradıcısı, riyaziyyatçı, fizik, astronom. Fales Aristotelin zamanından etibarən ilk yunan filosofu hesab edilir. Onun "Yeddi yunan müdriklərdən" biri olduğunu iddia edənlər də var.[7]
Həyatı
[redaktə | mənbəni redaktə et]Falesin əslən haralı olması bir qədər mübahisə doğurur. Belə ki, onun yunan olmadığı və Finikiyada doğulması ilə bağlı iddialar mövcuddur. Falesin atası Eksamyas, anası Kleobuna isə Finikiyalı Thelidlər nəslindən olan xanım idi. Rəvayətlərə görə Fales Finikiyada doğulmuş və Neilos adlı biri ilə birlikdə burdan sürgün edilmiş, Milet vətəndaşlığına qəbul edilmişdi. Bəzi mənbələr də onun Finikiyada doğulduğunu qeyd edir. İlk öncə siyasətlə məşğul olmağa çalışmış, daha sonra isə təbiəti araşdırmağa yönəlmişdi. Kallimaxos onu Kiçik ayı bürcünün ilk kəşf edən şəxs olaraq adlandırır.[8]
Falesin şəxsi və həyatı ilə bağlı məlumatlar əsasən fraqmentlər şəklində gəlib çatmışdır. Yaşadığı illər Antik dünya tarixçisi Apollodora görə doğum və ölüm tarixləri (e.ə 624–546), atasının adı Hexamyes Karyalıdır, lakin anası dəqiqliklə nüfuzlu yunan ailəsindən gəlməkdədir. Digər müəlliflərin qeyd etdiyi kimi zeytun ağacından gəlirlər əldə etməsi, səmanı izləyərkən çuxura düşməsi ilə yanaşı Krezin ordularının irəliləməsinin qarşısını almaq üçün çay yatağını dəyişdirməsi ilə xatırlanır.[9]
Deyilənlərə görə tacir olan Fales səyahətlər edirmiş. O, bir müddət Misirdə yaşamış, kahinlərdən bir çox təbiət sirlərini öyrənmişdir. "Həndəsə" elmini məhz o Misirdən Yunanıstana gətirib yunanları bu elmlə tanış etmişdir.
Fəlsəfəsi və elmi
[redaktə | mənbəni redaktə et]Fales öz dövrünün ən bilikli adamlarından biri hesab edilirdi. O, bir çox ölkələrə səfərlər etmiş, öz dünyagörüşünü genişləndirmişdir. Buna görə də o, öz biliklərinin əsasında dünyanın yaranması və quruluşu haqqında düşüncələrini irəli sürə bilmişdir.
Fales haqqında Platon özünün Taetetus adlı dialoqunda (174a) onun ulduzlu səmanı araşdırdığını və diqqətlə göy üzünü izlədiyini və bir gün yolla gedərkən, ulduzlara baxdığı üçün yolda açılmış çuxura düşdüyünü qeyd edir. Bu zaman yaxınlıqda olan Tarkiyalı xidmətçi qız Falesi burnunun ucunda olanı görməyib göylərə baxmağa çalışan dəli olduğunu deyir.[10]
Falesin fikrincə, varlıq sudan yaranmışdır[11]. Bu iddiaya qədim Misir miflərində də rast gəlinir. Ona görə də tədqiqatçılar hesab edirlər ki, Fales qədim Mesopotamiya və Misir dünyagörüşü və elmindən geniş istifadə etmişdir. Aristotelin fikrincə, onun bu fikri müşahidələrinə əsaslanırdı. Hər varlıq, yəni hər bitki yaş substansiyalarla bəslənir, hər şeyin ya toxumu ya da filizi yaşdır və nəmə ehtiyacı vardır. Nəhayət su donub bərkiyərək, ya da buxarlaşaraq hər şeyi yaradır, torpaq belə suyun ya yatağı ya da toplandığı yerdir. Fales maddəni (hyle) onun içərisində var olan və onu canlandıran bir qüvvə ilə (zoe) birlikdə qəbul edirdi. Ona görə də ilk materialistlərin fəlsəfəsinə hilozoizm deyilir. Bu fəlsəfədə hərəkət edən hərəkət etdiriləndən ayrılmamışdır hələ. Fales "hər şey tanrılarla doludur" fikri də maddəyə yalnız maddənin özü tərəfindən can veriləcəyi fikrinə əsaslanır. Hərəkətin səbəbi də xarici təsir deyil, birbaşa maddənin içərisindədir.[12]
Fales haqqında günümüzə çatan məlumatlar birbaşa olaraq yox, ikinci mənbədən əldə edilən məlumatlardır. Çox vaxt tarixdə "Nautical Astrology" adlı kitab yanlışlıqla Falesə aid edilirdi. Falesə görə, suyun hər şeyin təməlində yer alması onun həyati əhəmiyyəti ilə bağlıdır, çünki hər şey böyümək və var olmaq üçün suya ehtiyac duyur. Eyni zamanda Fales Qədim Yunan əfsanələri olan Oceanos və Tethis kimi əfsanələrdən də yararlanmış ola bilər. Bu düçüncə eyni zamanda Yunan fəlsəfəsinin Qədim Yunan dinindən ortaya çıxdığı görüşünə əsaslanmaqdadır. Falesə görə suyun müxtəlif şəkil dəyişmələri insanların gözləri önündə baş verirdi. Günəş işıqları sayəsində suyun buxarlanmasını suyun oda çevrilməsi kimi, yağan yağışın torpaq tərəfindən udulması isə suyun torpağa çevrilməsi kimi qəbul olunurdu. Lakin Fales hər şeyin necə olub sudan gəldiyini tam olaraq izah eləmir. Onun fikrincə bir maddənin digərinə çevrilməsi təcrübə ilə qəbul etmək olardı. Bunun nəticəsində də əslində çevrilmənin necə baş verməsi onun üçün önəmli deyildi. Fales hər şeyin sudan yarandığı kimi, yenidən sonda suya qayıdacağın da qeyd edirdi. Aristotel sayəsində Falesin 3 əsas fikri ilə tanış olmuşuq: "Hər yer tanrılarla doludur", "Dünya su üstündə üzən düz diskdir", "Hər şeyin ilkin səbəbi sudur".[13]
Falesin fikrincə yer yastıdır və suyun üzərində durur[14], o hər tərəfdən su ilə əhatələnmişdir. Kainatda hər şey suyun buxarlanmasından yaranır. Suyun və ondan yaranan şeylərin həyatverici ruhu vardır, onlar ölü deyildirlər[11]. Bunu əsaslandırmaq üçün Fales maqnitin dəmiri özünə doğru çəkməsini örnək kimi göstərirdi[15]. Bu fikir sonralar hilozoizm (maddi aləmin canlı olması) adlandırılmışdır.
Fales ilk dəfə olaraq ay işığının əslində günəş şüalarının yansıması (əks olunması) olduğunu iddia etmişdir. O həm də, günəşin tutulmasının səbəbi kimi ayın onun qabağına keçməsini göstərmişdir. O, həndəsə elmində Fales teoremi adlanan qanunauyğunluğu kəşf etmişdir[16].
Falesin günəş təqviminin 365 gün olduğunu və yaz və qış gündönümlərinin vaxtlarını müəyyən edən ilk şəxs olduğu hesab edilir. İrəlidə baş verəcək zeytun bolluğunu daha əvvəlcədən müəyyən edərək bütün zeytun dəyirmanlarını ucuz qiymətə kirayələmiş və bunun nəticəsində də çoxlu var dövlət qazanmışdı. Bu səbəblə Aristotel Falesin timsalında filosofların istərlərsə zəngin ola biləcəklərini qeyd edir.[17]
Falesin əsərləri günümüzə gəlib çatmamışdır. Ancaq başqa müəlliflər xəbər vermişdirlər ki, onun "Gün dönümü haqqında" (Περὶ τροπὴς) və "Gecə-gündüzün bərabərliyi haqqında" (Περὶ ἰσημερίας) adlı kitabları olmişdur[18].
Sitatlar
[redaktə | mənbəni redaktə et]- Falesdən soruşublar: "Dünyada ən çətin şey nədir"?. O dedi "Özünü tanımaq". Sonra soruşdular: "Bəs ən asan şey nədir"?. Dedi: "Başqasına məsləhət vermək".
- Çox danışmaq heç də müdrikliyin əlaməti deyil. Müdrikliyi axtar, xeyri seç.[7]
- Pislər hər yerdə çoxluq təşkil edir.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 32-33. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-16. ("Fəlsəfəsi" bölümü)
- Fales: Həyatı və fəlsəfəsi, Bakı Fəlsəfə Akademiyası, 2021.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Adil Əsədov. Fəlsəfə tarixindən etüdlər: İdeal və reallıq arasında ziddiyyət və onun Qərb, rus və Şərq təfəkküründə həll imkankarı. Bakı: Təknur, 2007. – 116s.
- Adil Əsədov. Yunan fəlsəfəsiindən etüdlər: yunan fəlsəfəsiində idealin və realliğin münasibətlərinə dair. Ön sözün müəllifi – fəlsəfə elmləri doktioru Tahirə Allahyarova. Bakı: Təknur, 2008.
- Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 32-33. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-16.
- D. R. Dicks, Thales, The Classical Quarterly, New Series, Vol. 9, No. 2 (Nov., 1959), pp. 294–309 Online
- D. L. Couprie, How Thales Was Able to "Predict" a Solar Eclipse Without the Help of Alleged Mesopotamian Wisdom, Early Science and Medicine, Volume 9, Number 4, 2004, pp. 321–337 (17).
- A. A. Mosshammer, Thales’ Eclipse, Transactions of the American Philological Association, 1974, V. 111, p. 145.
- D. Panchenko, Thales’s Prediction of a Solar Eclipse, Journal for the History of Astronomy, 1994, V. 25, p. 275. Online
- F. R. Stephenson, L. J. Fatoohi, Thales' Prediction of a Solar Eclipse, Journal for the History of Astronomy, V. 28, p. 279. Online
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Biographical Encyclopedia of Astronomers. Nyu-York: Springer Science+Business Media, 2007. ISBN 978-0-387-31022-0 doi:10.1007/978-0-387-30400-7
- ↑ 1 2 Brockhauz Ensiklopediyası (alm.).
- ↑ 1 2 Thales of Miletus // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 Istituto dell'Enciclopedia Italiana Talète di Mileto // Enciclopedia on line (it.).
- ↑ 1 2 Любкер Ф. Thales (rus.). // Реальный словарь классических древностей по Любкеру / под ред. Ф. Ф. Зелинский, А. И. Георгиевский, М. С. Куторга, Ф. Гельбке, П. В. Никитин, В. А. Канский, пер. А. Д. Вейсман, Ф. Гельбке, Л. А. Георгиевский, А. И. Давиденков, В. А. Канский, П. В. Никитин, И. А. Смирнов, Э. А. Верт, О. Ю. Клеменчич, Н. В. Рубинский СПб: Общество классической филологии и педагогики, 1885. С. 1361.
- ↑ Λαέρτιος Δ. Βίοι καὶ γνῶμαι τῶν ἐν φιλοσοφίᾳ εὐδοκιμησάντων (q.yun.). 0300.
- ↑ 1 2 Фалес Arxivləşdirilib 2018-11-24 at the Wayback Machine // Философия: Энциклопедический словарь. — М.: Гардарики. Под редакцией А.А. Ивина. 2004.
- ↑ Laetrius, Diogenes. Məşhur filosofların həyatı və təlimləri. 1964.
- ↑ Capelle, Wilhelm. Sokratdan əvvəlki fəlsəfə. 1968. səh. 60.
- ↑ Kenny, Anthony. Ancient Philosophy. 2002. səh. 40.
- ↑ 1 2 Diogenes Laertius. Lives and Opinions of Eminent Philosophers / Translated by C. D. Yonge. London: Georg Bell & Sons, 1915, p. 15.
- ↑ Cogniot, Georges. İlk çağ materyalizmi. 1992. səh. 14, 16-17.
- ↑ Thilly, Frank. A History of Philosophy. 2000. səh. 37-38.
- ↑ Aristotle. Metaphysics / Translated by T. Taylor. : Printed for the author by Davis, Wilks, and Taylor, 1801, p. 8.
- ↑ Aristotle. De Anima / Translated by R. D. Higs. Press, 1907, p. 17.
- ↑ "Miletli Fales". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-09-06.
- ↑ Fales: Həyatı və fəlsəfəsi. Bakı Fəlsəfə Akademiyası. 2021. 2022-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-05.
- ↑ Фалес // История Философии: Энциклопедия Arxivləşdirilib 2022-03-12 at the Wayback Machine. — Минск: Книжный Дом. А. А. Грицанов, Т. Г. Румянцева, М. А. Можейко. 2002, с. 1125.