Mişleş (Zaqatala)
Mişleş | |
---|---|
41°39′17″ şm. e. 46°42′38″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Zaqatala rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 134 (2012) nəfər |
Mişleş (əvvəlki adı: Meşleş) — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Meşleş kəndi Yuxarı Tala kəndinin şimalında, Tala çayının sol sahilində, Böyük Qafqaz dağlarının cənub ətəklərində yerləşir.[1]
Tarixi
[redaktə | mənbəni redaktə et]27 mart 2001-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin təsdiq etdiyi Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklərin edilməsi haqqında Azərbaycan Respublikasının Qanununa əsasən Meşleş kəndinin adı Mişleş kəndi olaraq dəyişdirilmişdir.[2]
Əhalisi
[redaktə | mənbəni redaktə et]2012-ci ilə olan rəsmi məlumata əsasən əhalisi 134 nəfərdir.[3]
Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Rayonun istirahət və turizm zonaları,idman kompleksləri haqqında məlumat". 2022-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-25.
- ↑ Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklərin edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu Arxivləşdirilib 2014-07-15 at the Wayback Machine Bakı şəhəri, 27 mart 2001-ci il, № 110-IIQ
- ↑ Zaqatala rayon İcra Hakimiyyəti Arxivləşdirilib 2022-06-27 at the Wayback Machine: İcra hakimiyyəti – Bələdiyyələr Arxivləşdirilib 2022-06-27 at the Wayback Machine, Yuxarı Tala bələdiyyəsi, Bələdiyyə sədri: Məhəti ÖmərovOrijinal mətn (az.)
YMi rayon mərkəzindən Tala çayı ayırır. Şərq tərəfdən Muxax kəndi, şimaldan Böyük Qafqaz sıra dağları, qərb tərəfdən Tala çayı, cənubdan Aşağı Tala kəndi ilə həmsərhəddir. Yuxarı Tala ərazi nümayəndəliyi 4 kəndi (Yuxarı Tala, Meşleş, Çüdülübinə, Laqodexbinə) əhatə edir. YMin ərazisi 3211 hektardır. Əhalisi 8283 nəfər (Yuxarı Tala-7948, Meşleş-134, Çüdülübinə-125, Laqodexbinə-76), əsasən azərbaycanlılardır. Dini mənsubiyyətləri: İslam. Nümayəndəlik, RİHB- nın Yuxarı Tala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi və Yuxarı Tala bələdiyyəsi tərəfindən idarə olunur. Nümayəndəlikdə 2 tam orta məktəb, 1 ümumi orta məktəb, 1ibtidai məktəb, həkim məntəqəsi, Tala baytarlıq dairəsi, 2 mədəniyyət evi, 2 uşaq bağçası, 2 klub, 7 kitabxana, şadlıq sarayı, 1 mobil stansiya, poçt şöbəsi, EATS, 2 məscid vardır. Əhalinin əsas məşguliyyəti: əkinçilik, tütünçülük, baramaçılıq, arıçılıq, fındıqçılıq, bostançılıq, bağçılıq və heyvandarlıqdır. Tarixi abidələr: 1910-cu ildə inşa edilmiş Cümə məscidi, XVIII əsrə aid Cümə məscidi, Pipan ərazisində 2 Alban kilsəsi, Çüdülübinə ərazisində orta əsrlərə aid Əskibazar şəhərinin və Alban kilsəsinin qalıqları, qədim qəbiristanlıqlar.
Zaqatala rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |