Meteoroloji stansiya
Meteoroloji stansiyalar
[redaktə | vikimətni redaktə et]Xüsusi meteoroloji kəmiyyətlər üzərində müşahidələr meteoroloji stansiyalarda aparılır. Stansiyalar 4 dərəcəyə ayrılırlar. I dərəcəli stansiyada yarımçıq proqramla müşahidələr aparılır, II və III stansiyalarda mexaniki rəhbərlik edilir. IV ixtisaslaşmış stansiyalardır.
Meteoroloji stansiyalara verilən tələblər
[redaktə | vikimətni redaktə et]Onun yaxınlığında cihazların işinə mane ola biləcək heç bir maneə olmamalıdır. O qədər də çox hündür olmayan maneələr (ayrı-ayrı ağaclar, tikililər), stansiyadan öz boylarını 10 qatı qədər aralıda olmalıdır. Əhəmiyyətli maneələr isə (məs: meşə zolağı, şəhər evləri ) metroloji stansiyadan öz hündürlüklərinin 20 qatı qədər olmalıdırlar. Bu tələblər ona görə verilirki, həmin maneələr meteoroloji meydançada səbəst hava mübadiləsinə maneə olmasın.
Meteoroloji stansiyaların ölcüləri
[redaktə | vikimətni redaktə et]Meydançalar 36m x 26m; 26m x 26m ölçülərində ola bilər. Aqrometeoroloji stansiyalar isə 6m x 5m ölçüsündə olurlar.