Merovinqlər sülaləsi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Fransa tarixi
Fransa dövlət gerbi
Bu məqalələr ölkə seriyasındandır
Tarixə qədərki Fransa
Antik Fransa
Roma Qalliyası (e.ə. 220481)
Orta əsrlər Fransası
Sülalələr:
Merovinqlər (481751)
Karolinqlər (751987)
Kapetinqlər (9871328)
Valua (13281589)
Burbonlar (15891792, 18141848)
İnqilaba qədərki Fransa
Yüzillik müharibə (1337-1453)
Jakeriya üsyanı (1358)
Nant razılaşması
Fransa mütləqiyyəti (16431789)
Müasir Fransa
Böyük Fransa inqilabı (17891799)
Yakobinlər (17931794)
Konvent (17921795) (Jirondistlər, Montanyarlar)
Əbukir dəniz döyüşü (1798)
Əbukir döyüşü (1799)
Fransa Direktoriyası
Birinci Fransa Respublikası (17921804)
Birinci imperiya (18041814)
Tilsit sülhü (1807)
Burbon restavrasiyası (18141830)
İyul monarxiyası (18301848)
İkinci Fransa Respublikası (18481852)
İkinci imperiya (18521870)
Üçüncü Fransa Respublikası (18701940)
Paris Kommunası (1871)
Dreyfus işi (1894-1906)
Vişi rejimi (19401944)
Fransa Respublikasının Müvəqqəti Hökuməti (19441946)
Dördüncü Fransa Respublikası (19461958)
Beşinci Fransa Respublikası (1958)

Fransa portalı

MerovinqlərFrank dövlətində ilk kral sülaləsi (751 ilədək). Əfsanəvi banisi Meroveydir, sülalənin adı buradandır. Əsas nümayəndələri: Xilderik (457-481), I Xlodviq (481-511), I Xilperik (561-584), I Sigebert (561-575), II Xlotar (584-629, Neystriyada 613 ilə qədər), I Daqobert (629-639), III Xilderik (743-751). I Daqobertin "Tənbəl krallar" adlanmış varislərinin dövründə dövləti əslində mayordomlar idarə edirdi.

486-cı ildə Şimali Qalliyada frank istilası nəticəsində Frank dövləti meydana gəldi. Bu dövlətin başında salik franklarının başçısı, əfsanəvi Meroveyin(dənizdən törəyən) nəslindən olan(Merovinqlər sülaləsi adını buradan götürür)Xlodviq(486-511)dururdu. Frank dövlətinin tarixi 5 əsrin sonundan 7 əsrin sonuna qədərki dövrünü əhatə edən, adətən Merovinqlər dövrü adlanan birinci dövrü belə başladı. Merovinqlər sülaləsinin üçüncü nümayəndəsi olan Xlodviq böyük qoşun toplayır və keçmiş romalı maqnat Siaqrini darmadağın edərək, Suassonu və, Luara çayı daxil, bütün Şimali Qalliyanı zəbt edir. Öz hakimiyətini möhkəmləndirmək və xristian ruhanilərinin dəstəyini qazanmaq üçün 496 ildə Xlodviq öz qoşunu və yaxınları ilə birlikdə xristianlıqı qəbul edir. [1] Xlodviqin dövründə Akvitaniya(507), onun xələfləri zamanında Burqundiya(534) istila olundu; ostqotlar frankların xeyrinə Provansdan əl çəkdilər(536). 6 əsrin ortalarına doğru Frank dövləti keçmiş Roma əyaləti Qalliyanın, demək olar, bütün ərazisini əhatə edirdi.Franklar Reynin y tayında yaşayan bir sıra qədim alman tayfalarını da özlərinə tabe etmişdilər; türinqlər, alemanlarbavarlar frankların ali hakimiyətini qəbul etmişdilər; sakslar onlara illik bac verməyə məcbur edilmişdilər. Frank dövləti Avropanın qitə hissəsində bütün başqa barbar krallıqlarına nisəbətən xeyli uzun müddət yaşadı; bu krallıqlardan bir çoxunu(əvvəlcə Vestqot Krallığının bir hissəsini və Burqund Krallığını, sonra Lanqobard Krallığını)öz tərkibinə qatdı. [2]

Xronologiya və ərazi

[redaktə | vikimətni redaktə et]
Dövr Suasson Paris Orlean Mets
481511 I Xlodviq
511524 I Xlotar I Xildebert Xlodomir I Teodorix
524534
534548 I Teodebert
548555 Teodebald
555558
558561
Dövr Neystriya Paris Burqundiya Avstraziya
561567 I Xilperik I Xaribert Quntramn Siqibert
567575
575584 II Xildebert
584592 II Xlotar
592595
595612 II Teodorix II Teodebert
612613 II Siqibert
613629
Dövr Neystriya + Burqundiya + Avstraziya Akvitaniya
629632 I Daqobert II Xaribert
632639
Dövr Neystriya + Burqundiya Avstraziya
639656 II Xlodviq III Siqibert
656657
657673 III Xlotar II Xilderik
673675
675675 III Teodorix III Xlodviq
676679 II Daqobert
679691 (Mayord Pipin Qeristalskiy)
691695 IV Xlodviq
695711 III Xildebert
711715 III Daqobert
715717 II Xilperik
717719 IV Xlotar (Mayord Karl Martell)
719721
721737 IV Teodorix (Mayord Karl Martell)
737741 Karl Martell
Dövr Neystriya + Burqundiya + Provans Avstraziya + Alamaniya + Türinqiya
741743 Mayordla Pipin Qısa Mayordla Karloman
743747 III Xilderik
751768 Pipin Qısa kral oldu. Merovinqlər sülaləsinin sonu.
  1. История Средних Веков. Москва."Прсвещение" 1986 səh 34
  2. Orta Əsrlər Tarixi "Maarif" Nəşriyatı Bakı-1988 səh 96