Mecay
mecay "mđʔ.y" ("xaricilər" üçün atış çubuğu determinativi) Heroqliflərdə | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
|
Mecay (həmçinin Macoy, Macay; q.misir mđʔ.y)[1] — Qədim Misirin Yeni padşahlıq dövründə fəaliyyət göstərmiş, səhralarda kəşfiyyat əməliyyatları həyata keçirən və fironun hakimiyyəti altındakı əraziləri müdafiə etmiş elit hərbiləşdirilmiş polis qüvvəsi.
"Mecay" sözünün gəldiyi Misir termini "mđʔ" əvvəllər müasir Sudanın şimalında və Misirin cənubunda misirli canişinlər tərəfindən muzdlu əsgərlər olaraq işə alınan nubiyalı köçəri tayfaların məskunlaşdığı bir regiona deyilirdi. Onlar müasir milli polis qüvvələrinə bənzər bir mürəkkəb ictimai müdriyyət sistemi qurmuşdular. Tədricən termin polis qüvvəsinin özünə verilən bir ada çevrildi.
Orta padşahlıq dövründə qədim misirlilər mecayların döyüş bacarıqlarına böyük hörmətlə yanaşırdılar. Buna görə də, mecaylar əsasən piyada qoşun və sərhəddə xaricilərə casusluq etmək üçün tədqiqatçı olaraq işə alınırdılar.[2]
On səkkizincı sülalə dövründə mecaylar digər hakimiyyət orqanlarından azad olan ayrı bir iyerarxiyaya sahib olan şəhər-daxili polis adlandırılırdı.
Mecayların adı iyirminci sülalədən (e.ə. 1189–1077) sonra çəkilmir.
Mədəniyyətdə
[redaktə | mənbəni redaktə et]1932-ci ildə istehsal olunmuş "Mumiya" filmi firon I Setinin şəxsi cangüdənləri olaraq təsvir edilmişdilər.[3] Onlar həmçinin 2001-ci ildə istehsal olunmuş "Mumiya qayıdır" filmində də təsvir edilmişdilər.[4]
2017-ci ildə satışa çıxarılan "Assassin's Creed Origins" video oyununun baş qəhrəmanı Bayek "Qədim Misirin son mecayı" hesab edilir.[5]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Erman, Adolf; Grapov, Hermann. Wörterbuch der ägyptischen Sprache. 2. 1926–1961. səh. 186.
- ↑ Kemp, Berri. Ancient Egypt: Anatomy of a Civilisation. Routledge. 2007. səh. 448. ISBN 1-134-56388-4.
- ↑ Fritze, Ronald H. Egyptomania: A History of Fascination, Obsession and Fantasy. Reaktion Books. 25 noyabr 2016. səh. 363. ISBN 9781780236858. 2018-06-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-17.
- ↑ Kirbi, Alan. Digimodernism: How New Technologies Dismantle the Postmodern and Reconfigure Our Culture. A&C Black. 1 may 2009. səh. 134. ISBN 9781441175281. 13 June 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 May 2018.
- ↑ Kaşo, Qison. "How Ubisoft fixed combat in 'Assassin's Creed Origins'". The Mercury News. 24 iyun 2017. 13 June 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 may 2018.
Players take on the role of Bayek, a Medjay, which is essentially the sheriff of the day.
Biblioqrafiya
[redaktə | mənbəni redaktə et]- Brested, J. H. Ancient Records of Egypt, part one. Şikaqo. 1906.
- Qardayner, Alan H. Ancient Egyptian Onomastica. 1. Oxford University Press. 1947.
- Şau, Ayan. The Oxford History of Ancient Egypt. Oxford University Press. 2000. ISBN 0-19-280293-3.
- Steyndorff, Corc; Zel, Kit C. When Egypt Ruled the East. University of Chicago Press. 1957.
- Uilkinson, Tobi. Dictionary of Ancient Egypt. Thames & Hudson. 2005.