Meşə qrupları
Naviqasiyaya keç
Axtarışa keç
Meşə qrupları - Meşələrin xalq təsərrüfatı əhəmiyyətinə uyğun olaraq, onların yerləşdiyi ərazidən və funksiyalarından asılı olaraq dövlət meşələri üç qrupa (I, II, III) ayrılır.[1]
Ümumi məlumat
[redaktə | mənbəni redaktə et]- I-qrupa əsasən suqoruyucu, torpaqqoruyucu, səhiyyə-gigiyena və sağlamlıq funksiyası daşıyan meşələr daxildir. Bu meşələrdə istifadə olduqca məhdudlaşdırılır. Meşədə yalnız meşə-bərpa, xidməti və sanitar qırıntısına icazə verilir.
- II qrup meşələrdə başdan-başa, tədrici və seçmə qırıntısına icazə verilir.
- III qrup meşələr çoxmeşəli rayonlarda yerləşir və burada başdan-başa qırıntı üsulları tətbiq edilir.
II, III qrup meşələrinə Ural, Sibir meşələri daxildir. Azərbaycan respublikasının meşələri I qrupa aiddir.
Xarici keçid
[redaktə | mənbəni redaktə et]Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinad
[redaktə | mənbəni redaktə et]- ↑ Məmmədov Q.Ş., Xəlilov M.Y. Ensiklopedik ekoloji lüğət Bakı 2008