54°03′40″ şm. e. 24°24′00″ ş. u.HGYO

Marsinkonis

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Marsinkonis
Marcinkonys
Gerb
Gerb
54°03′40″ şm. e. 24°24′00″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 118 m
Əhalisi
Əhalisi
  • 640 nəf. (2011)
Xəritəni göstər/gizlə
Marsinkonis xəritədə
Marsinkonis
Marsinkonis
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Marsinkonis (lit. Marcinkonys) — Litvada Alitus mahalının Vareni rayonunda yerləşən bir kənd. Ərazisinə görə ölkənin ən böyük kəndlərindən biridir (143 ha). Kənd turizm mərkəzlərindən hesab olunur. Kənddə eyni adlı dəmir yolu stansiyası vardır. 2011-ci il məlumatına görə kənddə 640 nəfər yaşayır[1].

Marsinkonis açıq bataqlıqlara sahib olan şam ağacları ilə örtülmüş meşəlik ərazidə yerləşir. Burada qum dyunları belə vardır. Ətrafının iqlimi mülayim qışa və sərin yağışlı yaya sahibdir. Kəndin qərbindən Qruda çayı axır[2]. Kəndin yaxınlığında Cuki Milli Parkı və Çepkelay Təbiət Qoruğu yerləşir. Hər iki qurum Marsinkonisdə yerləşən bir ofis tərəfindən idarə olunur. Bundan əlavə ensiz bir çığır kənddən qoruq sərhədinə aparır (qoruq özü ziyarətçilər üçün bağlıdır).

Merkine şəhəri Marsinkonisdən 22 km, Varenanın rayon mərkəzindən 21 km məsafədədir. Asfalt yollar Varena, Merkin və Druskininkai şəhərlərinin dəmiryol stansiyalarına aparır.

Sakinlərin əksəriyyəti meşə təsərrüfatı və turizmlə məşğuldur. Marsinkonisdə orta məktəb, ambulatoriya, poçt, aptek və otel fəaliyyət göstərir. Mədəniyyət sahəsi bir kitabxana və mədəniyyət evi ilə təmsil olunur. Kənd turizm infrastrukturu ilə zəngindir. Cuki Milli Parkı Məlumat Mərkəzi velosiped və kayak icarəsi təklif edir. 1996-cı ildə Çepkelay Təbiət Qoruğunun rəhbərliyi burad təbiət muzeyi qurmuşdur. Ekspozisiyasında yerli heyvanlar və canlı eksponatları Tadas İvanauskas adına Zooparkın yerli şöbəsində görmək olar. Həmçinin 1994-cü ildən bəri kənddə etnoqrafik muzey fəaliyyət göstərir. Marsinkonisin ibadət yerləri arasında Müqəddəs Həvarilər Simon və Yəhuda Faddeya qotik kilsəsini, həmçinin iki kütləvi məzarlığı göstərmək olar: Nasizm qurbanlarının qəbiristanlığı və Litva partizanlarının qəbiristanlığı.

Tanınmış şəxsləri

[redaktə | mənbəni redaktə et]
  • Albinas Marçinskas - iqtisad elmləri doktoru, professor;
  • Vaslavas Çioçis - riyaziyyatçı, fizika elmləri doktoru, Marsinkonisdə anadan olmuşdur;
  • Yonas Qriqas - fizika-riyaziyyat elmləri doktoru, Litva Elmlər Akademiyasının üzvü, professor.
  1. "Marcinkonys village". www.lithuania.travel (ingilis). 2019-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-29.
  2. Marcinkonys Arxivləşdirilib 2019-03-29 at the Wayback Machine // Visuotinė lietuvių enciklopedija, T. XIV (Magdalena-México). — Vilnius: Mokslo ir enciklopedijų leidybos institutas, 2008. — 253 с. (lit.)
  • Marcinkonys. Mūsų Lietuva, T. 1. — Bostonas: Lietuvių enciklopedijos leidykla, 1964. — 345 psl. (lit.)
  • Marcinkonys. Lietuviškoji tarybinė enciklopedija, VII t. Vilnius: Mokslo ir enciklopedijų leidybos institutas, 1981. T.VII: Lietuvos-Mordvių, 238 psl. (lit.)
  • Marcinkonys. Visuotinė lietuvių enciklopedija, T. XIV (Magdalena-México). — Vilnius: Mokslo ir enciklopedijų leidybos institutas, 2008. 253 psl. (lit.)
  • Jurgita Rimkevičienė, Arvydas Gaidys. "Marcinkonys". Visuotinė lietuvių enciklopedija (litva). Mokslo ir enciklopedijų leidybos centras. 2008-12-22. İstifadə tarixi: 2020-03-24.