37°19′13″ şm. e. 40°43′13″ ş. u.HGYO

Mardin ili

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Mardin ili
Mardin ili

37°19′13″ şm. e. 40°43′13″ ş. u.HGYO


Ölkə
İnzibati mərkəz Mardin
Tarixi və coğrafiyası
Sahəsi
  • 9.097 km²
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 747.268 nəf. (2021)[1]
Rəqəmsal identifikatorlar
ISO kodu TR-47
Telefon kodu 482
Poçt indeksi 47000–47999
Avtomobil nömrəsi 47
Rəsmi sayt
Mardin ili xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar


Mardin iliTürkiyədə il.

Cənub-şərqi Anadolu regionunda yerləşən Mardinin şimalı Diyarbakır və Batman, şərqi Şırnak və Siirt, qərbi Şanlıurfa, cənubu isə Suriya ilə əhatə olunmuşdur. Dəclə və Fərat çayları arasında qalan Yuxarı Mesopatomiya hövzəsində 12 760 km–lik bir sahəni əhatə edən ərazi Mardin dağları ilə iki hissəyə bölünmüşdür. Dağlardan şimalda Diyarbakır, cənubda Kızıltepe və Nusaybin ovalıqları yerləşir. Mardin Venedik ve Küduslə birlikdə, həmçinin Sit – də daxil olmaqla xarici görkəmi heç pozulmamış dünyanın üç yerindən biridir. Tarixi İpək Yolu və Mesopatomiyanın ərazisində yerləşməklə 7000 ildir müxtəlif xalqalara qucaq açmışdır, həmçinin ayrı etnik qruplar və adətlərə də ev sahibliyi etmişdir. Hazırda özünün açıq səma altındakı muzey görünüşü ilə UNESCO–nun “Dünya miras siyahısına” üzvdür. Burada ilk universitet təhsili mədrəsələrdə alınır və gümüş hazırlanmasına görə Türkiyənin mərkəzi sayılır.

Mardinin quruluş tarixi aparılan arxeoloji qazıntılar nəticəsində miladdan əvvəl 4500 – 3500–ci illərdə Mesopatomiyanın tərkibində olan Subarilər tərəfindən qoyulduğu güman edilir. Miladdan əvvəl 3000–ci ildə digər Cənubi Anadolu bölgələridə olduğu kimi burada da Hurri və Mitanni mədəniyyəti inkişaf etmişdir. Miladdan əvvəl 2850–ci ildə Şumerlərin hökmranlıq etdiyi Mardində şəhərsalma, suvarma və əkiçnilik çox inkişaf etmişdir. Miladdan əvvəl 2500–ci ildə Akkad – Şumer dövlətinin, miladdan əvvəl 2200 – 1925–ci illərdə Babil dövlətinin hökmranlığı altında olan Mardin və ətrafı daha sonralar da 500 il Midillər tərəfindən əsarətdə saxlanılmışdı. Miladdan əvvəl 1367–ci ildə Assurlar ərazini öz torpaqlarına qatmış, lakin sonradan ərazidə olan köçlər Anadoluya təsir etmişdir. Miladdan əvvəl 800–cü ildə bu ərazilərin hamısı Urartu krallığına keçmişdir, lakin miladdan əvvəl VI yüzilliyin ortalarında bu əraziləri farslar xüsusi dillə öz tərkiblərinə qatmışlar. Miladdan əvvəl 335–ci ildə Makedoniyalı İskəndər Anadolunu ələ keçirmiş və 250–ci ildə Roma imperatorluğu qatılan Mardin bu dövrdə xristianlığın yayılması ilə mədəniyyət baxımdan dəyişikliklərə məruz qalmışdır. Bizans dövründə də ən çox təsir göstərilən yerlərdən biri yenə Mardin olmuşdur. VII yüz illikdə ərəblərin əraziyə gəlməsi islamın yayılmasına zəmin yaratmış, XII yüz illikdə Səlcuq hakimiyyəti ilə türkmənlər ərazidə hakimə çevrilmişdir. Həmçinin Ağqoyunlu və Səfəvi dövrləri də buraya təsir etmiş, Yavuz Sultan Səlimin dövründə 1517–ci ildə Mardin Osmanlının tərkibinə qatılmışdır. Mardinin qədim adı əvvəllər “Marida” kimi vurğulanasa da, türklər tərəfindən “Mardin” kimi çağrılmağa başlanılmışdır.

Tarixi İpək Yolunun üstündə yerləşən Mardində bu gün bir çox xan evləri, karvansaralar, əsrlərdir var olan və inşa edildikləri dövrü özündə büruzə verən xüsusi evlər, dini və sənətkarlıq baxımdan seçilən məscidlər, türbələr, kilsələr manatrlar və bir çox əzərlər ərazinin mədəniyyətini zənginləşdirir. Mardinin əsas yerləri; Mərkəz, Dargeçit, Derik, Kızıltepe, Mazıdağı, Midyat, Nusaybin, Ömerli, Savur və Yeşilli.

1960-cı ildə aparılmış siyahıya alma zamanı ilin 349 min nəfər əhalisinin 235 min nəfəri ana dilini kürdcə, 74 min nəfəri ərəbcə, 30 min nəfəri türkcə, 10 min nəfəri isə ermənicə olaraq qeyd etmişdir.[2]

Mardin
  1. Turkish Statistical Institute. 1926.
  2. İstatistik Umum Müdürlüğü ve Devlet İstatistik Enstitüsü, 1927, 1935, 1945,1950, 1955, 1960 ve 1965 nüfus sayım sonuçları. Bu soruların yöneltildiği 7 nüfus sayımında "Anadilim Kürtçe" veya "Bildiğim ikinci dil Kürtçe" diyenler, en düşük yüzde 8.07, en yüksek yüzde 9.88 olmuştur ki bu sayılara Zazaca konuşanlar dahil değildir.Kuşkusuz devlet memurlarınca yapılan bu sayımlarda da, kimliğini gizleyenler, soruya yanıt vermeyenler olmuştur.