Maral böcəklər
Maral böcəklər | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Ranqsız: Tipüstü: Ranqsız: Ranqsız: Tip: Klad: Yarımtip: Sinif: Ranqsız: Yarımsinif: Budaq: İnfrasinif: Ranqsız: Dəstə: ???: Maral böcəklər |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Maral böcəklər (lat. Lucanus) — Buynuzlu böcəklər fəsiləsinə aid böcək cinsi. Bu cinsə 50 növ daxildir. Böyük Plini bildirmişdir ki, Niqidiy maral böcəyini lucanі adlandırmışdır. Bu isə İtaliyada vilayət adıdır. Lukaniya vilayətində onlardan amlet hazırlanır. Təbii şəraitdə nəslinin kəsilməsi ehtimalı vardır.
Qısa təsviri
[redaktə | mənbəni redaktə et]Bu böcəklərin xarici görkəmi o qədər səciyyəvidir ki, hətta bioloq olmayanlar da onları görən kimi taniyir. Bığcıqları dizlikli, buğumları isə toppuzşəkilli olub 3-6 ədəddir. Mandibulaları çox güclü olub, erkək fərdlərdə dişilərə nisbətən daha iridir. Bədənin rəngi əksər hallarda qəhvəyimtil qaradır. Qadadüstlükləri və çənələri şabalıdı-qəhvəyidir. Sürfələri ağ rəngdə olub, S formasında əyilmiş vəziyyətdə olurlar. Sürfələrin bədənin uzunluğu 14 sm-dir. Erkək fərdlərin bədəninin uzunluğu mandibulaları ilə birlikdə 83 mm, dişi fərdlərinki isə 45mm-dir.[1]
Arealı və Sayı
[redaktə | mənbəni redaktə et]Ümumilikdə Avropanın Cənub, Mərkəz və Şərqi, Cənub-Şərqi Asiya və Şimali Amerika ərazilərində yayılmışdır. Növlərin çoxu isə Asiya ərazisində yayılmışdır.Azərbaycan (Böyük və Kiçik Qafqaz). Yox olmaq üzrədir.
Məhdudlaşdırıcı amillər
[redaktə | mənbəni redaktə et]Yaşayış arealının daralması, kolleksiyaçılar tərəfindən tutulması.
Qorunması üçün qəbul edilmiş tədbirlər
[redaktə | mənbəni redaktə et]Bern Konvensiyasının III əlavəsinə daxil edilmişdir. Danimarka, Almaniya, Polşa, Latviya, Estoniya, Belarus Respublikası, İsveç, Ukrayna və Rusiya Federasiyasının Qırmızı kitabına daxil edilmişdir.
Qorunması üçün məsləhət görülmüş tədbirlər
[redaktə | mənbəni redaktə et]Yaşayış əraziləri qorunmalıdır. Çürümüş ağaclar kəsilməməli və yaşayış ərazilərindən çıxarılmamalıdır. Təbiətdə sayı və yayılması barədə yeni məlumatların əldə edilməsi məqsədilə hər il monitoringlər təşkil etmək lazımdır. Əhali arasında bu böcəyin qorunmasının vacibliyi barədə təbliğat işi aparılmalıdır. Süni surətdə artırılaraq təbiətə buraxılmalıdır.[2]
Növləri
[redaktə | mənbəni redaktə et]- Lucanus angusticornis
- Lucanus atratus
- Lucanus cantori
- Lucanus barbarossa
- Lucanus capreolus
- Lucanus cervus
- yarımnöv Lucanus maculifemoratus
- Lucanus cyclommatoides
- Lucanus datunensis
- Lucanus dohertyi
- Lucanus elaphus
- Lucanus ferriei
- Lucanus formosanus
- Lucanus fortunei
- Lucanus gamunus
- Lucanus hermani
- Lucanus ibericus
- Lucanus kanoi
- Lucanus kazumiae
- Lucanus klapperichi
- Lucanus koyamai
- Lucanus kratzi
- Lucanus kurowasai
- Lucanus laetus
- Lucanus laminifer
- Lucanus laticornis
- Lucanus lesnei
- Lucanus lunifer
- Lucanus maculifemoratus
- Lucanus maeresi
- Lucanus mazama
- Lucanus miwai
- Lucanus nangsarae
- Lucanus ogakii
- Lucanus parryi
- Lucanus placidus
- Lucanus planeti
- Lucanus pulchellus
- Lucanus sericeus
- Lucanus szetschuanicus
- Lucanus swinhoei
- Lucanus tetraodon
- Lucanus westermanni
İstinadlar
[redaktə | mənbəni redaktə et]Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Батиашвили И.Д. и др. Редкие насекомые. М.: Лесн. Пром-сть, 1982, с. 165;
- Животный мир Азербайджана. Тип членистоногие. Семейство Рогачи – Lucanidae (Эффенди Р.Э.), т. II, Баку: Элм, 1996, 412 с.
- Azərbaycanın Qırmızı Kitabı, II cild, 2013
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Genus Lucanus Arxivləşdirilib 2009-07-28 at the Wayback Machine