Maral Manafova
Maral Manafova | |
---|---|
Doğum tarixi | 3 iyul 1947 (77 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Həyat yoldaşı | Manafov Elxan |
Uşağı | Aysel Zöhrabova |
Elm sahəsi | kulturologiya |
Elmi dərəcəsi | professor |
Mükafatları |
|
Manafova Maral Cəbrayıl qızı (3 iyul 1947, Bakı) — Əməkdar incəsənət xadimi[1], pedaqogika üzrə fəlsəfə doktoru, professor[2]
Əmək fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Maral Manafova 1970-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. Mədəniyyət və İncəsənət Universitetində müəllim (1985), baş müəllim (1992) kimi fəaliyyət göstərib. 1993-cü ildə müsabiqə yolu ilə Mədəniyyət və İncəsənət Universitetinin "Mədəniyyət tarixi və nəzəriyyəsi" kafedrasına dosent vəzifəsinə seçilib.
1992-ci ildə namizədlik dissertasiyası müdafiə edib. Pedaqogika üzrə fəlsəfə doktorudur.
1996–2007-ci illər ərzində "Mədəniyyətşünaslıq" kafedrasının müdiri vəzifəsində işləyib. 2007–2014-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Elm və yaradıcılıq işləri üzrə prorektor vəzifəsində çalışıb.
2014–2022-ci illər ərzində Bakı Xoreoqrafiya Akademiyasının "İctimai fənlər" kafedrasının müdiri vəzifəsində[3] çalışaraq mədəniyyət və incəsənət sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasına böyük töhfə verib.
Elmi fəaliyyəti
[redaktə | mənbəni redaktə et]M. Manafova 11 dərsliyin, 6 dərs vəsaitinin, 1 monoqrafiyanın, 7 metodiki işin, 50 proqramın, 150-dən çox elmi-nəzəri məqalələrin müəllifidir.
M. Manafova respublikada və xarici ölkələrdə keçirilən beynəlxalq elmi-nəzəri konfransların[4][5] və simpoziumların iştirakçısı olmuşdur.
"Sehirli rəqs aləmi" (2016), "Balet tarixi"[6] (V. Əliyev, dərs vəsaiti, 2017)[7], "Azərbaycan balet teatrına tarixi nəzər" (dərs vəsaiti, 2017), "Marius Petipa və XIX əsrin ikinci yarısında balet teatrı" (Ş. Əliyeva, metodik vəsait, 2018), "Müasir xoreoqrafiya tarixi" (2019)[8], Balet librettoları. (XIX – XX əsr əvəlləri) (K. Məmmədova, dərs vəsaiti, 2021)[9] kitablarının müəllifi və tərtibatçısı olaraq xoreoqrafiya ixtisası üzrə tədrisin təkmilləşməsinə xidməti ilə fərqlənib.
Təltifləri
[redaktə | mənbəni redaktə et]2010-cu ildə professor elmi adı alıb. Təhsil sahəsindəki xidmətlərinə görə 2010-cu ildə "Tərəqqi" medalına[10], 2013-cü ildə isə Əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür.
Elmi-metodiki işləri
[redaktə | mənbəni redaktə et]1. Maral Manafova. Mədəniyyət tarixi və nəzəriyyəsi[11] [Mətn]: dərslik /M. C. Manafova və b.; elmi red. V. İ. Məmmədova . Bakı: Təbib, 2006., 819 s.
2. Maral Manafova. Mədəniyyət tarixi və nəzəriyyəsi [Mətn] : dərslik /M. Manafova ; rəyçilər A. Şükürov, N. Mehdi, G. Abdullazadə, Ə. Tağıyev ; elmi red. V. Məmmədova. Bakı: Təbib, 2006, 402 s
3. Maral Manafova. Azərbaycanın Şərqi Asiya ölkələri ilə mədəni əlaqələri. Bakı: Sabah, 2008, 96 s[12].
4. Maral Manafova. Beynəlxalq mədəni əlaqələr [Mətn] : dərslik. 2 cilddə /Azərb. Resp. Təhsil Nazirliyi ; [müəl. kol. M. Manafova və b. ; elmi red. V. İ. Məmmədova ; rəyçilər: N. M. Mehdi, O. Ə. Əfəndiyev, F. T. Məmmədov, Ş. M. Məmmədov]. Bakı: I cild, Sabah, 2008.
5. Beynəlxalq mədəni əlaqələr [Mətn]: dərslik. 2 cilddə. /Azərb. Resp. Təhsil Nazirliyi; [müəl. M. Manafova [və b.]; elmi red. V. İ. Məmmədova; rəyçilər. N. M. Mehdi, O. Ə. Əfəndiyev, F. T. Məmmədov, Ş. M. Məmmədov. Bakı: II cild, Sabah, 2009, 398 s.
6. Maral Manafova. Sehirli rəqs aləmi. Bakı: AzTU mətbəəsi, 2016, 200 s.
7. Maral Manafova. Azərbaycan balet teatrına tarixi nəzər. Dərs vəsaiti. Bakı: AzTU mətbəəsi, 2017, 82 s.
8. Maral Manafova, Vəfa Əliyev. Balet tarixi. Dərs vəsaiti. Bakı: AzTU mətbəəsi, 2017, 287 s.
9. Maral Manafova, Şəhla Əliyeva. Marius Petipa və XIX əsrin ikinci yarısında balet teatrı. Metodik vəsaiti. Bakı: AzTU mətbəəsi, 2018, 73 s.
10. Maral Manafova. Müasir xoreoqrafiya tarixi. Dərs vəsaiti. Bakı: AzTU mətbəəsi,2019, 244 s.
11. Maral Manafova, Kəmalə Məmmədova. Balet librettoları. (XIX – XX əsr əvəlləri). Dərs vəsaiti. Bakı: AzTU mətbəəsi, 2021, 216 s.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az. 2023-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-03.
- ↑ admiu.edu.az. "ELM VƏ YARADICILIQ SAHƏSİ". 2023-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-03.
- ↑ ""Balet tarixi" təqdim olundu". telegraf.com. 2023-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-03.
- ↑ medeniyyet.az. ""Sənətşünaslıq elmində Azərbaycan xalq rəqsinin tədqiqi problemləri" mövzusunda onlayn tədbir". 2023-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-03.
- ↑ Mədəniyyət.- 2017.- 8 dekabr.- S.10. "Azərbaycançılıq fəlsəfəsi və qloballaşma dövründə mədəniyyətlərin dialoqu.Mədəniyyət.- 2017.- 8 dekabr.- S.10". anl.az. 2020-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-07.
- ↑ Manafova M. "Balet tarixi". https://www.ebooks.az/book_vpogxyd.html. 2023-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-17.
- ↑ "Balet tarixi". teleqraf.com. 2023-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-03.
- ↑ Manafova M. "Müasir xoreoqrafiya tarixi". https://www.ebooks.az/book_wpqjrag.html. 2023-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-17.
- ↑ Manafova M.,. "Balet librettoları: XIX əsr - XX əsrin əvvəli". www.ebooks.az. 2023-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-17.
- ↑ "Azərbaycan qadınlarının bir qrupunun "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". edu.gov.az. 2023-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-03.
- ↑ "Mədəniyyət tarixi və nəzəriyyəsi". kitabxana.net. 2023-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-19.
- ↑ Maanafova Maral. "Azərbaycanın Şərqi Asiya ölkələri ilə mədəni əlaqələri". ebooks.az. 2023-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-03.
- 3 iyulda doğulanlar
- 1947-ci ildə doğulanlar
- Yaşayan insanlar
- Bakıda doğulanlar
- "Tərəqqi" medalı ilə təltif edilənlər
- Azərbaycanın əməkdar incəsənət xadimləri
- Əlifba sırasına görə alimlər
- Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunları
- Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professorları
- Əməkdar incəsənət xadimləri