Malta arxipelaqı
Malta arxipelaqı | |
---|---|
Ümumi məlumatlar | |
Ümumi sahəsi | 316 km² |
Hündür nöqtəsi | 253 m |
Əhalisi | 404.962 nəfər (2005-ci il) |
Yerləşməsi | |
35°55′00″ şm. e. 14°26′00″ ş. u.HGYO | |
Ölkə | Malta |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Malta arxipelaqı — Aralıq dənizinin mərkəzində yerləşən elə də böyük olmayan arxipelaq. Siciliya adasından 93 km cənubda, Tunisdən isə 288 km aralıda yerləşir.
Coğrafiyası
[redaktə | mənbəni redaktə et]Malta arxipelaqının ümumi sahəsi 316 km²-dir. adalar içməli su baxımından klasıbdır. Adalar Malta dövlətinə məxsusdur. Malta heç bir ölkə ilə quru sərhədinə malik deyildir. Şimaldan Siçiliya adasından Malta boğazı iilə ayrılır. Arxipelaqa 3 yaşayışı olan ada daxildir: Malta, Qozo və Komino. Digər adalar isə əsasən iri qaya parçaları olduğundan onlarda yaşauış yioxdur.
Adalar son buz dövründə Afrika ilə Avrasiya materikləri arasında quru yol üzərində olmuşdur[1]. Arxipelaq Malta platosu üzərində yerləşir. Arxipelaqın yerləşdiyoi rayondan Avrasiya və Afrika litosfer tavalarının sərhəddi keçir[2][3].
Geoloji baxımından adalar əhəng daşından təşkil olunmuşdur. Ən hündür nöqtəsi Ta-Dmeyrek (253 m) dağıdır. irvə Malta dasının cənub-qərbində yerləşir[4]. Gil və qumlaq sahələrə malikdir. relyefi əsasən düzəndir. Adalar küləyin təsiririnə məruz qalırlar[5].
İqlimi subtropidir. Temperatur qışda +12 — +13 °С , yayda isə +25 — +26 °C arasında dəyişir. İl ərzində 553.3 mm yağıntı düşür. Yağıntılar sentyabr-mart ayları arası düşür[6].
Qozo və Malta adaları ərazisinin böyük hissəsini yaşayış məntəqələri tutur. Digər adalar isə qorunur. Burada kifayət qədər endemik növlərə rast gəlinir.
Adalar
[redaktə | mənbəni redaktə et]Ada | ing. | mt. | Əhali nəf. (2005) |
sahəsi km² |
Sıxlıq nəf./km² |
---|---|---|---|---|---|
Malta | Malta Island | Malta | 373 955 | 246 | 1520,14 |
Qozo | Gozo | Għawdex | 31 003 | 67 | 462,73 |
Komino | Comino | Kemmuna | 4 | 3,5 | 1,14 |
Kominotto | Cominotto | Kemmunett | — | 0,25 | — |
Delimara | Delimara Island | Sikka ta' Delimara | — | 0,31 | — |
Filfla | Filfla | Filfla | — | 0,06 | — |
Sent-Pols adası | St Paul’s Island | Il-Gżejjer ta' San Pawl | — | 0,1 | — |
Manoel | Manoel Island | Il-Gżira Manwel | — | — | |
Göbələk qayası | Fungus Rock | Il-Ġebla tal-Ġeneral | — | 0,006 | — |
Filfoletta | Filfoletta | Filfoletta | — | — |
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Island Landscape Dynamics: Examples from the Mediterranean". 4 May 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 December 2011.
- ↑ Commission for the Geological Map of the World. "Geodynamic Map of the Mediterranean". 17 December 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28 November 2008.
- ↑ "Geothermal Engineering Research Office Malta". Archived from the original on 4 April 2016.
- ↑ "Dingli Cliffs, Malta" (ingilis). peakbagger.com. 2022-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
- ↑ "Malta". 2022-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-25.
- ↑ "Weather Information for Luqa, Malta". 2017-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-25.