Madlen Olbrayt

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Madlen Olbrayt
ing. Madeleine Albright
23 yanvar 1997 – 20 yanvar 2001
Şəxsi məlumatlar
Doğum adı Marie Jana Körbelová
Doğum tarixi 15 may 1937(1937-05-15)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 23 mart 2022(2022-03-23)[3][4][…] (84 yaşında)
Vəfat yeri
Vəfat səbəbi xərçəng xəstəliyi[7]
Partiya
Təhsili
Fəaliyyəti diplomat, siyasətçi, yazıçı, politoloq, səfir, universitet müəllimi[d], publisist, nazir, xarici işlər naziri[d]
Uşaqları 3
Dini episkopal kilsə[d]
Elmi fəaliyyəti
Elm sahəsi politologiya[8], xarici siyasət[8], diplomatiya[8], publisistika[8]

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Madlen Olbrayt (ing. Madeleine Korbel Albright, əsl adı Mariya Yana Korbelova, çex. Marie Jana Korbelová; 15 may 1937[1][2][…], Praqa, Çexoslovakiya[5]23 mart 2022[3][4][…], Vaşinqton[6]) — ABŞ-nin ilk qadın dövlət katibi, siyasətçisi.

Madlen Olbrayt 1937-ci ildə Çexoslovakiyanın "Praqa" şəhərində diplomat ailəsində anadan olmuşdur. Valideynləri 1941-ci ildə erkən uşaqlıq illərində, hələ Çexoslovakiyada olarkən yəhudilikdən katolikliyə keçmişdilər. Olbrayt ailəsi ilə birlikdə 1948-ci ildə Çexoslovakiyadan ABŞ-yə köçüb. Onun atası diplomat Cozef Korbel ailəsini Kolorado ştatının Denver şəhərində məskunlaşdırdı və 1957-ci ildə ABŞ vətəndaşı oldu. 1959-cu ildə "Uelsi" kollecini bitirmiş, politologiya sahəsində bakalavr dərəcəsi almışdır. 1968-ci ildə magistr dərəcəsini almışdır.1976-cı ildə isə Kolumbiya Universitetində fəlsəfə doktoru adına layiq görülmüşdür.

1978-ci ildən ABŞ Prezidenti C.Karterin hökuməti dövründə Milli Təhlükəsizlik Şurasının üzvü təyin edilmiş, 19841988-ci illərdə xarici siyasət məsələləri üzrə əlaqələndirici işləmişdir. 1982-ci ildən beynəlxalq münasibətlər üzrə professordur və Corctaun Universitetinin Xarici Siyasət Məktəbindəki "Qadınlar xarici siyasət xidmətində" proqramının direktorudur.

1989-cu ildən Milli Siyasət Mərkəzinin prezidentidir.

M.Olbrayt 1993-cü ilin fevralında Kabinetin üzvü statusunu almış və ABŞ-nin BMT-dəki daimi nümayəndəsi təyin edilmişdir.

1997-2000-ci illərdə prezident Bill Klintonun dövründə ABŞ-nin Dövlət katibi olmuşdur. Çex, polyak, rus və fransız dillərində sərbəst danışır.