M4
M4 | |
---|---|
| |
Tipi | Avtomat |
Ölkə | |
İstismar tarixçəsi | |
İstismar illəri | 1992-Davam edir |
İstismara başlanması | 1994 |
İstifadə edilən döyüşlər | Əfqanıstan müharibəsi, İraq müharibəsi (2003-2011) |
İstehsal tarixçəsi | |
Konstruksiya tarixi | 1992 |
İstehsalçı | Colt’s Manufacturing Company |
İstehsal sayı | 71 000 (1997 ci iləcən) |
Variantları | M4A1, CQBR |
Xüsusiyyətləri | |
Ağırlığı |
2,91 (Maqazin və kəmərsiz) 2,68 (maqazin və kəmərsiz) 0,11 (30 gülləlik boş maqazin) 0,48 (doldurulmuş 30 gülləlik maqazin) |
Uzunluğu | 370 mm |
Kalibr | 5,56 |
Mərminin başlanğıc sürəti |
700—970 (M4) 700—1025 (M4A1, 2009 cı il)[5] 700—950 (sonrakı variantlar) |
Nişangah | Dioptrik |
Vikianbarda əlaqəli mediafayllar |
M4 — ABŞ istehsalı olan avtomat. M16A2 avtomatı bazasında Colt’s Manufacturing Company şirkəti tərəfindən konstruksiya edilib. Döyüş maşınları və hərbi texinka ekipajları üçün nəzərdə tutulub. Hərbi maşınlar və texnika üçün nəzərdə tutulmasına baxmayaraq ABŞ xüsusi əməliyyat komandanlığı (SOCOM) avtomatı xüsusi əməliyyatlar üçün seçib.
5.56 mm-lik M4A1 avtomatı
[redaktə | mənbəni redaktə et]İstehsalçı ölkə: ABŞ
İstehsalçı firma: Colt’s Manufacturing Company
Növü: avtomat
İstehsal tarixi: 1994 – davam edir
İstismar tarixi: 1994 – davam edir
Ağırlığı: 2.91 kq (Boş olarkən); 3.4 kq (Dolu olarkən)
Uzunluğu: 840 mm
Lülənin uzunluğu: 370 mm
Lülənin kalibri — 5.56 mm
Giliz: 5,56×45 mm NATO
Atış tipi: Qaz dövriyyəsi
Nişangah məsafəsi – 600 metr
Təsirli atəş məsafəsi – 360 metr
Güllənin zədələyici təsir məsafəsi – 600 metr
Güllənin maksimal uçuş məsafəsi – 800 metr
Güllənin başlanğıc sürəti – 880 metr/saniyə
Atəş tezliyi – 700–950 atəş/dəqiqədə
Atəş rejimi – üçlü atəş, avtomatik və tək-tək
Daraqın tutumu – 30 ədəd
Nişangah – Dioptrik
Üzərinə qoşula bilən qumbaraatan – M203
M4A1 və AK-74M əslində bu iki silah bir-birinə zidd döyüş sistemləri üzərinə hazırlanmışlar. M4A1 avtomatı AK-74M kimi dayanıqlı bir silahdır, lakin AK-74M-dən daha çox baxım tələb edir və bahalıdır. Bununla yanaşı 5.56 mm-lik mərmilər işlədir. Bu mərmilərdə hədəfi öldürmək yerinə ağır və yüngül yaralayır. AK-74M isə 5.45 mm-lik mərmilər istifadə edir ki, bu atrıq ölüm deməkdir. AK seriyası silahların M seriyası silahlar üzərində daha bir üstünlüyü xərc tələb etməməsi, ucuz olması və quma, palçığa, suya girdikdən sonra belə işləməsidir.
Variantları
[redaktə | mənbəni redaktə et]- M4A1 1994-cü ildə konstruksiya olunub. Digərlərindən fərqi bitməyən atəş rejimli olmasıdır
- M4-ün özüdolan variantı vətəndaşlar üçün nəzərdə tutulub
- SOPMOD M4 Accessory Kit — ABŞ Hərbi dəniz flotunun yerdə keçirilən əməliyyatları üçün nəzərdə tutulub
İstifadə edən ölkələr
[redaktə | mənbəni redaktə et]- Əfqanıstan: Kommandos batalyonu tərəfindən istifadə olunur.
- Azərbaycan: Xüsusi Təyinatlılar tərəfindən istifadə edilir.
- Avstraliya: Avstraliya xüsusi təyinatlılar bölmələri tərəfindən istifadə olunur.
- Banqladeş: xüsusi təyinatlıların Paraşut-desant bölmələri, polis və hərbi dənizçilər tərəfindən istifadə olunur
- Bəhreyn
- Beliz
- Kolumbiya
- Ekvador
- Salvador
- Gürcüstan M4A1 və M4A3 Xüsusi təyinatlılar bölmələti və Silahlı qüvvələr tərəfindən istifadə olunur
- Yunanıstan
- Hindistan
- İndoneziya
- İraq
- İtaliya
- İsrail
- Yamayka
- Yaponiya
- İordaniya
- Livan
- Şimali Makedoniya
- Malayziya
- Nepal
- Yeni Zelandiya
- Panama
- Filippin
- Polşa
- Portuqaliya
- Serbiya
- Sinqapur
- Türkiyə
- Tayland
- Tonqa
- Birləşmiş Ərəb Əmirlikləri
- ABŞ
- Yəmən