Məsudi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Məsudi
ərəb. المسعودي
Doğum tarixi təqr. 896
Doğum yeri
Vəfat tarixi
Vəfat yeri
Fəaliyyəti coğrafiyaşünas, tarixçi, yazıçı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məsudi (?-956; ərəb. أبو الحسن ، علي بن الحسين المسعودي‎) — "ərəb Herodot" kimi tanınan tarixçi, səyyah. İbn Xəldun Məsudini "bütün tarixçilərin imamı" (başçısı) adlandırmışdır.

Əbülhəsən Əli ibn Hüseyn ibn Əli əl-Məsudini bəzi şərqşünaslar "ərəblərin Herodotu" adlandırmışlar. Əslən Bəni-Hüzeyl qəbiləsinə mənsub olan Məsudi Babil şəhərində doğulmuş, Bağdadda yaşamışdır. O, məşhur səhabə Abdullah ibn Məsudun nəslindən olduğu üçün bu ləqəblə tanınır. Məsudi elm ardınca Fars, Kirman, Gürgan, Azərbaycan, Taliqan, Herat, Şam, Fələstin, Antakiya, ÇinHindistana səfərlər etmiş, bu ölkələrin tarixini, adət-ənənələrini və coğrafi quruluşunu mükəmməl öyrənmişdir. Nəhayət, Misirdə dünyasını dəyişmişdir. Məsudi həm tarix, həm də sırf dini-etiqadi mövzularda yazıb-yaratmışdır. Əsərlərinin bir neçəsinin, hətta adından da göründüyü kimi, o, şiə əqidəsinə inanırmış. Məsudinin "İsbat-ül-vəsiyyə" kitabı şiə ideologiyasının əsasları mövzusunda əvəzsiz mənbələrdən sayılır. İki hissəli əsərin I bölümündə qədim peyğəmbərlərin və onların vəsilərinin (canişinlərinin) tarixi işıqlandırılıb. II bölümdə isə Həzrət Məhəmməd Peyğəmbərin (s) və 12 imamın həyat salnaməsinə müxtəsər nəzər salınıb. Məsudinin "ət-Tənbih vəl-işraf" və "Əxbar-üz-zəman" kitabları daha məşhurdur. Sonuncu kitabı müəllif əhatəli bir tarix məcmuəsi olaraq qələmə almışdı. (Kitabın həcminin 30 cild olduğunu yazırlar; təəssüf ki, əsər bu günümüzə gəlib-çatmamışdır). Sonralar o, əsəri bir az ixtisar etdi, daha sonra bu variantı da yığcamlaşdırdı. Beləliklə, Məsudiyə dünya şöhrəti gətirmiş "Müruc-üz-zəhəb" kitabı yarandı. "Müruc-üz-zəhəb" xilqətin əvvəlindən başlayaraq, 23-cü Abbasi xəlifəsi Mütinin hakimiyyətə gəlişinə kimi (946-cı il) keçən dövrün hadisələrini əks etdirir. Yəqubi tarixində olduğu kimi, "Müruc-üz-zəhəb"də də keçmiş ümmətlərin və xalqların adət-ənənələri və dini baxışları barədə ətraflı məlumat verilir.

  1. Mes‘ûdî, Ali b. Hüseyin (yazar Casim Avcı), sayfa 353–355. // Türkiye Diyanet Vakfı İslâm Ansiklopedisi. Cilt XXIX. Ankara: Türkiye Diyanet Vakfı Yayınevi, 2004, 554 sayfa.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]