Mərzifon
Mərzifon | |
---|---|
40°52′18″ şm. e. 35°27′51″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 750 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +90 358 |
Poçt indeksi | 05300 |
Digər | |
merzifon.bel.tr | |
Vikianbarda əlaqəli mediafayllar |
Mərzifon (türk. Merzifon, yun. Μερζιφούντα) — Türkiyənin mərkəzi Qara dəniz regionunda, Amasya vilayətində şəhər və rayon. Sahəsi 970 kv. metkilor (370 kv. mil) qədərdir və 2020-ci ildə əhalisi 73,849 nəfər olmuşdur. Onlardan 57,900-ü Mərzifon şəhərində, qalanları isə ətraf kəndlərdə yaşayır.
Etimologiya
[redaktə | mənbəni redaktə et]Adının keçmiş variantlarına Mərzifun, Mərsivan, Mərsovan, Mərsivan, Mərsuvan, Mərzpond və Mərzban daxildir. Şəhəri adı pəhləvi dilindəki "mərzban" sözündən gəlir, mənası "sərhəd qoruyanlar" deməkdir. Alim Özxan Öztürk iddia edir ki, adın orijinalı "Mərsıvan"dır və "sərhəd şəhərciyi" deməkdir.[2]
Coğrafiya
[redaktə | mənbəni redaktə et]Düzənlik ərazidə yerləşən Mərzifon yaxınlığından çay keçir. Şəhər Ankara ilə Samsun arasında, Qara dəniz sahilində, Samsundan 109 kilometr (68 mil), Ankaradan 325 kilometr (202 mil) və Amasya şəhərindən 40 kilometr (25 mil) qərbdə yerləşir. Hava qışda mülayim soyuq, yayda isti olur.
Tarixi
[redaktə | mənbəni redaktə et]Antik
[redaktə | mənbəni redaktə et]Arxeoloji sübutlar ərazini əhatə edən əkin sahəsinin daş dövründən ən azı e.ə. 5,500-cü ildən məskunlaşdığını göstərir. İlk istehkamlar e.ə. 1200-cü ildə yaxınlıqdakı Qara dənizdən gələn işğalçılar tərəfindən sıxışdırılmış hetlər tərəfindən tikilmişdir. Frigiyalılar e.ə. 700-cü ildən etibarən burada istehkamlar, kurqanlar və digər memarlıq nümunələri qoymuşdur. E.ə. 600-cü ildən frigiyalılar Qafqaz dağlarından gələn kimmerlər tərəfindən sıxışdırılmışdır. Bu dövrə aid qəbirlərin içindəkilər Amasyadakı muzeydə nümayiş etdirilir. Mərzifon daha sonra paytaxt Amasyadan Qara dəniz sahillərinə nəzarət edən Pont çarlarının ticarət məntəqəsinə çevrilmişdir.
Roma və Bizans
[redaktə | mənbəni redaktə et]Romalıların daxili müharibələri zamanı Amasya rayonu dağıdılmış və imperator Adrianın əmri ilə bərpa edilmişdir. Mərzifondan Roma məbədlərinin qalıqları da bu gün Amasyada nümayiş etdirilir. Roma hakimiyyəti dövründə burada divarlar və istehkamlar möhkəmləndikcə şəhərin əhəmiyyəti artmış və Bizans hakimiyyəti dövründə güclü bir şəhər kimi qalmışdır. Mərzifon VIII əsrdə ərəb yürüşləri zamanı ərəb orduları tərəfindən tutulmuşdur. Bu dövrdə müdafiə məqsədləri üçün "Bulaq" qalası tikilmişdir.
Türkiyə Respublikası
[redaktə | mənbəni redaktə et]Birinci Dünya müharibəsinin sonunda Osmanlı İmperiyasının dağılmasından sonra iğtişaşlar davam etmişdir. Britaniya qoşunları təslim olma şərtlərini təmin etmək üçün keçmiş Osmanlı torpaqlarına yerləşdirilmişdir. Britaniya qoşunları tezliklə geri çəkilmiş və Mərzifonda iğtişaşlar davam etmişdir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 GEOnet Names Server. 2018.
- ↑ Özhan Öztürk. Pontus: Antik Çağ’dan Günümüze Karadeniz’in Etnik ve Siyasi Tarihi. Genesis Yayınları. Ankara, 2011. p.440. ISBN 978-605-54-1017-9.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Merzifon municipality's official website (türk.)
- Merzifonlu net (türk.)