Müxtəlifdişli akulalar

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Müxtəlifdişli akulalar
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Yarımtip:
İnfrasinif:
Dəstəüstü:
Cins:
Müxtəlifdişli akulalar
Beynəlxalq elmi adı

Heterodontus (lat. Heterodontus) — heyvanlar aləminin xordalılar tipinin qığırdaqlı balıqlar sinfinin heterodontiformes dəstəsinin heterodontidae fəsiləsinə aid heyvan cinsi.

Öz növbəsində bu fəsilə də monotipdir. Belə ki, bu fəsiləyə 4 müasin növü özündə birləşdirən yeganə Heterodontus cinsi aiddir. Əvvəllər bu fəsiləyə daha çox növ aid edilirdi.

Müxtəlifdişli akulalar o qədər də böyük olmurlar. Ən böyük növü olan avstraliya öküz akulasınını uzunluğu 165 sm-ə çatır. Onların yayılma arealı Hind Okeanından Sakit okeanın şərq sahillərinə qədər olan mülayim isti və tropik dənizlərdir. Atlantik okeanında Müxtəlifdişli akulalara rast gəlinmir.

Bunlar əsasən balıqla, molyusk və dəniz kirpiklərilə qidalanır, yumurta qoymaqla çoxalır. İriliyi 10×5 sm olan 1-2 yumurta qoyur. 7 aydan sonra yumurtadan uzunluğu 20 sm olan akula balası çıxır.