Lobos adası
Lobos adası | |
---|---|
isp. Isla de Lobos | |
Ümumi məlumatlar | |
Sahəsi | 0,41 km² |
Hündür nöqtəsi | 26 m |
Əhalisi | 0 nəfər (2008-ci il) |
Yerləşməsi | |
35°01′28″ c. e. 54°52′59″ q. u.HGYO | |
Ölkə | Uruqvay |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Lobos adası (isp. Isla de Lobos) — Atlantik okeanıda, Uruqvayın cənub sahilində yerləşən ada.
Coğrafiya
[redaktə | mənbəni redaktə et]Ada Atlantik okeanında, La-Plata estuarisinin sərhəddində, Punta-del-Este şəhərindən 12 km cənub-şərqdə yerləşir. İnzibati baxımından Uruqvayın Maldonado departamentinə daxildir. Uruqvayın ən cənub nöqrəsi hesab edilir.
Adanın maksimal hündürlüyü 26 metrdir. Sahilləri alçaqdır. Ərazisinin mərkəzi hissəsini böyük plato tutur. Ərazisi əsasən torpaqla örtülüdür. adada şirin su mənbələri vardır. Bitki örtüyü əsasən otlardan ibarətdir. Ərazisi 41 ha-dır, uzunluğu 1,2 km, maksimal eni isə 816 metrdir.
Adadan təqribən 880 metr aralıda ölçüləri 240 metrin 160 metrə olan adaçıq vardır.
Heyvanlar aləmi
[redaktə | mənbəni redaktə et]Lobos adası bir qoruqdur. Burada Cənubi Amerika ərazisində ən böyük Cənub dəniz şiri koloniyası yerləşir. Burada həmçinin Cənubi Amerika dəniz pişiyi yayılmışdır.
Tarixi
[redaktə | mənbəni redaktə et]Ada 1516-cı ildə ispan dənizçisi Xuan Dias de Solis tərəfindən kəşf edilmişdir. O, adanı "San-Sebastyan-de-Kadis" olaraq adlandırır. 1527-ci ildə Rarana və La-Platanı araşdıran venesiyalı naviqator Sebastyan Kobat ziyarət edir.
1906-cı ildə adada mayak inşa edilir. Bu La-Plata esturisinə daxil olan gəmilərin naviqasiyası üçün inşa edilir. Mayakın hündürlüyü 59 metrdir. bu Uruqvayın ən hündür mayakıdır. Üstəlik dünyanın ən hündür beton mayaklarından biri sayılır. Gecə vaxtı hər 5 saniyədən bir ağ işıq saçır. İşıqları 40 km uzaqdan görmək mümkündür. 2001-ci ilin iyun ayından Uruqvayda tamami ilə avtomatlaşdırılmış ilk mayak olmuşdur. Onun enerji ilə təminatında Günəş enerjisindən istifadə edilir. Güçlü duman zamanı zil səslər verilir.
Qalereya
[redaktə | mənbəni redaktə et]Mənbə
[redaktə | mənbəni redaktə et]- Para Nautilos — Faro Isla de Lobos
- Naturaleza — Las islas loberas Arxivləşdirilib 2016-10-12 at the Wayback Machine
- Lighthouses of Uruguay Arxivləşdirilib 2018-03-15 at the Wayback Machine
- Isla de Lobos