Lemminq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Lemminq
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Lemminq
Beynəlxalq elmi adı
  • Lemmini


Lemminqlər — dağ siçanı fəsiləsinin (Cricetidae) çöl siçanları (Arvicolinae) alt ailəsinə mənsub gəmiricilər.

Xarici görünüşü

[redaktə | vikimətni redaktə et]

Lemminqlərdə ayaqları və quyruğu qısa olur. Kiçik qulaqları xəzlərinin altında gizlənmiş şəkildədir. Bədənlərinin uzunluğu 10-15 sm, quyruğunun uzunluğu isə 2 sm-ə qədər, kütləsi 20-70 q olur.

Yaşayışı və qidalanması

[redaktə | vikimətni redaktə et]

Lemminqlər Avrasiya və Şimali Amerikanın, tundra və meşə-tundra zonalarında, eləcə də Şimal Buzlu Okeanın adalarında yaşayır. Qışı adətən qarın altındakı torpaqda qurduğu yuvada bitki kökləri ilə qidalanmaqla keçirir. Bəzi növləri mövsümi olaraq yem bol olan yerlərə köç edirlər. Cil, kolcuqlar və mamırlarla qidalanır. Lemminqlər gün ərzində fasilələrlə qidalanırlar. Bəzi növləri qış üçün yem tədarükü görürlər.

Lemminqlərin İstilik Balansları

[redaktə | vikimətni redaktə et]

Bütün məməlilər havanın temperaturu donma temperaturundan aşağı düşdükdə həyatlarını davam etdirmələri üçün bədən hərarətlərini yüksəltməlidirlər. Məməlilər içində istisna olaraq lemminqlər temperatur -120℃ olana qədər heç nə etmirlər, çünki lemminqlərin qış mövsümündə ortaya çıxan uzun xəzləri istilik itkisini azaldacaq şəkildə yaradılmışdır. Məsələn, lemminqlər qarın altında tunellər qazaraq yuva qurur. Bu yuvalar qarın səviyyəsindən 60 sm aşağıda olur və üzərləri qarla örtülü olduğu üçün çox isti olurlar. Belə ki, yuvanın xaricində temperatur donma temperaturundan aşağı olsa belə, yuvadakı temperatur 100℃-ə qədər qalxır. Bundan əlavə orta hesabla üç və ya dörd ildə bir lemminqlərin sayı həddindən artıq çoxaldığına görə  minlərlə heyvan yeni yaşayış yerlərinə köç edir.

Lemminqlər — Qütb tülküsü və digər qütb heyvanı və quşlarının əsas qidası hesab olunur.