Lebron Ceyms

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Lebron Ceyms
ing. LeBron James
Mövqeyi Uzun hücumçu, qısa hücumçu[d], Oyun qurucu
Boyu 206 sm
Çəkisi 113 kq
Vətəndaşlığı
Doğum tarixi 30 dekabr 1984(1984-12-30)[1][2] (39 yaş)
Doğum yeri
Oyunçu seçimi Klivlend Kavalers
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Lebron Reymon Ceyms (ing. LeBron Raymone James; 30 dekabr 1984[1][2], Akron[d], Ohayo, ABŞ) — peşəkar ABŞ basketbolçusu. NBA-nın basketbol komandası olan Los-Anceles Leykersin heyətində çıxış edir. "Kral Ceyms" (ing. King James) ləqəbini daşıyan Lebron, bütün zamanların ən yaxşı basketbolçularından biri hesab olunur. O, 10 NBA çempionat seriyasında iştirak edib və onlardan 4-də qalib gəlib. Lebron Ceyms 2023-cü ildə Leykers ilə NBA turnirini qazanıb. O, həmçinin 20082012 Yay Olimpiya Oyunlarının qızıl medalçısıdır.

Lebron Ceyms NBA tarixində bütün zamanların ən yaxşı bombardirləri arasında dördüncü yerdədir. MVP və Finalların MVP-si də daxil olmaqla bir çox mükafatlara sahib olub. James gələcəkdə NBA super ulduzu kimi milli mediada yüksək təbliğ ediləcəyi Akron şəhərində St. Vinsent-St. Mariya Məktəbində basketbol oynayırdı. Buranı bitirdikdən sonra, o, Cavaliers tərəfindən 2003 NBA seçməsində birinci tam yığmaya seçilib. 2007-ci ildə LeBron James komandanın kapitanı kimi Cavaliers tarixində birinci dəfə NBA finalına gətirib çıxardı, finalda isə San-Antonio Spurs-ə məğlub oldular. 2010-cu ildə James Cavaliers-dən ayrıldı və Miami Heat-in heyətinə qoşuldu. James dörd mövsüm Miami Heat-in heyətində çıxış etdi və bu dörd ilin hər birində finala qədər irəliləməyi bacaran komanda ard-arda 2012 və 2013-cü illərdə çempionluğu qazandı. 2013-cü ildə o, liqa tarixində üçüncü ən uzun 27 oyunluq qələbələr seriyasında Miami Heat-in kapitanı olub. Heatlə sonuncu mövsümün ardınca James müqaviləni uzatmayıb və yenidən Cavaliers-in heyətinə qoşulub. Onun kapitanlığı ilə Cleveland 2015 NBA Finalına kimi irəliləsə də, Qərb Konfransının qalibi olan Golden State Warriors-a məğlub oldu.2016-cı ildə isə finallar seriyasında komandası,Golden state warriorsa qarşı 3–1 geriyə düşməsinə baxmayaram, geri dönüş edərək bu seriyanın qalibi olur və Klivlen Kavaliers tarixindəki ilk çempiyonluğunu yaşayır.

2018-ci ildə o, Los Angeles Lakers komandası ilə müqavilə imzalayıb və hazırda bu komandanın şərəfini qoruyur.

Onun ictimai həyatı çox diqqətlə öyrənilən mövzu olmuşdur və o, Amerikanın ən nüfuzlu və məşhur idmançılarından biri kimi qiymətləndirilir. O, kitablarda, sənədli filmlərdə və televiziya reklamlarında nümayiş olunub. O həmçinin ESPY mükafatıSaturday Night Live televiziya proqramlarında aparıcı olub və 2015-ci ildə çəkilmiş Kompleksləri olmayan qız filmində baş rollardan birini canlandırıb.

18 avqust 2022-ci ildə Ceyms Los-Anceles Leykers ilə iki illik 97,1 milyon dollarlıq müqavilə bağladı.[3][4] Müqavilənin uzadılması Ceymsi 528,9 milyon dollarla NBA tarixində ən çox qazanan idmançı etdi və bütün zamanların qazancına görə Kevin Durant geridə qoydu.[5]

  1. 1 2 http://espn.go.com/nba/player/stats/_/id/1966/lebron-james.
  2. 1 2 Augustyn A. LeBron James // Encyclopædia Britannica (ing.).
  3. "Lakers Sign LeBron James to Contract Extension". www.nba.com (ingilis). 2022-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-20.
  4. "LeBron lands 2-year, $97.1M deal with Lakers" (ingilis). 2022-08-17. 2022-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-20.
  5. Winters, Mike. "Already a billionaire, LeBron James' 2-year contract extension makes him the NBA's all-time highest-paid player". CNBC (ingilis). 2022-08-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-20.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]