Lamassu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Dur-Şarrukindəki Lamassu heykəli. Çikaqo Universiteti, Şərq İnstitutu. Gips (?) Neo-Asur Dövrü, c. E.ə. 721–705.

Lamassu (Mixi: an.kal; şum. lammař; akkad. lamassu; bəzən lamassus olaraq tanınır[1][2]) ― adətən insan başlı, öküz və ya aslan bədənli və quş qanadları olan bir assuriya himayə İlahıdır.[3] Bəzi yazılarda bir qadın ilahəsinin nümayəndəsi olması və ya onu əvəz etməsi bildirilmişdir.[4] Lamassunun erkək ekvivalenti mənasını verən Şedu (Mixi: 𒀭𒆘, an.kal × bad; şum. dalad; akkad. šēdu; İvrit: שד) az istifadə olunan bir addır.[3][5] Lamassu; zodiakların, əsas ulduzlarınbürclərin nümayəndəsidir.[6][7]

Lamassu sənətdə insan başlı qanadlı öküz və ya aslan formasında qarışıq şəkildə təsvir edilmişdir. İnsan başlı qanadlı bir heyvan motivi Yaxın Şərqdə geniş yayılmışdır və ilk dəfə eramızdan əvvəl 3000-ci illərə aid qədim Eblada tapılmışdır. İlk fərqli lamassu motivi, II Tiqlat-Palasar dövründə iqtidarın simvolu şəklində Assuriyada görülmüşdür.

Aşşur heykəltəraşlığı, adətən, sarayların girişində görkəmli lamassu cütlərini yerləşdirirdi və bu heykəllər həm daxili həyətə, həm də küçəyə baxırdı. Künclərdə yüksək relyeflərdə “ikiqat görünüşlü” fiqurlar kimi təmsil olunurlar. Öndən baxdıqda sanki ayaq üstə dururlar, yan tərəfdən baxanda yeriyirlər və ilk versiyalarında dolayı yolla baxanda beş ayağının olduğu görünüşü yaranır.

  1. Kriwaczek, Paul. Babylon: Mesopotamia and the Birth of Civilization, p. 37.
  2. "Arxivlənmiş surət". 2016-03-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-03-06.
  3. 1 2 Leick, Dr Gwendolyn. A Dictionary of Ancient Near Eastern Mythology (ingilis). Routledge. 2002. 109–110. ISBN 978-1-134-64102-4. 2023-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-06.
  4. Beaulieu, Paul-Alain. The Pantheon of Uruk During the Neo-Babylonian Period. Brill. 2003. ISBN 90-04-13024-1. 2023-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-06.
  5. "Livius.org". 2014-06-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-03-06.
  6. Hewitt, J.F. History and Chronology of the Myth-Making Age. səh. 85.
  7. W. King, Leonard. Enuma Elish Vol 1 & 2: The Seven Tablets of Creation; The Babylonian and Assyrian Legends Concerning the Creation of the World and of Mankind. səh. 78.