Lakonizm
Lakonizm — Sparta şəhərinin də daxil olduğu Yunan şəhər-dövləti Lacedaemondan yaranan bir ifadə başqa sözlə termin. Qısa və konkret ifadələrdən istifadə edərək bir fikri ifadə etmək üçün istifadə olunan nitq üslubudur. Termin həm də sözlərdən çox hərəkəti vurğulayan düşüncə tərzini təsvir etmək üçün istifadə olunur.
Lakonik ifadələr, stoisizm kimi bəzi fəlsəfi sistemlərdə minimalizmə inananlar arasında geniş yayılmışdır.
Tarix
[redaktə | mənbəni redaktə et]Digər antik Yunan şəhərləri ilə müqayisədə təhsilə, incəsənətə və ədəbiyyata daha az və bayağı diqqət yetirən Spartalılar sözlərində daha qısa sözləri istifadə etmələri ilə tanınırdılar. Platon "Protaqor" adli dialoqda spartalıların az və konkret söz istifadə etməklərinin onların yetərsiz ədəbiyyat bilgilərinin nəticəsi olduğu iddiasını rədd edir və onların əslində öz müdrikliklərini gizlədərək özlərini axmaq göstərdiklərini, başqalarının gözündə isə yalnız bu sözlərlə seçildiklərini deyir. Döyüşlərdə cəsarət göstərsələr də, həmsöhbətlərini hətta bir neçə kəlmə ilə heyrətə gətirirlər, hədəfini vuran mütəxəssis atıcılar kimi. Məlumdur ki, Sokrat spartalıların qanunlarını yüksək qiymətləndirirdi. Chenaeli Mayson və Spartalı Xilon Yunanıstanın yeddi müdrikinin arasında ki iki spartalı şəxsiyyətdirlər.
Lakonik ifadə və münasibət nümunələri
[redaktə | mənbəni redaktə et]Spartalı
[redaktə | mənbəni redaktə et]- Spartalıların vətənlərini işğaldan necə qoruya bildiklərini soruşduqda, Likurq belə cavab verdi: " Kasıb qalmaqla və hər insanın öz vətəndaşından daha çox şeyə sahib olma arzusunu yox etməklə."
- Böyük bir ordu ilə döyüşmək üçün çox az adamla gələn Leonidasdan niyə belə etdiyini soruşduqda o belə cavab verdi: "Əgər rəqəmlər vacib olsaydı, bütün Yunanıstan bu ordunun kiçik bir hissəsi ilə belə qarşı qarşıya gəlməzdi; amma cəsarət vacibdirsə bu rəqəm kifayətdir". baş verib. Oxşar suala onun cavabı belə oldu: "Məndə çoxlu orduya sahibəm, çünki onların hamısı öldürüləcək".
- Mühasirəyə alındığını bilən Leonidas döyüşün üçüncü və sonuncu gününün səhəri öz müharibə yoldaşlarını ruhlandırdı və dedi: "Yaxşı yeyin, çünki bu gecə həmçinin Hadesdə yeyəcəyik".
- Leonidas bir spartalıdan müharibə haqqında sonuncu çıxışı etməsini istədikdə, spartalı imtina edərək dedi: : "Mən bura döyüşmək üçün gəlmişəm, elçi kimi davranmaq üçün deyil." Leonidas başqa bir spartalıya da eyni xahişlə müraciət etdi və ondan belə cavab aldı: "Mən burada qalıb bacardığım qədər vəzifəmi yerinə yetirəcəyəm və beləliklə xəbər daha yaxşı olacaq".
Tarixdən başqa nümunələr
[redaktə | mənbəni redaktə et]- Çingiz xan 1219-cu ildə məğlub olan düşməni Xorəzm şahına dedi: "Sən müharibəni seçdin. "Nə olacaq, nə olacaq və nə olacağını biz yox, yalnız Allah bilir".
- Koreya müharibəsi zamanı Çin ordusunun Amerikalı Chesty Puller komandanlığı altında Birləşmiş Millətlər Təşkilatı qüvvələrinə hücumundan sonra komandirin şərhi : "Bir müddətdir ki, düşmən axtarırıq. Nəhayət onları tapdıq. İndi onlarla onların əhatəsindəyik. Bu, işləri asanlaşdırır".
Mənbə
[redaktə | mənbəni redaktə et]- Karamanoğlu, Osman Korkmaz. Ansiklopedik "İzm"ler Sözlüğü. Anahtar Kitaplar. 2007. səh. 162. ISBN 978-975-8612-40-6.