44°05′00″ şm. e. 145°59′00″ ş. u.HGYO

Kunaşir

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Kunaşir adası
rus. Остров Кунашир , aynu. Кунашири, yap. 国後島
Ümumi məlumatlar
Sahəsi 1490 km²
Uzunluğu
  • 123 km
Eni 30 km
Hündür nöqtəsi 1819 m
Əhalisi 8.000 nəfər (2007-ci il)
Yerləşməsi
44°05′00″ şm. e. 145°59′00″ ş. u.HGYO
Ölkə  Rusiya
Vilayət
Arxipelaq
Akvatoriya
Kunaşir adası xəritədə
Kunaşir adası
Kunaşir adası
Kunaşir adası xəritədə
Kunaşir adası
Kunaşir adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kunaşir adası (aynu. Кунашири — Чёрный остров, yap. 国後島) — Kuril adalarına daxil olan Böyük Kuril cərgəsinin ən cənub adası. Federal bölgüyə görə Saxalin vilayəti Yujno-Kuril şəhər dairəsinə daxildir (Rusiya). Ancaq adaya Yaponiya iddia edərək onu Hokkaydo prefekturasının Nemuro dairəsi ərazisi hesab edir[1][2][3].

Aynca adanın adı Kunaşiri yəni Qara ada mənasını verir. Bu onun təbiətinə görə deyilmiş addır. Belə ki, tünd sıx meşələr və Tyatya vulkanı və üstəlik üç fəaliyyətdə olan digər vulkanların püskürdüyü küll ona bu adın verilməsinə səbəb olmuşdur[4].

Adada ilk yaşayış əlamətlərinin yaşı ən azı 5 min il olaraq qiymətləndirilir[5].

Kunaşirin yerli əhalisi aynlar olmuşdur. Ancaq Cənubi Kuril adalarında rusların və ya yaponların birinci peyda olması mübahisələrə səbəb olmuşdur. Yaponların versiyasına görə ruslar bu adalara digər adalardan gec gəlmişlər. Hətta belə bir məlumat vardır ki, Masumae knyazlığına aid olan mənbələrdə onların Hokkaydoda araşdırma apararkən həm də Cənubi Kuril Adalarında olduğu deyilir. 1635-ci ildə ekpedisiyalardan biri bölgəyə gəlmiş, Kunaşir və İturup adasının xəritəsini tərtib etmişdir[6]. 1643-cü ildə Cənubi Kuril adalarını hollandiya Maarten De Friza ziyarət etmiş və onun xəritəsini tərtib etmişdir[6]. Hollandlar İturup və Kunaşiri səhvən Hokkaydonun davamı hesab edirdilər. 1731-ci ildən aynlar Masumae knyazlığıba bac verməli olurlar. 1754-cü ildə tacir Hidays Kyubey Kunaşirin cənubunda ticari bir faktoriya açır. Elə həmin ildəcə Masumae knyazlığı adaya ticarət və balıqçılığa nəzarət etmək məqsədi ilə öz nümayəndəsini göndərmişdir.

Rus mənbələrində isə kazakların adaya gəlməsi zamanı aynların heç kimdən asılı olmadığı bildirilir. İvan Kozırevski 1713-cü ildə adada olmuş Kuril adalarınln və Hokkaydonun xəritəsini tərtib etmişdir. O qeyd edirdi ki, yerli əhali olduqca varlıdır. Onların matmaylardan asılı olub olmamasını dəqiq demək mümkün deyildir[7]. 1755-ci ildə aynlar Rusiya imoeriyasına yasaq adlı vergi verirdilər. Bu isə onların imoeriya təbəsi olmasını deməyə əsas verir. 1769-cu ildə rus İvan Çirnı aynların verdiyi məlumatlara Kunşirdə yaponlara məxsus qalanın olmasını məruzə etmişdir. 1811-ci ildə kapitan Vasili Qolovin Kuril adalarının xəritəsini tərtib edərkən Yaponiyaya məxsus olan qaladan atəşə tutulur. Nəticədə o özüdə daxil olmaqla 2 ilmüddətində yapon əsirliyində qalır[6]. Bu dan sonra uzun müddət ada rus nəzarətindən kənarda qalır. 1875-ci ildə Rusiya Bütün kuril adalarını Yaponiyaya güzəştə getməli olur. 1945-ci ildə İkinci Dünya müharibəsinin nəticəsi olaraq Kunaşir SSRİ ərazisinə çevrilir.

Kunaşir İkinci dünya Müharibəsində

[redaktə | mənbəni redaktə et]

1 sentyabr 1945-ci ildə Kuril desant əməliyyatı cərcivəsində Kunaşir adasına desant çıxarılır. 6 saatdan sonra adanın tamamən Sovet ordusu və Sakit okean donanması tərəfindən ələ keçirilmişdir. Sovet ordusu Yaponiya imperiya ordusunu tərk silah etdikdən sonra bütün Kuril adaları SSRİ nəzarətinə keçir[8].

Müharibədən sonrakı vəziyyət

[redaktə | mənbəni redaktə et]

Adalara SSRİ ərazisi elan edildikdən sonra üstəlik Rusiyanın heç bir dövlət başçısı adalarda olmamışdır. 2010-cu ildə Rusiya prezidenti Dmitri Medvedev 1 noyabr tarixində adada olmuşdur. Bu addım Yaponiya rəhbərliyində etiraza səbəb olur[9]. Hətta bu addımdan sonra Yaponiyanın Rusoyadakı səfiri geri çağrılmışdır[10]. 2011-ci ilin fevralında Cənubi Kuril adalarını Rusiyanın müdafiə naziri Anatoli Serdyukov ziyarət edir. O 2020-ci il hədəflərində adaların silahlandırılacağını bəyan etmişdir[11]. 3 iyul 2012 ildə D. А. Medvedev artıq baş nazir kimi adanı ziyarət etmişdir.[12]

Ada şimal-şərqdən cənub-qərbə 123 km, eni 7 – 30 km[13] təşkil edir. Cənubu 8,5 km uzunluğa malik Veslovski yarımadası, şimalı isə Lovsov yarımadası ilə bitir. Adanın sahəsi 1490 km² təşkil edir.

Ada İturup adasından 22 km enə malik olan Yekaterina boğazı ilə ayrılır. Siretoko adasından isə Kunaşir boğazı ayırır. Kiçik Kuril cərgəsinə daxil adalardan Cənubi Kuril boğazı ilə ayrılır. Adada dörd fəaliyyətdə olan vulkan vardır:

Ada əsasən andezit, vulkanik kül, qum və balıqqulağından ibarətdir. .

10 fevral 1984 ildə Kuril qoruğu yaradılmışdır[14]. Onun ərazisində 84 növ yayılmışdır ki, onlar Rusiya Qırmızı kitaba daxil olmuşdur[15][16]

Adada 8000 nəfər yaşayır (2007).

Yaşayış məntəqələri

[redaktə | mənbəni redaktə et]
Tamori kəndi (Qolovnino). İkinci Dünya Müharibəsinə qədər
Yujno-Kurilsk

Yujno Kurilsk yaşayış məntəqəsi adada yerləşən yeganə şəhər tipli qəsəbədir. Yujno Kurilsklə digər yaşayış məntəqələri arasında məsafə:

  • Otrada — 4 km;
  • Laqunnoe — 7 km, hərbi hissə;
  • Qoryaçi Plyaj — 8 km, sərhəd dəstəsi;
  • Mendeleevo — 24 km, aeroport;
  • Dubovoe — 50 km;
  • Qolovnino kəndi — 54 km.

Əhalisi olmayan yaşayış məntəqələri: Serqeevka, Urvitişovo, Zastava Dokuçaeva, Sernovodsk.

  1. Nemuro dairəsinin xəritəsi[ölü keçid] (yap.)
  2. Administrative map of Japan (As of April 1, 2009) Arxivləşdirilib fevral 12, 2013, at the Wayback Machine (ing.)
  3. "Управление по вопросам Северных территорий общего департамента губернаторства Хоккайдо". 2021-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-08.
  4. "Пыжьянов Ф. И. Остров Кунашир и Малые Курилы. Топонимический словарь. — М., 1994. Браславец К. М. История в названиях на карте Сахалинской области. — Южно-Сахалинск, 1983". 2013-05-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-08.
  5. "Saxalin və Kurildə neolit mədəniyyəti". 2016-06-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-08.
  6. 1 2 3 Нечаев А. "Покорение мохнатых". // Вокруг Света.— №1. Январь 2002. 2020-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-21.
  7. Курильские острова Arxivləşdirilib 2014-04-23 at the Wayback Machine // "Курилы-тур"
  8. "Kuril desant əməliyyatı". 2014-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-08.
  9. "Эксперты: отзыв посла Японии из РФ связан с конфликтом Токио и Пекина | В мире | Лента новостей "РИА Новости"". 2015-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-08.
  10. "Отставка японского посла в России". 2021-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-08.
  11. "Cənubi Kuril silahlandırılır". 2014-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-08.
  12. "Medvedev ölkəsinin başladığı yeri ziyarət etmşdir". 2013-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-08.
  13. "Kunaşir". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-08.
  14. ООПТ Российской Федерации — Государственный природный заповедник "Курильский" Arxivləşdirilib 2006-03-31 at the Wayback Machine
  15. Заповедник "Курильский" − növ, RF Qırmızı kitabına daxil edilmişdir[ölü keçid]
  16. "Rusiyanın Qırmızı kitabı". 2008-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-08.